Şahmat bəstəçiliyi üzrə 5-ci Azərbaycan kuboku, 2021

Şahmat bəstəçiliyi üzrə 5-ci Azərbaycan kuboku, 2021

5th Azerbaijan Chess Composition Cup, 2021

SON NƏTICƏ / FINAL AWARD

 

 5-ci Azərbaycan kubokunun təşkilatçısı Azərbaycan Şahmat Federasiyası Bəstəçilik komissiyasıdır. Kubok 6 bölmə üzrə (ikigedişli - #2, üçgedişli - #3, çoxgedişli - #N, etüdlər - +=, yardımmat - H#, əks-mat - S#) keçirilirdi. Hər müəllif hər bölməyə yalnız bir orijinal (heç yerdə dərc olunmamış) məsələ və ya etüd göndərə bilərdi.  Bu kubokda ilk dəfə olaraq birgə (həmçinin xarici vətəndaşlarla) əsərlərin iştirakına da icazə verilmişdi. 

 5-ci Azərbaycan kubokunun direktoru beynəlxalq hakim İlham Əliyev (Sumqayıt) idi.

 

5-ci Azərbaycan kubokunun qaliblərini təqdim edirik.
 

1-ci bölmə - İkigedişli – Hakim: Aleksandr Melniçuk (Rusiya). 1-ci yer - Elmar Abdullayev (Sumqayıt), 2-ci yer - Vidadi Zamanov (Göyçay) və Zoltan Labai (Slovakiya), 3-cü yer - Salman Cavadzadə (Gəncə).

2-ci bölmə - Üçgedişli – Hakim: Aleksandr Melniçuk (Rusiya). 1-ci yer: Ülvi Bacarani (Bakı), 2-ci yer: Elmar Abdullayev (Sumqayıt), 3-cü yer: Vidadi Zamanov (Göyçay) və Viktor Volçek (Belarus).                                                 

3-cü bölmə - Çoxgedişli – Hakim: Aleksandr Melniçuk (Rusiya). 1-ci yer - Elmar Abdullayev (Sumqayıt)    2-ci yer - Vidadi Zamanov (Göyçay) və Zoltan Labai (Slovakiya), 3-cü yer - Ülvi Bacarani (Bakı).                                       

4-cü bölmə - Etüdlər – Hakim: İlham Əliyev (Sumqayıt). 1-ci yer - Ülvi Bacarani (Bakı), 2-ci yer - Elmar Qasımov (Bakı), 3-cü yer - Fazil Şükürov (Bakı).

5-ci bölmə - Yardımmat – Hakim: Rauf Əlövəstzadə (ABŞ). 1-ci yer - Salman Cavadzadə (Gəncə), 2-ci yer - Vidadi Zamanov (Göyçay), 3-cü yer - Anatoli Piriverdiyev (Bakı).  

6-cı bölmə - Əks-mat – Hakim: Rauf Əlövəstzadə (ABŞ). 1-ci yer - Salman Cavadzadə (Gəncə), 2-ci yer - Vidadi Zamanov (Göyçay) və Zoltan Labai (Slovakiya), 3-cü yer - Ramil Səfərəliyev (Şabran).

TƏLTİF / AWARD: 5-ci-azerbaycan-kuboku-2021.pdf [1,3 Mb] (downloads: 42)
See the file online: 5-ci-azerbaycan-kuboku-2021.pdf

Read more

«THE MYSTERIOUS PAWN»


«THE MYSTERIOUS PAWN»
 
  In the new book (200 pages, 165x240) by Ilham Aliev (together with Shaig Guliyev) "THE Mysterious PAWN", one can get acquainted with the mysterious world of the pawn. The 5-part book contains over 600 examples: opening traps, games, combinations, endgame positions and 67 studies.
 The book is intended for a wide range of readers - from amateur to high-level chess players.
 
1st section: FROM GRECO TO CARLSEN.
2nd section: OPENING TRAPS.
3rd section: COMBINATIONS.
4th section: ENDGAMES. 
5th section: ENDGAME STUDIES.
 
«ПЕШКА - ЗАГАДКА»
 
 В новой книге  Ильгам Алиева и Шаиг Гулиевa  "ПЕШКА - ЗАГАДКА" («THE MYSTERIOUS PAWN») можно познакомиться с загадочным миром пешки. Книга (200 страниц, 165х 240) из 5 частей содержит более 600 примеров: дебютных ловушек, партий, комбинаций, эндшпильных позиций и 67 этюдов.
 Книга рассчитана на широкий круг читателей - от любителя до шахматистов высокого уровня.
 
