» » Türkiyə idmanında sponsor gəlirləri

 
 
 

Türkiyə idmanında sponsor gəlirləri

Автор: ilham от 27-11-2012, 22:40, посмотрело: 1382

0

Türkiyə idmanında sponsor gəlirləri



Türkiyənin məşhur “Hürriyet” qəzetinin 21 noyabr 2012 tarixli nömrəsində yayınlanan iqtisadiyyat xəbərlərində Ceyhun Kuburlu-nun “Ən zəki sponsorluq” adlı məqaləsi işıq üzü görüb. Məqalədə Türkiyə Şahmat Federasiyasının sponsorluk gəlirlərindən və şahmata olan marağın son dövrlərdə artmasından söz edilib.
Məqalənin qısa icmalını təqdim edirik:
Məqalədə qeyd olunur ki, son dövrlər Federasiyalara edilən sponsorluqlarda şirkətlərin yeni hədəfi şahmat olub. Şahmat Federasiyası sponsorluq gəlirlərində tennis, qolf və atletizm kimi son dövrlər gündəmdə yer alan populyar idman növlərini keçərək, futbol , basketbol və voleyboldan sonra 4-cü sırada yer alıb.
 Türkiyə Təhsil Nazirliyinin (Milli Egtitim Bakanlığı) 2005-ci ildə şahmatı tədrisdə seçməli dərs halına gətirməsi şirkətlərin də marağına səbəb olub. 2005-2008-ci ilərdə orta məktəblərdə iki milyon şagird şahmat dərsi alarkən, bu rəqəm 2010-cu ilin sonunda 3,2 milyona çatıb.
Şahmat Federasiyasına ən böyük yatırımı Türkiyə İş Bankı qoyub.  Türk Hava Yolları, Arzum, Spor Toto və Microsoft kimi digər şirkətlər də Türkiyə Şahmat Federasiyasına dəstək verir.
1954-ci ildə qurulan Türkiyə Şahmat Federasiyasının bügün, 220 mindən artıq aktiv və aktiv olmayan şahmatçısı və Federasiyaya bağlı 56 min məşqçisi var. Federasiyanın illik toplam büdəcsi 10 milyon lirəyə yüksəlib.  Türkiyədə şahmat klublarının sayı isə 244-ə çatıb.
Türkiyədə sponsor gəlirləri ən yüksək olan federasiyaları təqdim edirik:
1.Futbol Federasiyası-200 milyon TL, 
2.Basketbol Federasiyası-51 milyon TL, 
3.Voleybol Federasiyası-12,5 milyon TL, 
4.Şahmat Federasiyası-5,8 milyon TL,
5.Avtomobil Federasiyası-5,7 milyon lırə
6.Atletizm Federasiyası-3,3 milyon TL,
7.Atçılıq Federasiyası-3,3 milyon TL,
8.Qolf Federasiyası-3 milyon TL,
9.Tennis Federasiyası-2,4 milyon TL,
10.Üzgücülük Federasiyası-1,1 milyon TL,
11.Bilyard Federasiyası-900 min lirə,
12.Boulinq Federasiyası-842 milyon lirə.
P.S. Maraqlıdır, görəsən ölkəmizdə bu sahədə vəziyyət necədir?       İlham Əliyev (Sumqayıt)

скачать dle 10.5фильмы бесплатно

Категория: Chess News In The World

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
Информация
Посетители, находящиеся в группе Гости, не могут оставлять комментарии к данной публикации.
 
: