Sumqayıt şahmatçısı gənclər arasında dünya çempionudur

Sumqayıt şahmatçısı gənclər arasında dünya çempionudur
1-8 avqustda Polşanın Ostroda şəhərində 58-ci Dünya Şahmat Bəstəçiliyi konqresi (58th World Congress of Chess Composition) keçirildi. Konqresin proqramına çoxsaylı həlletmə və tərtib yarışları, həmçinin Beynəlxalq Şahmat Bəstəçiliyi Federaiyasının (World Federation for Chess Composition) iclasları və ən əsas tədbir, şahmat məsələlərinin həlli üzrə 39-cu Dünya çempionatı (39th World Chess Solving Championship) daxil idi.
Ölkəmizi bu yarışda şahmat həlletməsi üzrə yığma komandanın üzvləri Araz Alməmmədov (Qəbələ), Ramil Cavadov (İsmayıllı), Misrətdin İskəndərov (Sumqayıt), Rəşad Zeynallı (Bakı), Elmar Abdullayev (Şirvan) və ölkəmizin bu təşkilatda nümayəndəsi, komandanın baş-məşqçisi İlham Əliyev (Sumqayıt) təmsil edirdi.
Ənənəvi olaraq konqresdə dünya çempionatı öncəsi Open-turnir keçirilir. Bu yarışda həll üçün hər bölmədə (#2, #3, etüdlər,N#, H#, S#) təqdim olunan 12 məsələ 3 saat ərzində həll edilməlidir. Qələbə uğrunda 24 ölkədən 89 şahmatçı mübarizə apardı. Qalib adını 60 mümkün xaldan 51 xalla Anatoli Mukoseev (Rusiya) qazandı, 2-ci 50,5 xalla Vidmantas Satkus (Litva), 3-cü isə 50 xalla Piotr Qorski (Polşa) oldu. Azərbaycan həllçiləri arasında bu yarışda ən yaxşı nəticəni Mistrətdin İskəndərov (Sumqayıt) 48,5 xalla 6-cı yer tutaraq göstərdi. R. Zeynallı ilk dəfə belə yarışlarda çıxış etməsinə baxmayaraq 45 xal topladı və 13-cü yeri tutdu. Araz Alməmmədov 44,5 xalla 14-cü oldu. Son ölkə çempionu Ramil Cavadov isə çox zəif çıxış etdi və 35 xalla 39-cu oldu.
4-5 avqustda
39-ci Dünya çempionatı keçirildi ki, burada 85 şahmatçı şəxsi hesabda mübarizə apardı. Çempionat 6 turdan ibarət olur ki, hər turda 3 tapşırıq, ümumi olaraq isə 18 tapşırıq təqdim olunur. Hər tapşırıqda düzgün cavaba görə 5 xal, ümumi 90 xal verilir. Çempionat dəfələrlə dünya çempionu olan Kasper Piorun (Polşa) və şahmat üzrə qrossmeyster John Nunn-ın (İngiltərə) mübarizəsi ilə yadda qaldı. Qızıl medalı 80,5 xalla (348 dəqiqə) Kasper Piorun, gümüşü isə 80 xalla (316 dəqiqə) John Nunn qazandı. Bürünc medalın sahibi isə 73 xalla Jorma Paavilainen (Finlandiya) oldu. Azərbaycan şahmatçılarından Mistrətdin İskəndərov dəfələrlə dünya və Avropa çempionu Piotr Murdzia (Polşa) ilə eyni 71 xal (338 dəqiqə) topladı və yalnız vaxta görə (350 dəqiqə) 5-ci oldu. Araz Alməmmədov 56,5 xalla 18-ci, debütant Rəşad Zeynallı 54,5 xalla 22-ci, təcrübəli Ramil Cavadov isə 42,5 xalla 47-ci oldu ki, bu da ötən il İsveçrədə dünya çempionatında 2-ci yer tutan komandamızın nəticəsinə təsir etdi.