Раздел 1: ОТ ГРЕКО ДО КАРЛСЕНА.
Раздел 2: ДЕБЮТНЫЕ ЛОВУШКИ. 
Раздел 3: КОМБИНАЦИИ.
Раздел 4: ЭНДШПИЛЬ. 
Раздел 5: ЭТЮДЫ. 

 


Read more

«SİRLİ PİYADA» şahmat kitabı

«SİRLİ PİYADA» şahmat kitabı
 
«SİRLİ PİYADA»    «THE mysterious PAWN» 
«GİZEMLİ PİYON»         «ПЕШКА ЗАГАДКА»
 
 Əməkdar məşqçilər İLHAM ƏLİYEV (Sumqayıt) və ŞAİQ QULİYEV-in (Gəncə) yeni şahmat kitabı. «SİRLİ PİYADA». Kitabda debüt tələləri, oyunlar, kombinasiyalar, sonluq və etüdlərdən ibarət 600-dən artıq nümunə toplanıb. AZƏRBAYCAN  ŞAHMAT FEDERASİYASI «Sirli piyada» kitabını Uşaq Gənclər İdman Şahmat Məktəblərinə dərs vəsaiti kimi tövsiyə edib. 
Kitaba ön sözü Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının elmi katibi, riyaziyyat üzrə elmlər doktoru, Professor,  əməkdar müəllim, şahmat üzrə əməkdar məşqçi, Beynəlxalq hakim,  Əməkdar bədən tərbiyəsi və idman xadimi BƏXTİYAR RÜSTƏMOV yazıb. 
Kitab 5 bölmədən ibarətdir. 
1-ci bölmə: «QREKO-dan KARLSEN-ə kimi». Bu bölmədə maraqlı formada piyadanın sirli dünyası göstərilib və şahmatçıların tipik səhvlərinə geniş yer ayrılıb.
2-ci bölmə: «DEBÜT TƏLƏLƏRİ». Bu bölmədə çoxsaylı nümunələrlə müxtəlif piyada vuruşlarının oyunun əvvəlində  faciəyə səbəb olmasının şahidi olacaqsınız.
3-4-5-ci bölmələr: 3-cü bölmə - KOMBİNASİYA, 4-cü bölmə - SONLUQ, 5-ci bölmə- ETÜDLƏR.
Bu bölmələr müstəqil həll üçün təklif olunub. Burada «Zəhərli piyada» mövzusuna aid 500-ə yaxın tapşırıqları həll edib, hesablama texnikanızı və məntiqi düşüncənizi inkişaf etdirə bilərsiniz.
Kitab 200 səhifədən ibarətdir və ölçüsü 165x240-dır. Kitabda piyadaya aid çoxsaylı kəlamlarla da tanış ola bilərsiniz. Kitabın məşqçi-müəllimlər üçün əla dərs vəsaiti olacağını əminliklə söyləyə bilərik. 
Kitabın qiyməti 12 manatdır. Topdan satış üçün məşqçi-müəllimlər müraciət edə bilər. Daha ətraflı buradan məlumat ala bilərsiniz: https://www.facebook.com/ilhamaliev1967
 
Əlaqə üçün telefonlar:
İlham Əliyev (Sumqayıt)  (050) 515 40 99 whatsapp, 
Şaiq Quliyev (Gəncə) (055) 327 07 17  whatsapp.

KİTABIN REKLAM ÇARXINI TƏQDİM EDİRƏM: 

Read more

Şahmat bəstəçiliyi üzrə 5-ci Azərbaycan kuboku

Şahmat bəstəçiliyi üzrə 5-ci Azərbaycan kuboku, 2021

5th Azerbaijan Chess Composition Cup, 2021


1. 5-ci Azərbaycan kubokunu  Azərbaycan Şahmat Federasiyası Bəstəçilik komissiyası keçirir.
2. Yarış 6 bölmə üzrə (ikigedişli–#2, üçgedişli–#3, çoxgedişli–#N, etüdlər – +=, yardımmat – H#, əks-mat–S#) keçirilir. 
3. Hər müəllif hər bölməyə yalnız bir orijinal (heç yerdə dərc olunmamış) məsələ və ya etüd göndərə bilər. Birgə (həmçinin xarici vətəndaşlarla) əsərlərin iştirakına da icazə verilir. 
4. Hər hansı bir bölmədə iştirakçıların sayı üç nəfərdən az olarsa, həmin bölmə üzrə yarış keçirilməyəcək. 
5. Bəstələr hakimlərə anonim olaraq, yəni müəlliflər göstərilmədən göndəriləcək.
6. Anonimliyi qorumaq üçün 5-ci Azərbaycan kubokunun hakimləri barədə əlavə məlumat veriləcək. 
7. Yarışın elan tarixi: 31.03.2021.
8. Şahmat bəstələrinin yarışın direktoruna son göndəriş tarixi – 15.06.2021.
9. Nəticələrin ilkin elanı – 15.07.2021.
10. 5-ci Azərbaycan kubokunun direktoru – İlham Əliyev (Sumqayıt).
11. Məsələ və etüdləri aşağıda göstərilən elektron ünvana, telefona, whatsapp-a göndərmək olar. E-mail: bestechi@mail.ru Tel: 050 515 40 99.
12. Hakimlərlə əlaqə yalnız çempionatın direktoru vasitəsi ilə aparılacaq. Hakimlə birbaşa əlaqə yaradan yarış iştirakçısı cəzalandırılacaq.
13. Yarışda hakimlər yalnız qalib 1-3-cü yerləri müəyyən edəcəklər. Təltifə daxil olmayan digər məsələ və etüdlər müəlliflərə qaytarılacaq və onlar həmin bəstələrdən digər yarışlarda istifadə edə bilərlər.
14. Milli komandaya seçim zamanı Azərbaycan kubokunun nəticələri nəzərə alınacaq.

15. Yarışların ilkin nəticəsi ulvichess.az saytında dərc olunacaq.
16. Yarışların son nəticəsi “Şahmat bəstəçiliyi” jurnalının 23-cü nömrəsində dərc olunacaq.
Read more

Şahmat bəstəçiliyi jurnalı

Şahmat bəstəçiliyi jurnalı / Chess Composition magazine 


Azərbaycan Şahmat Federasiyası Şahmat Bəstəçiliyi komissiyasının "Şahmat bəstəçiliyi" jurnalının yeni 22-ci sayı işıq üzü gördü. 18x25,5 formatında 80 səhifədən ibarət olan jurnalda şahmat bəstəçiliyi dünyasından çoxsaylı xəbərlər və yarışlardan ibarət 300-dən artıq məsələ və etüdlərlə tanış ola bilərsiniz. Maraqlananlar bestechi@mail.ru elektron ünvanına və ya 050 515 40 99 nömrəsinin vatsapına (xahiş edirəm zəng etməyin) yaza bilər. 
Qiyməti 6 AZN. Poçtla göndəriş zamanı 7 AZN.

https://www.youtube.com/watch?v=d6R5zSLzExg
Read more

9-cu FIDE Dünya Kuboku

Şahmat bəstəçiliyi üzrə 9-cu FIDE Dünya Kuboku, 2021

9th FIDE World Cup in Composing, 2021

 

Şahmat bəstəçiləri 2021-ci ili 9-cu FIDE Dünya Kubokunda iştirak etməyə dəvət olunurlar! 
Turnirin direktoru: Yuri Bazlov (Rusiya). Bəstələrin son göndərilmə tarixi: 01.07.2021.
 
Bölmələr:
A. İkigedişli (#2) – Hakim: Vasil Dyaçuk (Ukrayna)
B. Üçgedişli (#3) – Hakim: C.G.S. Narayanan (Hindistan)
C. Çoxgedişli (#N) – Hakim: Mark Erenburq (İsrail)
D. Etüdlər (+=) – Hakim: Oleq Pervakov (Rusiya)
E. Yardımmat (H#) – Hakim: Silvio Baier (Almaniya)
F. Əks-mat (S#) – Hakim: Mixail Xramtseviç (Belarus)
G. Nağıl (Fairies) – Hakim: TadaşVakaşima (Yaponiya)
H. Retro (Retros) – Hakim:  Joaquim Crusats (İspaniya)
 
Daha ətraflı buradan tanış ola bilərsiniz: 
https://www.wfcc.ch/competitions/composing/fidewcc_2021/
 
Read more

MURADXAN MURADOV- 70 Yubiley Yarışı, 2020

MURADXAN MURADOV70 Yubiley Yarışı, 2020

MURADKHAN MURADOV7JT, 2020

Etüdlər/Studies (+=). 

İLKİN TƏLTİF / PROVISIONAL AWARD

 

AŞF Şahmat Bəstəçiliyi Komissiyası ölkəmizin tanınmış şahmat bəstəçisi Muradxan Muradovun (Qobustan) 70 illik yubileyinə həsr olunmuş şahmat etüdlərinin tərtibi üzrə beynəlxalq yarışın nəticələrini elan edir. 

 

Hakim/Judge: Muradxan Muradov (Qobustan, Azərbaycan). 

 

14 ölkədən 31 müəllifin 33 etüdü / 33 studies by 31 authors from 14 countries: Azerbaijan (Ilham Aliev, Elmar Abdullaev, Ulvi Bajarani, Elmar Gasimov), Argentina (Mario Garcia), Canada (Ben Smolkin), Georgia (David Gurgenidze, Vazha Neidze +), Germany (Martin Minski, Jan Sprenger), Russia (Alexander Zhukov, Petr Kiryakov, Pavel Arestov, Aleksandr Stavrietsky, Valery Kalashnikov, Yuri Bazlov, Oleg Pervakov, Igor Zaytsev), Turkey (Hasan Kilincaslan, Umut Sayman), Slovakia (Michal Hlinka, Lubos Kekely), Spain (Luis Miguel Gonzalez), Israel (Amatzia Avni), Netherlands (Jan Timman, Robin Swinkels), Italy (Marco Campioli, Daniele Gatti), Ukraine (Vladislav Tarasiuk, Sergij Didukh), France (Marcel Dore). 


İradlar 15.01.2021 tarixə kimi qəbul olunur / 

Remarks are accepted until 15.01.2021.


İLKİN TƏLTİF / PROVISIONAL AWARD. 
PDF: m_muradov-70-jt-2020-award.pdf [7,73 Mb] (downloads: 27)
See the file online: m_muradov-70-jt-2020-award.pdf

PGN: m_muradov-70-jt-2020-award.pgn [15,58 Kb] (downloads: 12)


SON TƏLTİF / FINAL AWARD:  There is a small change in the final award: 26. David Gurgenidze, Vazha Neidze (+) (Georgia). 8.a8N +! Ka7 9.Nc7 =. Of course, the study could be lowered. But I hope that the author will correct the study and it will have two variant. Therefore, the study is excluded from the tournament.

PDF: m_muradov-70-jt-2020-final-award.pdf [7,45 Mb] (downloads: 30)
See the file online: m_muradov-70-jt-2020-final-award.pdf

PGN: m_muradov-70-jt-2020-final-award.pgn [14,98 Kb] (downloads: 9)

Read more

Azerbaijan Chess Composition Commission – 50 JT, 2020

Azərbaycan Şahmat Bəstəçiliyi Komissiyası - 50 Yubiley Yarışı, 2020

Azerbaijan Chess Composition Commission - 50 JT, 2020

SON TƏLTİF / FINAL AWARD

 

AŞF Şahmat Bəstəçiliyi Komissiyası Azərbaycan Şahmat Bəstəçiliyi Komissiyasının 50 illik yubileyinə həsr olunmuş şahmat bəstələrinin tərtibi üzrə beynəlxalq yarışın (ikigedişli – #2, üçgedişli – #3, çoxgedişli – #N və etüdlər – +=nəticələrini elan edir. 

 

İkigedişli / Twomovers (#2). Hakim / Judge: Anatoli Vasilenko (Ukrayna).  

12 ölkədən 18 müəllifin 23 məsələsi / 23 problems by 18 authors from 12 countries:

 

Üçgedişli / Threemovers (#3). Hakim / Judge: Elmar Abdullayev (Sumqayıt, Azərbaycan)

9 ölkədən 17 müəllifin 24 məsələsi / 24 problems by 17 authors from 9 countries.

 

Çoxgedişli / Moremovers (#N). Hakim / Judge: Aleksandr Melniçuk (Rusiya) 

10 ölkədən 16 müəllifin 23 məsələsi / 23 problems by 16 authors from 10 countries.

 

Etüdlər Studies (+=). Hakim / Judge: Muradxan Muradov (Qobustan, Azərbaycan)

16 ölkədən 29 müəllifin 28 etüdü 28 studies by29 authors from 16 countries.

 

İradlar 28.12.2020 tarixə kimi qəbul olunur / 

Remarks are accepted until 28.12.2020.


