San Sebastian blits turniri

Donostia blits turniri 6 Yanvar əsas "Donostia Chess Festival"turnirindən sonra təşkil olunmuşdu 40 oyunçu arasında favoritlər Arkadi Naiditsch, Maxim Vachier-Lagrave, Alexandr Moiseenko,Loek van Wely and Julio Granda Zuniga və başqaları var idi.
Final mərhələsində 16 şahmatçı arasinda Nokaut sistemi üzrə keçirilən yarış sensasiya ilə başa çatdı.

Beynəlxalq usta Sərxan Həşimov ardıcıl olaraq qrossmeysterlər Moiseenko, Strikovic, Loek van Wely və Julio Granda Zuniganı məğlub ederək kuboka sahib oldu.Onun reytinqi cəmi 2351 vahiddir və uzun zamandır ki ciddi turnirlərdə iştirak etmir.Bu uğuru münasibəti ilə Azərbaycan şahmatçısını təbrik edirik.

Link from chess-news.ru