Dünya çempionatında komanda hesabında 19 komanda mübarizə aparırdı. Üç turdan sonra komandamız 3-cü yerdə gedirdi. Çempionatda qalib adını 157,5 xalla dəfələrlə dünya və Avropa çempionları Polşa yığması (Kasper Piorun, Piotr Murdzia, Aleksandr Mista) qazandı. Gümüş medalı isə 151 xalla Böyük Britaniya (John Nunn, Jonathan Mestel, Michael McDovel) əldə etdi. Bürünc medalı 135,5 xalla Serbiya (Marjan Kovacevic,Vladimir Podinic, Bojan Vukcevic) komandası qazandı. 4-cü134 xalla, Almaniya, 5-ci isə 130,5 xalla Azərbaycan oldu. Maraqlıdır ki, yığmamız son turlara kimi liderler sırasında idi, yalnız son turlarda Araz Alməmmədovun və Ramil Cavadovun zəif çıxışı komandamızın 5-ci olmasına səbəb oldu. Ancaq yenə də bu nəticə ilə ölkəmizin komandası dəfələrlə dünya və Avropa çempionları Rusiya, Almaniya, Ukrayna kimi komandaları geridə qoydu.
Əsas uğurumuzu gənclər qazandı. Misrətdin İskəndərov 71 xalla gənclər arasında dünya çempionu adını qazandı. Gümüş medalı 62 xalla Tomas Peiti (Slovakiya), bürünc medalı isə 54,5 xalla Rəşad Zeynallı (Bakı) qazandı.
Ənənəvi olaraq, dünya çempionatında sürətli həlletmə keçirilir. "Quick Şou” yarışında 1-ci 18 xalla Marjan Kovacevic (Serbiya), 2-ci 17 xalla Kasper Piorun (Polşa), 3-cü isə 16 xalla Arno Zude (Almaniya) oldu. "Solving şou” yarışında isə qalib adını 13 xalla Mark Erenburq (İsrail) qazandı. 2-ci yeri 11 xalla Vladimir Podinic (Serbiya), 3-cü yeri isə 10 xalla 15 qat ölkə çempionu Araz Alməmmədov (Azərbaycan) tutdu.
Son yarışların nəticələrinə görə Misrətdin İskəndərov (Sumqayıt) həlletmə üzrə beynəlxalq usta (FIDE Solving International Master), şahmat üzrə qrossmeyster Zaur Məmmədov isə FİDE ustası (FIDE Solving Master) adını aldı. Qeyd edək ki, M. İskəndərov həmçinin, həlletmə üzrə ölkəmizin tarixində ilk dəfə olaraq, qrossmeyster balını da topladı və beynəlxalq həlletmə əmsalı ilə ölkə yığmasının liderinə çevrildi. Maraqlıdır ki, o iyulun sonu Türkiyənin Konya şəhərində keçirilən Türkiyə liqasında da uğurla çıxış edərək şahmat üzrə qrossmesyter balını toplayıb.
Daha bir nəticəni xüsusilə qeyd etmək istərdim. Komandamızın debütantı, ölkə çempionatında 4-cü yer tutan Rəşad Zeynallı (Bakı) bütün yarışlarda öz uğurlu çıxışı ilə yadda qaldı. O ilk dəfədən beynəlxalq usta normasını doldurdu və indi bu adı almaq üçün ona beynəlxalq əmsalını 2450-ya çatdırmaq qalıb.

Read more

A. Sarıçev şahmat həlletməsi yarışı

A. Sarıçev (2.08.1909 - 7.12.1986) şahmat həlletməsi yarışı, 22.07.2015
A. Sarychev (2.08.1909 - 7.12.1986) Chess Solving Open, 22.07.2015

Məsələlər / Problems a.sarichev-solving-open-2015-problems.pdf [176,68 Kb] (downloads: 35)
See the file online: a.sarichev-solving-open-2015-problems.pdf

Həlli / Solutions a.sarichev-solving-open-2015-solutions.pdf [284,25 Kb] (downloads: 28)
See the file online: a.sarichev-solving-open-2015-solutions.pdf

Nəticələr / Results sarichev-2015-cedvel.pdf [185,45 Kb] (downloads: 23)
See the file online: sarichev-2015-cedvel.pdf

Read more

2-ci Azərbaycan kuboku

2nd Azerbaijan Chess Composition Cup 2015 Şahmat bəstəçiliyi üzrə 2-ci Azərbaycan kuboku

1. 2-ci Azərbaycan kubokunu Azərbaycan Şahmat Federasiyası Bəstəçilik komissiyası keçirir.
2. Yarış 6 bölmə üzrə (ikigedişli-#2, üçgedişli-#3, çoxgedişli-N#, etüdlər -+=, yardımmat – H#, əksmat- S#) keçirilir.
3. Hər müəllif hər bölməyə yalnız bir orijinal (heç yerdə dərc olunmamış) məsələ və ya etüd göndərə bilər. Şərikli əsərlərin iştirakına icazə verilmir.
4. Hər hansı bir bölmədə iştirakçıların sayı üç nəfərdən az olarsa, həmin bölmə üzrə yarış keçirilməyəcək.
5. Bəstələr hakimlərə anonim olaraq, yəni müəlliflər göstərilmədən göndəriləcək.
6. Anonimliyi qorumaq üçün 2-ci Azərbaycan kubokunun hakimləri barədə əlavə məlumat veriləcək.
7. Yarışın elan tarixi: 1.03.2015.
8. Bəstələrin yarışın direktoruna son göndəriş tarixi – 1.06.2015.
9. Nəticələrin ilkin elanı – 15.06.2015.
10. 2-ci Azərbaycan kubokunun direktoru - Vidadi Zamanov (Göyçay).
11. Məsələ və etüdləri aşağıda göstərilən elektron ünvana və ya SMS vasitəsilə telefona göndərmək olar: e-mail: vidadi_zamanov@mail.ru, Tel: 050 489 21 27. 12. Hakimlərlə əlaqə yalnız çempionatın direktoru vasitəsi ilə aparılacaq.
13. Yarışda hakimlər yalnız qalib 1-3-cü yerləri müəyyən edəcəklər, təltifə düşməyən digər məsələ və etüdlər müəlliflərə qaytarılacaq və onlar həmin bəstələrdən digər yarışlarda istifadə edə bilərlər.
14. Qaliblər fəxri fərman, medal və kubokla təltif olunacaqlar.
15. 2-ci Azərbaycan kubokunun bağlanışı A.Sarıçevin xatirəsinə həsr olunmuş həlletmə yarışı zamanı keçiriləcək. 2-ci Azərbaycan kubokunun hakimləri / The judges of the 2nd Azerbaijan Cup: #2 - Givi Mosiashvili (Georgia), #3 - Evgeni Fomichev (Russia), N# - Mikhail Marandyuk (Ukraine), Studies / Etüdlər - Ilham Aliev (Sumgayıt, Azerbaijan), H# - Abdelaziz Onkoud (Morocco), S# - Andrey Selivanov (Russia).

Son Nəticələr 2-nd-azerbaijan-chess-composition-cup-2015-award.pdf [700,32 Kb] (downloads: 31)
See the file online: 2-nd-azerbaijan-chess-composition-cup-2015-award.pdf

Read more

MURADKHAN MURADOV - 65 JUBİLEE TOURNAMENT

MURADXAN MURADOV - 65 İLDÖNÜMÜ (YUBILEY) YARIŞI

Azərbaycan Şahmat Federasiyasının Bəstəçilik komissiyası Muradxan Muradovun (12.04.1950) 65-ci ildönümünə həsr edilmiş etüdlərin tərtibi üzrə beynəlxalq yarış elan edir.
Hakim: Muradxan Muradov (Qobustan, Azərbaycan).
Yarışın direktoru: Elmar Abdullayev (Şirvan, Azərbaycan).
Etüdlərin son göndəriş günü: 21.07.2015.
Etüdləri hər müəllifdən 2-dən artıq olmayaraq, aşağıdakı ünvana göndərmək lazımdır:
abdullaev-elmar@bk.ru

MURADKHAN MURADOV - 65 JUBİLEE TOURNAMENT

Azerbaijan Commission for Chess Composition announces an International Composing Tourney Muradkhan Muradov-65 JT (12.04.1950) for studies (free theme).
Judge: Muradkhan Muradov (Gobustan, Azerbaijan).
Director tournament: Elmar Abdullayev (Shirvan, Azerbaijan).
Deadline: 21.07.2015.
Entries (max 2 per author) should be sent to: abdullaev-elmar@bk.ru

ЮБИЛЕЙНЫЙ КОНКУРС МУРАДХАН МУРАДОВ-65

Комиссия по композиции Азербайджанской Шахматной Федерации объявляет международный юбилейный конкурс составления этюдов посвященный 65 -летию со дня рождения Мурадхан Мурадова (12.04.1950).
Судья: Мурадхан Мурадов (Гобустан, Азербайджан).
Директор турнира: Эльмар Абдуллаев (Ширван, Азербайджан).
Последний день присылки: 21.07.2015.
Этюды не более 2-х от одного автора посылать по адресу: abdullaev-elmar@bk.ru

Read more

AZERBAIJAN CHESS COMPOSITION COMMISSION-45 JT, 2015

Azərbaycan Şahmat Bəstçiliyi Komissiyasının 45-ci ildönümünə həsr olunmuş yarışların nəticəsi (etüdlər (+=) və ikigedişli (#2))
PDF şəklində azerbaijan-ccc-45-jt-2015-award-studies-and-2.pdf [874,79 Kb] (downloads: 48)
See the file online: azerbaijan-ccc-45-jt-2015-award-studies-and-2.pdf

PGN şəklində azerbaijan-ccc-45-jt-2015-studies.pgn [6,88 Kb] (downloads: 26)

Read more

36-cı AZƏRBAYCAN ÇEMPİONATI


İsmayıllı şahmatçısı 4 qat Azərbaycan çempionu oldu
Aprelin əvvəlləri ölkəmizin paytaxtı Bakı şəhərində ənənəvi olaraq, şahmat məsələlərinin həlli üzrə ölkə çempionatı keçirilir. Bu il Respublika Şahmat Mərkəzində (klubu) keçirilən Azərbaycan çempionatı sayca artıq 36-cı idi. Qələbə uğrunda ölkəmizin 9 şəhərindən (Bakı, Sumqayıt, Gəncə, İsmayıllı, İmişli, Qəbələ, Şabran, Qobustan, Naftalan) 29 şahmatçı mübarizəyə qatıldı. Çempionatımız dünya və Avropa çempionatlarında olduğu kimi, hər birində 3 məsələ olmaqla 6 bölmə üzrə (ikigedişli -20 dəq, üçgedişli -60 dəq, etüdlər -80 dəq, çoxgedişli-80 dəq, yardımmat-50 dəq, əks-mat-50 dəq) ümumi 18 məsələ təqdim olundu. Hər düzgün həll edilmiş tapşırığa görə 5 xal verilirdi.
Çempionatda əsas mübarizənin ənənəvi olaraq, həlletmə üzrə ölkə yığma komandasının üzvləri arasında gedəcəyi gözlənilirdi. Çox heyiflər olsun ki, Dünya kubokunun qalibi Zaur Məmmədov (Bakı) və Nərmin Məmmədova (Bakı) Birləşmiş Ərəb Əmirliklərində keçirilən şahmat yarışında iştirak etdiyi üçün çempionata qatıla bilmədilər.
Gərgin mübarizədə qaliblər yalnız son, 6-cı turdan sonra məlum oldu. 1-ci yeri 90 mümkün xaldan 82,75 (344 dəq) xal toplayaraq, İsmayıllı şahmatçısı beynəlxalq usta Ramil Cavadov tutdu və bununla da 4 qat ölkə çempionu oldu. Gümüş medalı 81,5 (265 dəq) xalla yığmanın daha bir üzvü, şahmat üzrə beynəlxalq usta Misrətdin İskəndərov (Sumqayıt), bürünc medalı isə Qəbələ şahmatçısı, 15 qat ölkə çempionu, beynəlxalq usta Araz Alməmmədov 75 ( 285 dəq) xalla qazandı. 4-cü 49,5 xalla Rəşad Zeynallı (Bakı), 5-ci isə 47 xalla Aqşin Məsimov (Bakı) oldu.
Bölmələrdə çempion adını aşağıdakı şahmatçılar qazandılar: ikigedişli - Rəşad Zeynallı (Bakı), üçgedişli- Araz Alməmmədov (Qəbələ), etüdlər, yardımmat, çoxgedişli - Misrətdin İskəndərov (Sumqayıt), əksmat - Ramil Cavadov (İsmayıllı).
Qadınlar arasında 1-ci 38,25 xalla şahmat üzrə beynəlxalq qrossmeyster Nərmin Kazımova (Bakı), 2-ci 30,75 xalla şahmat üzrə beynəlxalq usta Səbinə İbrahimova (Gəncə), 3-cü isə 19 xalla Xatun Bağırova (Bakı) oldu.
Veteranlar arasında ən yaxşı nəticəni, 12 aprel 65 yaşı tamam olan tanınmış etüd tərtibçimiz Muradxan Muradov (Qobustan) 27,5 xalla, yeniyetmələr arasında isə 14 xalla Feyziyev Mirmusa (Bakı) və 12,5 xalla Teymuraz Axundov (Bakı) göstərdi.
Komanda hesabında İsmayıllı komandası (Ramil Cavadov və Cahangir Niftəliyev) 108,75 xalla 1-ci yeri, Bakı-1 (Rəşad Zeynallı və Aqşin Məsimov) 96,5 xalla 2-ci, Sumqayıt (Misrətdin İskəndərov və Zaur Bayramov) 91,5 xalla 3-cü yeri tutdu. Sonrakı yerləri müvafiq olaraq,Qəbələ (Araz Alməmmədov və Aydan Hüseynzadə) 84 xalla 4-cü, Bakı-2 (Bəhruz Rzayev və Nərmin Kazımova) 77,5 xalla (555 dəq) 5-ci, İmişli (Kənan Vəlixanov və Elnur Mehtiyev) 77,5 xalla (620 dəq) 6-cı, Şabran (Ramil Səfərəliyev və Azər Abbasov) 51 xalla 7-ci yeri tutdu.
Ölkə çempionatı ilə yanaşı 33-cü Bakı çempionatının da nəticələri müəyyən edildi. 1-ci Rəşad Zeynallı, 2-ci Aqşin Məsimov, 3-cü isə Bəhruz Rzayev oldu. Bölmələrdə qaliblər: ikigedişli, üçgedişli, çoxgedişli - Rəşad Zeynallı, etüdlər-Nərmin Kazımova, yardımmat - Bəhruz Rzayev, əsk-mat- Aqşin Məsimov.
Bütün qaliblərə pul mükafatları və qiymətli hədiyyələr təqdim olundu.

İ. Əliyev (Sumqayıt) beynəlxalq hakim, əməkdar məşqçi

Cədvəl 36th-azch-excel-table.xls [55 Kb] (downloads: 40)
See the file online: 36th-azch-excel-table.xls

Məsələlər 36th-azerbaijan-solving-championship-problems.pdf [192,41 Kb] (downloads: 55)
See the file online: 36th-azerbaijan-solving-championship-problems.pdf

Cavablar 36th-azerbaijan-solving-championship-solutions.pdf [240,2 Kb] (downloads: 51)
See the file online: 36th-azerbaijan-solving-championship-solutions.pdf

Read more

10-cu komanda Dünya çempionatı

10-cu komanda Dünya çempionatı

Dünya Şahmat Bəstəçiliyi Federasiyası (WFCC-World Federation for Chess Composition) növbəti, 10-cu komanda Dünya çempionatının reqlamentini elan edib. Azərbaycan Şahmat Federasiyasının Şahmat Bəstəçiliyi komissiyası ölkəmizin bütün şahmat bəstəçilərinə 10-cu komanda Dünya çempionatında (10th WCCT) fəal iştirak etməyə müraciət edir. İstənilən sualla bölmələr üzrə kapitanlara və komandanın kapitanı İlham Əliyevə müraciət edə bilərsiniz.
Mövzuları buradan yükləyə bilərsiniz:
http://www.wfcc.ch/wp-content/uploads/WCCT-10_announcement.pdf