SON TƏLTİF / FINAL AWARD. 
PDF ALL: azerbaijan-ccc-50-2020-award-all.pdf [5 Mb] (downloads: 425)
See the file online: azerbaijan-ccc-50-2020-award-all.pdf

PGN STUDIES: azerbaijan-ccc-50-jt-2020-award.pgn [14,86 Kb] (downloads: 96)

 
Read more

Haji Mammadov / Hacı Məmmədov (23.05.1954 – 18.11.2020)

Haji Mammadov / Hacı Məmmədov / Гаджи Мамедов (23.05.1954 – 18.11.2020) 

Azərbaycan şahmat ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycanın tanınmış şahmat bəstəçisi, ikigedişli (#2) məsələ tərtibi üzrə ikiqat, üçgedişli (#3) üzrə üçqat Azərbaycan çempionu, idman ustası, Qobustan İdman məktəbində uzun illər şahmat məşqçisi işləyən Hacı Məmmədov (23.05.1954 – 18.11.2020) vəfat etmişdir. Allah rəhmət eləsin. Məkanı cənnət, ruhu şad olsun.

The Azerbaijani chess community has suffered a heavy loss. Well-known Azerbaijani chess composer, twomovers (#2), threemovers (#3) Azerbaijani champion, master of sports, Haji Mammadov (23.05.1954 – 18.11.2020), who worked as a chess coach at Gobustan Sports School for many years, has died. Rest in peace. May the place be a paradise, may the soul rejoice.
Read more

Muradkhan Muradov - 70 JT, 2020 (studies)

MURADXAN MURADOV-70 YUBİLEY YARIŞI (ETÜDLƏR)

Azərbaycan Şahmat Bəstəçiliyi Komissiyası ölkəmizin tanınmış şahmat bəstəçisi Muradxan Muradovun (Qobustan) 70 illik yubileyinə həsr olunmuş etüdlərin tərtibi üzrə beynəlxalq yarış keçirir. 

Hakim: Muradxan Muradov (Qobustan). 

Yarışın direktoru: İlham Əliyev (Sumqayıt). 

Mükafat: Diplomlar. 

Etüdləri 15.11.2020 tarixə kimi yarışın direktorunun elektron ünvanına göndərmək lazımdır: bestechi@mail.ru     

Təltif 2020-ci ildə elan olunacaq.


Muradkhan Muradov - 70 JT, 2020 (studies)

The Azerbaijan Chess Composition Commission announces an International Composing “Muradkhan Muradov-70 JT” jubilee tournament for studies (free theme).                                         

Prize: Diplomas.                                                                                                                              

Judge: Muradkhan Muradov (Azerbaijan).                                                                                      

Send (please PGN) to tournament director: Ilham Aliev (Azerbaijan) bestechi@mail.ru             

Closing date: 15.11.2020. 

The award – 2020.

 

Read more

Azerbaijan Chess Composition Commission - 50 AT, 2015

AZƏRBAYCAN ŞAHMAT BƏSTƏÇİLİYİ KOMİSSİYASI-50 YUBİLEY YARIŞLARI

Azerbaijan Chess Composition Commission - 50 AT, 2015


The Chess Composing Commission of the Azerbaijan Chess Federation announces a composing tournament dedicated to the 50th anniversary of the Azerbaijan Chess Composing Commission.  The tournament is held in 4 sections: twomovers (#2), threemovers (#3), moremovers (#N) and studies (+=).
Director of the tournament: Ilham Aliev (Sumgait, Azerbaijan).
Judges:
Twomovers (#2) Anatolij Vasilenko (Kiev, Ukraine).
Threemovers (#3) Elmar Abdullaev (Sumgait, Azerbaijan).
Moremovers (#N) Alexander Melnichuk (Rybinsk, Russia).
Studies (+ =) Muradkhan Muradov (Gobustan, Azerbaijan).
Prize: Diplomas.
Deadline for submission of compositions: 15.11.2020.
The results of the tournament will be announced by the end of the year. No more than 2 entries per composer should be sent to the e-mail address of the director of the tournament: bestechi@mail.ru
Read more

