Сортировать статьи по: дате | популярности | посещаемости | комментариям | алфавиту

Həmyerlimiz Amerikada

Автор: ilham от 11-07-2011, 22:48, посмотрело: 1637

0

Həmyerlimiz Amerikada
ABŞ - da yaşayan həmyerlimiz, tanınmış şahmat məsələləri tərtibçisi Rauf Əlövsətzadə, bu ölkənin məşhur “StrateGems” şahmat bəstəçiliyi jurnalında üçgedişli məsələlər bölməsinin redaktorudur. Bu jurnala orijinal şahmat məsələləri göndərmək istəyənlər (yalnız üçgedişli məsələ!) üçün həmyerlimizin elektron ünvanını təqdim edirik: rauf.aliovsadzade@gmail.combakili97@netzero.net

Категория: Chess Composition

 

2-ci Dünya kuboku

Автор: ilgar от 10-07-2011, 16:26, посмотрело: 1780

0

2-ci Dünya kubokunda şahmat bəstəçilərimizin uğuru!

FIDE-nin (Beynəlxalq Şahmat Federasiyası) “Şahmat bəstəçiliyi” xüsusi layihəsi şahmat bəstəçiliyi üzrə 2-ci Dünya kubokunun nəticələrini elan edib. Səkkiz bölmə üzrə keçirilən yarışlarda artıq üç bölmənin nəticələri məlumdur.
Sevindirici haldır ki, ölkəmizin üç şahmat bəstəçisi bu yarışda uğur qazanıb. Etüd bölməsində 23 ölkədən 38 etüdün iştirak etdiyi yarışda İlham Əliyevin (Sumqayıt) etüdü 2-ci Xüsusi Mükafat, üçgedişli bölmədə 12 ölkədən 28 məsələnin iştirak etdiyi yarışda Kənan Vəlixanovun (İmişli) məsələsi 1-ci fəxri rəy, çoxgedişli bölməsində isə 18 ölkədən 30 məsələnin iştirak etdiyi yarışda isə Vidadi Zamanovun (Göyçay) məsələsi miniatürə görə mükafat qazanıb. Fürsətdən istifadə edib, şahmat bəstəçilərimizi təbrik edirik və onlara yeni yaradıcılıq uğurları arzulayrqırıq.
Şahmat bəstələrini müstəqil həll edin, cavabları ilhamaliev@mail.ru ünvanına göndərə bilərsiniz.
dunya-kuboku.doc [0 b] (cкачиваний: 99)

Категория: Chess Composition

 

Respublika Şahmat Olimpiadasında həlletmə çempionatı

Автор: ilham от 29-06-2011, 01:35, посмотрело: 1818

0

Respublika Şahmat Olimpiadasında həlletmə çempionatı
12-23 iyul 2011-ci tarixdə İsmayıllı şəhərində keçiriləcək 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasının proqramına həlletmə üzrə çempionat daxil edilmişdir. Çempionat dörd bölmədə keçirilir (ikigedişli, üçgedişli, çoxgedişli və etüd). Bir saat ərzində 8 tapşırıq təqdim ediləcək. Qaliblər 12 və 16 yaş qruplarında müəyyənləşdiriləcək.
Çempionatın mükafat fondu 100 manat.
Yarışda iştirak etmək istəyənlər baş hakim İlham Əliyevə (Sumqayıt) müraciət edə bilərlər:
Tel: (050) 515 40 99
E-mail: ilhamaliev@mail.ru

Изменил: ulvich

Категория: Chess Composition

 

Olimpiya dünyası 2011

Автор: ilgar от 28-06-2011, 03:47, посмотрело: 2165

0

Olimpiya dünyası 2011
(+=, #2, #3, N#)
Azərbaycan Milli Olimpiya komitəsinin mətbuat orqanı olan “Olimpiya dünyası” qəzeti şahmat bəstələrinin tərtibi üzrə beynəlxalq yarışlar keçirir.
Şahmat guşəsi həftədə bir dəfə, çərşənbə axşamı və ya cümə günləri işıq üzü görür.
Orijinal bəstələri guşənin aparıcısı və yarışın təşkilatçısı İlham Əliyevə (Sumqayıt) göndərmək lazımdır.
E-mail: ilhamaliev@mail.ru
Bəstələrin son göndəriş günü: 20.10.2011.
Sizə 2011-ci il üçün yarışların hakimlərini təqdim edirik:
+= (etüdlər) - Andrey Selivanov (Rusiya)
#2 (İkigedişli) – Kənan Vəlixanov (İmişli)
#3 (Üçgedişli) - Aleksandr Melniçuk - Rusiya),
#N (çoxgedişli) - Aleksandr Sıqurov (Rusiya)
od-2010-studies-2.pdf [0 b] (cкачиваний: 98)
od-2010-3-n-award.pdf [0 b] (cкачиваний: 106)