Komandanın üzvləri:
Araz Alməmmədov (#2, #3, N#, etüd, H#, S#, Nağıl, Retro)
Kənan Vəlixanov (İmişli) - (#2, #3, N#, H#, S#) velihanov@mail.ru
Süleyman Abdullayev (Bakı)- (#2) s.abdullaev67@mail.ru
Salman Cavadzadə (Gəncə) - (#2, #3, N#, H#, S#)
Elmar Abdullayev (Şirvan) - (#2, #3, N#, H#) abdullaev-elmar@bk.ru
Mübariz Səfərov (Cəlilabad) - (#2, #3, N#, H#) mubariz_65@mail.ru
Mənsur Məmmədov (Bakı) - (#2, #3, N#) mamedovhramov@mail.ru
Hacı Məmmədov (Qobustan) - (#2, #3)
Ramil Səfərəliyev (Şabran) - (#2, #3) ramil1980@box.az
Muradxan Muradov (Qobustan) - (etüd) murad.muradov@mail.ru
İlham Əliyev (Sumqayıt) - (etüd) bestechi@mail.ru

Read more

Dünya kuboku














Zaur Məmmədov Dünya kubokunun sahibi oldu
Fevralın əvvəllərində Rusiyanın paytaxtı Moskva şəhərində şahmat məsələ və etüdlərinin həlli üzrə 7-ci Dünya kuboku keçirildi.Dünya kubokunda ölkəmizi Araz Alməmmədov (Qəbələ), Ramil Cavadov (İsmayıllı), Zaur Məmmədov, Nərmin Məmmədova (hər ikisi Bakı), Misrətdin İskəndərov (Sumqayıt) və şahmat bəstəçiliyi üzrə yığma komandanın baş məşqçisi İlham Əliyev (Sumqayıt) təmsil edib.
Yarışda 24 nəfər 200 000 rubl mükafat fondu uğrunda mübarizə aparırdı. Yarış 4 turdan ibarət idi və hər turda həll üçün altı tapşırıq təqdim olunurdu. Bakı şahmatçısı Zaur Məmmədov bir çox tanınmış şahmat həlçilərini geridə qoyaraq, ölkəmizin tarixində ilk dəfə dünya kubokunun sahibi adına layiq görüldü. O, 120 mümkün xaldan 93,5 xalla iki rusiyalını Yevgeni Fomiçevi (91,25) və Aleksandr Leontyevi (89,25) qabaqlayaraq ölkəmizə yüksək mükafat qazandırdı.
Misrətdin İskəndərov 80,25 xalla 6-cı, Araz Alməmmədov isə 74,75 xalla 7-ci yeri tutaraq pul mükafatçıları sırasına daxil oldular. Komandanın digər üzvləri Ramil Cavadov 58,75 xalla 17-ci, Nərmin Məmmədova 52,5 xalla 20-ci yeri tutdular.

worldcup-2015.xls [49 Kb] (downloads: 26)
See the file online: worldcup-2015.xls

Read more

Afek-64 etüd yarışı

Afek-64 etüd yarışı


Tanınmış etüdçü, şahmat və şahmat bəstəçiliyi üzrə beynəlxalq usta Yochanan Afek-in 64 illik yubileyinə həsr olunmuş etüd yarışı keçirilir. Mükafat fondu 1400 ABŞ dolları. 5 pul mükafatı: 400$, 300$, 250$, 200$, 100$ və 150 dollarlıq kitab. Hər kəs yarışa 2 etüd göndərə olar, şərikli etüdlərə icazə verilir. Hakim: Yochanan Afek.


Afek-64 Ty for original studies

The Israeli chess composition society (ICCS) announces an endgame study tourney to celebrate the 64th birthday of the famous composer Yochanan Afek, due in 16 April 2016.
Theme: free.
Maximum 2 entries per composer; Joint compositions are allowed.
Closing date: 31/1/2016
The award will be published in "Variantim" in mid-2016.
Total prize fund: 1400 US$. 5 money prizes: 400$, 300, 250, 200, 100 and additional 150$ value in books prizes.
Judge: Yochanan Afek.
Tourney director: Amatzia Avni
Send your original studies (diagram, detailed solutions and postal address) by e-mail (avniam@zahav.net.il) or by post (Amatzia Avni, 9 Oranim, Givaat-Shmuel 54052, Israel). Studies sent by e-mail should be in Word or PDF; an additional attached pgn file would be appreciated.

Read more