“KORONA” ŞAHMAT LÖVHƏSİNDƏ

"KORONA" ŞAHMAT LÖVHƏSİNDƏ

 Almaniyanın “SCHACH” şahmat jurnalı “Korona” şahmat bəstəçiliyi yarışı keçirir. Məsələ və etüdlərin mövzusu: ilkin mövqedə və əsas həlldə daşlar bir-birinə toxunmur və məsafə saxlamalıdır, həmçinin daşlar arasındakı xanalar boş olmalıdır. Bu şərtə bütün həll boyu əməl olunmalıdır. Yalnız köməkçi variantlarda və son gedişdə dəyişməyə icazə verilir. Şərtlərə əməl etməklə daş vuruşuna da icazə verilir.  
 Yarışlar şahmat bəstəçiliyinin3 bölməsində keçirilir: ikigedişli (#2), 3 gedişə yardımmat (H#3) və etüd (+=, uduş və ya heç-heçə). Hakim bütün həll boyu məsafə saxlayan bəstələrə üstünlük verəcək. Yarışların hakimi: Hans Gruber (Almaniya). Məsələ və etüdləri 10.07.2020 tarixə kimi yarışların direktoru Thomas Brand-ın elketron ünvanına göndərmək lazımdır -t.brand@gmx.net
  Mükafatlar: 1-3-cü yer: 200+150+100 AVRO ChessBase - vauçerləri, 4-cü yer: ”SHACH” jurnalına illik abunə, 5-ci yer: Lasker haqqında kitab, ən çox fiqurlu bəstə üçün - Xüsusi mükafat - 100 AVRO. Yarışların nəticələri 25.09.2020 tarixdə “SCHACH” jurnalının oktyabr sayında dərc olunacaq. 
  Nümunələrlə buradan tanış ola bilərsiniz: http://www.zeitschriftschach.de/images/2020/corona-competition.pdf 


Read more

tehsilchess.az saytına müsahibəm

tehsilchess.az saytına müsahibəm

 

«Təhsil» Respublika İdman Mərkəzinin www.tehsilchess.az saytına verdiyim «Hansı bəstəkarlar musiqi bəstələmir» adlı müsahibəni Sizlərə təqdim edirəm. Müsahibə verməyi heç sevməsəm də, bu məncə çox maraqlı alınıb. Aysel Bəxtiyarlıya təşəkkür edirəm!

Müsahibəmlə buradan tanış ola bilərsiniz: www.tehsilchess.az/interview-ilham-aliyev



Read more

COVID-19 Şahmat Bəstəçiliyi yarışlarını təxirə saldı

COVID-19 Şahmat Bəstəçiliyi yarışlarını təxirə saldı 

Məlum səbəblərə görə (COVID-19) aprel ayında keçirilməsi nəzərdə tutulmuş şahmat bəstəçiliyi yarışları təxirə salındı.

1) 4-5 aprel Şahmat Həlletməsi 41-ci Azərbaycan çempionatı - əlavə məlumat veriləcək, may-iyun aylarında keçirilməsi nəzərdə tutulub.

2) Şahmat Həlletməsi 15-ci Avropa çempionatı, 23-27.04.2020, Ukrayna, Poltava şəhəri. 2021-ci ilə keçirildi.

3) Ümümdünya 44-cü Moskva Şahmat Olimpiadası gələn ilə keçirildiyi üçün bu yarışa həsr olunmuş şahmat bəstəçiliyi yarışı da gələn ilə keçirildi. Yarışa göndərilmiş bütün şahmat bəstələrinin qeydiyyatı ləğv olunur. Müəlliflər əsərlərindən istədikləri kimi istifadə etmək hüququna malikdirlər.

Ancaq şad xəbər də var. Virusun tüğyan etdiyi dövrdə 8-ci FIDE Dünya kuboku elan edilib. Evdən çıxmadan rahatca bu yarışda iştirak edə bilərsiniz:
İngilis - https://www.wfcc.ch/competitions/composing/fidewcc_2020/
Rus - https://ru-chess-art.livejournal.com/447916.html
Read more