Informaltourney "ОLIMPIYA DUNYASI 2010 (studies, #2, #3, N#) 
The newspaper " Оlimpiya dunyasi " (body of National Olympic Committee of Azerbaijan) announces an International Composing Tourney
(studies- Judge: Andrey Selivanov (Russia),
#2- Judge: Kenan Velikhanov (Azerbaijan),
#3 -Judge-Aleksandr Melnichuk (Russia),
N# - Judge: Aleksandr Sygurov (Russia)
"Оlimpiya dunyasi- 2011". No set theme. In problems of the publication and awards are sent only on the e-mail of authors. Closing date - 20.10.2011.
Send to: Ilham Aliev (Azerbaijan) ilhamaliev@mail.ru
Рубрика шахматной композиции газеты "Оlimpiya dunyasi" (орган Национального Олимпийского Комитета Азербайджана, тираж 5000)
проводит годовой конкурс по составлению задач (этюды, #2, #3, N#) за 2011 год.
Ведущий рубрики и организатор Ильгам Алиев (Азербайджан).
Судьи: этюды - Андрей Селиванов (Россия),
#2 – Кенан Велиханов (Азербайджан),
#3 – Александр Мельничук (Россия),
N# - Александр Сыгуров (Россия).
Оригинальные задачи присылайте на адрес ilhamaliev@mail.ru .
Срок присылки - до 20.10.2011.
Публикации задач и присуждение высылаются на Эл- почту авторов.

Категория: Chess Composition

 

Şahmat bəstəçiliyi üzrə 9-cu komanda dünya çempionatı

Автор: ilgar от 28-06-2011, 02:21, посмотрело: 1664

0

Şahmat bəstəçiliyi üzrə 9-cu komanda dünya çempionatı

Beynəlxalq Şahmat Bəstəçiliyi Federasiyası şahmat bəstəçiliyi üzrə 9-cu komanda dünya çempionatının reqlamentini elan edib. Çempionat 7 bölmədə keçirilir:
A) ikigedişli (#2),
B) üçgedişli (#3),
C) çoxgedişli (N#),
D) etüdlər (+=),
E) yardımlı mat (H#3),
F) əks-mat (S#3),
G) Nağıl.

Turnirin direktoru – Harry Fougiaxis (Yunanıstan). Şahmat bəstələrinin son göndəriş günü 15 aprel 2012, Azərbaycan yığmasının baş məşqçisi İlham Əliyevə (Sumqayıt) son göndəriş tarixi isə 1 mart 2012-dir. Təltif bukleti 1 Oktyabr 2013-cü ildə nəşr ediləcək və bütün komandalara göndəriləcək. Qaliblərin mükafatlandırılması isə 2013-cü ildə Şahmat bəstəçiliyi konqresində keçiriləcək..
Dünya çempionatının mövzuları ilə tanış olmaq istəyənlər fayla baxa bilərlər.

9th-wcct.doc [0 b] (cкачиваний: 74)

Категория: Chess Composition

 

“Şto?, Qde?, Koqda?” və şahmat bəstəçiliyi

Автор: ilgar от 18-06-2011, 23:40, посмотрело: 1902

0

“Şto?, Qde?, Koqda?” və şahmat bəstəçiliyi
Ötən həftə Rusiyanın məşhur “Şto?, Qde?, Koqda?” verilişində əlamətdar hadisə baş verdi.
Tamaşaçı tərəfindən verilən suala bilicilər cavab tapa bilmədilər.
Halbuki, əksər şahmat bəstəçiləri bu suala cavabı çox asanliqla verə bilərdilər.
Qazaxıstanlı tamaşaçıya şahmat bəstəçiliyinin reklamına görə ancaq minnətdar olmaq olar.

