UŞAQ VƏ YENİYETMƏLƏR ARASINDA ŞAHMAT ÜZRƏ ŞƏXSİ VƏ KOMANDA BİRİNCİLİYİ (15-23.12.2015)

15 - 23 dekabr 2015-ci il tarixdə Respublika Şahmat Mərkəzində 2005 - 2008-ci il təvəllüdlü (10 yaşadək) və 2000 - 2004-cü il təvəllüdlü (15 yaşadək) uşaq və yeniyetmələr arasında şahmat üzrə şəxsi və komanda birinciliyi keçirilmişdir.
10 yaşadək uşaqlar arasında yarışda RİOEUGŞM, HRŞDK, RŞK, 1 №-li İOEUGŞDİM, 2 №-li UGŞİM, 3 №-li UGŞİM və 19 №-li UGİM-i təmsil edən 46 nəfər (onlardan 6 nəfəri qızlardır) iştirak etmişdir.
15 yaşadək uşaq və yeniyetmələr arasında yarışda RİOEUGŞM, "Neftçi" İK İB, RŞK, 1 №-li İOEUGŞDİM, 2 №-li UGŞİM, 3 №-li UGŞİM, 19 №-li UGİM, "Sərhədçi" İOM-ni təmsil edən 33 nəfər (onlardan 5 nəfəri qızlardır) iştirak etmişdir. Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin idarə etdiyi II dərəcəli şahmatçılar arasında İsveçrə sistemi üzrə keçirilən hər iki yarış 9 turdan ibarət olmuşdur.
Son turdan əvvəl Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Əbdülov Salman tədbir iştirakçıları adından bu günlərdə "Azərbaycan Respublikasının Əməkdar Məşqçisi” fəxri adını almış Ülkər Umudovanı təbrik etmiş, bu il Yunanıstanın Xalkidiki şəhərində keçirilmiş 12 yaşadək oğlanlar arasında Dünya birinciliyinin qalibi olmuş Bakı idmançısı Muradlı Məhəmmədi pul mükafatı ilə mükafatlandırmış, noyabr ayında I dərəcə normasını yerinə yetirmiş Xəlilov Emin, Baxtiyev Əhməd, Məhyəddinov Ağamurad və Aslanov Paşaya dərəcə kitabçaları təqdim edilmişdir. 9 turdan sonra 15 yaşadək uşaq və yeniyetmələr arasında yarışda şəxsi hesabda I yeri 7,0 xalla (əmsal 37,5) Mustafayev Nihat (RİOEUGŞM), II yeri 7,0 xalla (əmsal 32,0) Əsədova Gülbacı (1 №-li İOEUGŞDİM), III yeri 6,5 xalla (əmsal 38,0) İsrafilov Telman (3 №-li UGŞİM) tutmuşdur.
9 turdan sonra 10 yaşadək uşaqlar arasında yarışda şəxsi hesabda I yeri 7,5 xalla (əmsal 34,0) Həsənzadə Məhəmməd (RİOEUGŞM), II yeri 7 xalla (əmsal 37,5) Xanzadəyev Sabir (2 №-li İOEUGŞİM) və III yeri 7,0 xalla (əmsal 37,0) Rəsulzadə Murad (RİOEUGŞM) tutmuşdur. 10 yaşadək uşaqlar arasında yarışda komanda hesabında I yeri 20,0 xalla RİOEUGŞM (Həsənzadə Məhəmməd – 7,5 (34,0), Rəsulzadə Murad - 7,0 (37,0), Məmmədov Elnur - 5,5 (30,5)) komandası, II yeri 19,5 xalla 2 №-li İOEUGŞİM (Xanzadəyev Sabir – 7,0 (37,5), Əsədli Toğrul – 6,5 (29,0), Hüseynov Adil – 6,0 (29,5)) komandası və III yeri 17,0 xalla 1 №-li İOEUGŞDİM (Ağayeva Lalə - 6,0 (29,0), Məmmədov Polad - 5,5 (32,5), Tarverdiyev Rəsul – 5,5 (31,5)) komandası tutmuşdur.
9 turdan ibarət İsveçrə sistemi üzrə keçirilən yarışlarda Mustafayev Nihat (RİOEUGŞM) – 7,0 xal, Əsədova Gülbacı (1 №-li İOEUGŞDİM) – 7,0 xal, Həsənzadə Məhəmməd (RİOEUGŞM) – 7,5 xal, Xanzadəyev Sabir (2 №-li İOEUGŞİM) – 7,0 xal və Rəsulzadə Murad (RİOEUGŞM) – 7,0 xal toplayaraq I dərəcə normasını yerinə yetirmişlər.
Oyunlardan sonra təntənəli bağlanış mərasimi keçirilmişdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Əbdülov Salman çıxış edərək şahmatın inkişafında xüsusilə uşaqlar arasında keçirilən yarışların böyük rol oynadığını bildirmişdir.
Sonda yaş qrupları üzrə I, II və III yerləri tutmuş idmançılar, həmçinin qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, medallarla, kubokla və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
Qalibləri təbrik edirik!
Chess-Results 2000-2004
Chess-Results 2005-2008

© Salman Əbdülov