Şahmat bəstəçiliyi üzrə 4-cü Azərbaycan kuboku, 2019

Şahmat bəstəçiliyi üzrə 4-cü Azərbaycan kuboku, 2019

4th Azerbaijan Chess Composition Cup, 2019


   Şahmat bəstəçiliyi üzrə növbəti 4-cü Azərbaycan kubokunun ilkin nəticələrini elan edirik. İki ildən bir keçirilən bu yarışı Şahmat Bəstəçiliyi komissiyamızın əsas uğurlarından sayıram. Bu il də yarışımızı qoruya bildik. Bütün bölmələrdə yarışlar alındı, yəni reqlamentə uyğun olaraq hər bölmədə üç qalib var. Əlbəttə çox istərdim ki, kubokumuzun səviyyəsi daha yüksək olsun, gələcəkdə inşallah buna da nail olacayıq. Təəssüf ki, bir neçə tərtibçimiz bu yarışa öz məsələlərini göndərməməkdə israrlıdır. Bir daha qeyd edim ki, ölkə yarışlarında iştirak etməyən şəxslər şahmat bəstəçiliyi üzrə yığma komandaya daxil edilməyəcək. Ancaq incə məqamlar da var. Bu bəstəçilərimiz yarışda iştirak etməsə də yaradıcılıqları göz qabağındadır. Daha açıq desək, yəni bu kubokda başqasının yerinə məsələ tərtib edərək iştirak ediblər. Əlbəttə buna tam sübut olmasa da məsələlərə baxdıqda hər şey aydın olur. Bu əlbəttə ki, bəstəçi etikasından çox uzaqdır və bəstəçiliyin inkişafına ziyandan başqa bir şey gətirməz.   

   Fürsətdən istifadə edib yarışda iştirak edən bütün şahmat bəstəçilərinə öz minnətdarlığımı bildirir və yeni yaradıcılıq uğurları arzu edirəm! 

TƏLTİF / AWARD: 4-cu-aze-kuboku-2019.pdf [442,44 Kb] (downloads: 186)
See the file online: 4-cu-aze-kuboku-2019.pdf
4-cu-aze-kuboku-2019.pdf [442,44 Kb] (downloads: 186)
See the file online: 4-cu-aze-kuboku-2019.pdf


Hörmətlə, İlham Əliyev.

Şahmat Bəstəçiliyi komissiyasının sədri.


Read more

Şahmat məsələlərinin həlli üzrə 40-cı Azərbaycan Çempionatı

Şahmat məsələlərinin həlli üzrə 40-cı Azərbaycan Çempionatı 

40th Azerbaijan Chess Solving Championship


Ramil Cavadov 5 qat Azərbaycan çempionu oldu


 6-7 aprel tarixlərdə Respublika Şahmat Mərkəzində şahmat məsələlərinin həlli üzrə 40-cı Azərbaycan çempionatı keçirildi. Yubiley çempionatında qələbə uğrunda ölkəmizin 9 şəhərindən (Bakı, Sumqayıt, Gəncə, Şəki, İsmayıllı, Qəbələ, Şabran, Naftalan, Tərtər) 32  şahmatçı mübarizəyə qatıldı.      

  Ölkə çempionatımız dünya və Avropa çempionatlarında olduğu kimi hər birində 3 şahmat məsələsi olmaqla 6 bölmə üzrə (ikigedişli–20 dəq, üçgedişli–60 dəq, etüdlər–100 dəq,  çoxgedişli–80 dəq, yardımmat–50 dəq, əks-mat–50 dəq), ümumi 18 məsələ təqdim olunmaqla keçirilir. Hər düzgün həll edilmiş tapşırığa görə 5 xal verilirdi. Ölkə çempionatımız şahmat həlletməsi üzrə Dünya kubokunun mərhələlərindən biri kimi qeydiyyatdan keçmişdi.

  Çox heyiflər olsun ki, şahmat həlletməsi üzrə dünya və Avropada gümüş medal qazanmış millimizin bir sıra üzvü (Zaur Məmmədov, Misrətdin İskəndərov, Rəşad Zeynallı, Bəhruz Rzayev) Türkiyədə işlədikləri üçün bu çempionata qatıla bilmədilər. Ancaq buna baxmayaraq çempionat kəskin mübarizə şəraitində keçdi. İlk turlardan şahmat üzrə beynəlxalq usta Nərmin Məmmədova (Bakı) liderliyi ələ keçirdi və dünya şahmat həlletməsi tarixində qadın həllçinin ölkə çempionatında ilk dəfə olaraq çempion adını qazanmasına çox yaxın idi. Lakin 4-cü turda, çoxgedişli məsələlər bölməsində təqdim olunan 3 tapşırığı həll edə bilməməklə bu şansı əldən buraxdı.