Verilişə və təqdim olunan suala burada baxa bilərsiniz:
http://ru-chess-art.livejournal.com/114973.html

Категория: Chess Composition

 

Həlletmə üzrə 32-ci Azərbaycan çempionatı

Автор: ilgar от 20-04-2011, 23:54, посмотрело: 1932

0

Respublika Şahmat Mərkəzində keçirildi. Yarışda ölkəmizin 12 şəhərindən 30 şahmatçı
öz qüvvələrini sınadı. Milli çempionat dünya çempionatının reqlamentinə uyğun olaraq altı
bölmədə keçirilirdi. Hər bölmədə 3, ümumi isə 18 tapşırıq təqdim edildi. İlk gün ikigedişli (20 dəq), üçgedişli (60 dəq) və etüdlər (100 dəq), ikinci gün isə çoxgedişli (80 dəq), yardımlı mat (50 dəq) və əks mat (50 dəq) məsələləri təqdim edildi. Heyiflər olsun ki, yardımlı mat janrında çoxgedişli məsələdə diaqramda səhv edildiyi üçün, həmin məsələ yarışdan çıxarıldı.
FİDE ustası Ramil Cavadov (İsmayıllı) ilk bölmələrdən uğurlu start götürdü. O, 85 mümkün xaldan 69 xal toplayaraq və 13 dəfə ölkə çempionu Araz Alməmmədovun (Qəbələ) çempionluq seriyasını bir daha qıraraq, üçqat ölkə çempionu adını qazandı. Araz isə 65 xalla ikinci yeri tutdu. 3-cü yer uğrunda gərgin mübariz getsə də, son turlarda uğurla çıxış edən
şahmat üzrə beynəlxalq usta, həlletmə üzrə millimizin gənc üzvü, çempionatın ilk günü 17 yaşı tamam olmuş Zaur Məmmədov (Bakı) 58 xalla heç kimə şans vermədi. Məhz bu üç qalib 20-27 avqustda İtaliyanın Jesi şəhərində keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək.4-cü yeri 48.5 xalla Aqşin Məsimov (Bakı), 5-ci yeri 46,75 xalla daha bir istedadlı, gənc həllçimiz Misrəddin İsgəndərov (1995), 6-cı yeri isə 31,5 xalla 1979-cu ildə həlletmə üzrə ilk
ölkə çempionatımızın iştirakçısı Eldar Cabbarov (Gəncə) tutdu.
Qadınlar arasında ən yaxşı nəticəni ötən il olduğu kimi 19,5 xalla Nərminə Ruzicəng (Naftalan) göstərdi. Veteranlar arasında 1-ci 26,25 xalla Anatoli Piriverdiyev (Bakı), yeniyetmələr arasında isə 28,75 xalla Miradil Zeynallı (Bakı) ümumi hesabda 8-ci yeri tutaraq, qalib oldu.
Bölmələr üzrə çempion adını aşağıdakı şahmatçılar qazandı. İkigedişli Misrəddin İsgəndərov (Sumqayıt), üçgedişli, çoxgedişli və əks-mat Ramil Cavadov (İsmayıllı), etüdlər Murad Nuri (Sumqayıt), yardımlı mat Araz Alməmmədov (Qəbələ).
Çempionatın qaliblərinə pul mükafatları, fəxri fərmanlar və medallar təqdim edildi.
Çempoionatın pul mükafatı:
1-ci yer : 120 manat + 30 manat Gənclər və İdman Nazirliyi (medal və fəxri fərman)
2-ci yer : 100 manat (medal və fəxri fərman)
3-cü yer : 75 manat (medal və fəxri fərman)
4-cü yer : 60 manat
5-ci yer : 50 manat
6-cı yer : 45 manat
7-ci yer : 35 manat
8-ci yer : 25 manat
Qadınlar – Nərminə Ruzicəng (Naftalan) 30 manat,
Veteran- Anatoli Piriverdiyev (Bakı) - 30 manat,
2 Həvəsləndirici mükafat –
10 manat – (veteran) İslam Kazımov (Bakı)
10 manat (yeniyetmə) – Murad Nuri (Sumqayıt).