  Bu şansdan istifadə edən İsmayıllı şahmatçısı 4 qat ölkə çempionu, beynəlxalq usta Ramil Cavadov 90 mümkün xaldan 78,50 (306 dəq) xal toplayaraq 5 qat Azərbaycan çempionu adını qazandı. Gümüş medalı 72,5 (310 dəq) xalla 15 qat Azərbaycan çempionu, beynəlxalq usta Araz Alməmmədov (Qəbələ), bürünc medalı isə 68 (294 dəq) xalla 2-ci dəfə Nərmin Məmmədova (Bakı) qazandı. Təcrübəli həllçimizi Aqşin Məsimov (Bakı) 62,5 xalla 4-cü, Amil Abbasov (Gəncə) isə ondan yarım xal geri qalaraq 5-ci oldu.

    Qadınlar arasında 1-ci Nərmin Məmmədova (Bakı), 2-ci beynəlxalq usta Səbinə İbrahimova (Bakı), 3-cü isə Ayan Allahverdiyeva (Bakı) oldu. 

  Bölmələrdə çempion adını aşağıdakı şahmatçılar qazandılar: ikigedişli, çoxgedişli – Araz Alməmmədov (Qəbələ), üçgedişli – Aqşin Məsimov (Bakı), etüdlər və əks-mat – Nərmin Məmmədova (Bakı), yardımmat – Amil Abbasov (Gəncə).

   Qaliblər pul mükafatları, medallar, fəxri fərman və şahmat kitabları ilə mükafatlandırıldı.   Həlletmə komandamız avqustda Litvanın paytaxtı Vilnüs şəhərində  keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək. Xatırladaq ki, şahmat həlletməsi üzrə milli komandamız 2014-cü ildə İsveşrədə dünya çempionatında və 2016-cı ildə Yunanıstanda  Avropa çempionatında gümüş medal qazanıb. 


İlham Əliyev (Sumqayıt) 

Yarışn baş hakimi (beynəlxalq hakim, əməkdar məşqçi)


Cədvəl, tapşırıqlar və həllərini buradan yükləyə bilərsiniz:

https://www.wfcc.ch/competitions/solving/wsc-2018-2019

Read more

Şahmat bəstəçiliyi üzrə 4-cü Azərbaycan kuboku, 2019

Şahmat bəstəçiliyi üzrə 4-cü Azərbaycan kubokunun
(4th Azerbaijan Chess Composition Cup, 2019)
ƏSASNAMƏSİ

1. 4-cü Azərbaycan kubokunu  Azərbaycan Şahmat Federasiyası Bəstəçilik komissiyası keçirir.
2. Yarış 6 bölmə üzrə (ikigedişli–#2, üçgedişli–#3, çoxgedişli–#N, etüdlər – +=, yardımmat – H#, əks-mat –S#) keçirilir. 
3. Hər müəllif hər bölməyə yalnız bir orijinal (heç yerdə dərc olunmamış) məsələ və ya etüd göndərə bilər.
Birgə (şərikli) əsərlərin iştirakına icazə verilmir. 
4. Hər hansı bir bölmədə iştirakçıların sayı üç nəfərdən az olarsa həmin bölmə üzrə yarış keçirilməyəcək. 
5. Bəstələr hakimlərə anonim olaraq, yəni müəlliflər göstərilmədən göndəriləcək.
6. Anonimliyi qorumaq üçün 4-cü Azərbaycan kubokunun hakimləri barədə əlavə məlumat veriləcək. 
7. Yarışın elan tarixi: 12.02.2019.
8. Şahmat bəstələrinin yarışın direktoruna son göndəriş tarixi – 25.05.2019.
9. Nəticələrin ilkin elanı – 15.07.2019.
10. 4-cü Azərbaycan kubokunun direktoru – İlham Əliyev (Sumqayıt).
11. Məsələ və etüdləri aşağıda göstərilən elektron ünvana, telefona və ya whatsapp-a göndərmək olar.
E-mail: bestechi@mail.ru Tel: 050 515 40 99.
12. Hakimlərlə əlaqə yalnız çempionatın direktoru vasitəsi ilə aparılacaq. Hakimlə birbaşa əlaqə yaradan yarış iştirakçısı cəzalandırılacaq.
13. Yarışda hakimlər yalnız qalib 1-3-cü yerləri müəyyən edəcəklər, təltifə daxil olmayan digər məsələ və etüdlər müəlliflərə qaytarılacaq və onlar həmin bəstələrdən digər yarışlarda istifadə edə bilərlər.
14. Yarışların son nəticəsi “Şahmat bəstəçiliyi” jurnalında dərc olunacaq.
15. Qaliblər fəxri fərman və medallarla təltif olunacaqlar.

Azərbaycan Şahmat Federasiyası Bəstəçilik Komissiyası
Read more