Ənənəvi olaraq eyni zamanda Bakı çempionatının qalibləri də müəyyən edildi.
1-ci Zaur Məmmədov, 2-ci Aqşin Məsimov, 3-cü isə 14 yaşlı Miradil Zeynallı oldu. Bölmələr üzrə paytaxt çempionu adını ikigedişli, üçgedişli, çoxgedişli janrlarında Zaur Məmmədov, etüdlərdə İslam Kazımov, yardımlı matda Anatoli Piriverdiyev, əks-matda isə Aqşin Məsimov qazandı.
Paytaxt çempionatının qaliblərinə də fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edildi.

Çempionatın baş hakimi:
İlham Əliyev (Sumqayıt)
Şahmat bəstəçiliyi üzrə beynəlxalq hakim

32th-aze-problems.pdf [0 b] (cкачиваний: 194)
32th-aze-solutions.pdf [0 b] (cкачиваний: 191)
32th-aze-table.pdf [0 b] (cкачиваний: 145)

Категория: Chess Composition

 

Bəstəçillik üzrə Avropa çempionatı

Автор: ilgar от 12-04-2011, 09:29, посмотрело: 2231

0

Azərbaycan Avropada 6-cıdır

31 mart -5 aprel tarixdə Polşanın Loviç (Lowicz) şəhərində şahmat bəstələrinin həlli üzrə 7-ci Avropa çempionatı keçirildi. Çempionatda 20 ölkədən 75 şahmat həllçisi öz qüvvələrini sınadılar. Komanda hesabında ilk dəfə olaraq Ukrayna (Vasil Dyaçuk, Valeriy Kopıl, Volodimir Pogorelov, Oleksiy Solovçuk) çempion adını qazandı. 2-ci Serbiya (Milan Velimirovic, Marjan Kovacevic, İqor Spiric, Vladimir Podinic), 3-cü isə Polşa (Piotr Murdzia, Kacper Piorun, Piotr Gorski, Riszard Krolikovski) oldu. 4-cü yeri dəfələrlə dünya və Avropa çempionu adını qazanmış Rusiya millisi, 5-ci yeri isə Finlandiya tutdu. 
Ölkəmizin Ramil Cavadov, Araz Alməmmədov, Zaur Məmmədov və Aqşin Məsimovdan ibarət yığma komandası, bu yarışlar tarixində ən yüksək nəticəni göstərərək 6-cı yeri tutdu. Qeyd edək ki, komandamız tərkibi qrossmeyster və beynəlxalq ustalardan ibarət bir çox məşhur komandaları geridə qoydu. Şəxsi hesabda qızıl medalı 90 mümkün xaldan 84 xal toplayan Piotr Murdzia (Polşa), gümüş medalı 77,5 xalla (285 dəq) Marjan Kovacevic (Serbiya), bürüncü isə 77.5 xalla (322 dəq) Georgi Evseev (Russia) qazandı.Milli komandanın lideri FİDE ustası R.Cavadov (2394, İsmayıllı) 60 xalla 15-ci (performans 2522, +33), 13 dəfə ökə çempionu A.Alməmmədov (2370, Qəbələ) 55 xalla 20-ci (performans 2445, +20), 17 yaşlı gənc həllçimiz Z.Məmmədov (Bakı) 34,5 xalla 54-cü (performans 2130), komandamızın ən təcrübəli iştirakçısı olan A.Məsimov (2129, Bakı) 30,5 xalla 60-cı (performans 2068, -16) oldu. Çempionatda şəxsi hesabda çıxış edən veteran həllçimiz Anatli Piriverdiyev (Bakı) isə 29,5 xalla 61-ci yeri (performans 2053, +42) tutaraq beynəlxalq əmsalına əlavə xallar yazdıra bildi.
Gənclər (23 yaşa kimi) arasında çempion adını Kacper Piorun (Polşa) qazandı. Andrey Petrov (Rusiya) 2-ci, Evgeni Viktorov (Russia) isə 3-cü oldu.

İlham Əliyev (Sumqayıt)
Şahmat bəstəçiliyi üzrə milli komandanın baş məşqçisi

Şəkildə soldan-sağa: A.Məsimov, A.Piriverdiyev, İ.Əliyev, R.Cavadov, A.Alməmmədov, Z.Məmmədov.

#601;n y

Категория: Chess Composition

 
Назад Вперед
 
: