İlham Əliyev “Şahmat yaradıcılığım”

İlham Əliyev "Şahmat yaradıcılığım”

Əməkdar məşqçi və tanınmış etüd tərtibçisi İlham Əliyevin sizə təqdim olunan kitabında müəllifin 37 illik şahmat yaradıcılığından etüdləri, etüd hakimliyi, şahmat məsələləri, şahmat kombinasiyaları və məqalələrindən bəhs edilir. Müstəqil həll üçün 700-ə yaxın şahmat diaqramı təqdim edilib. Kitab dərəcəli şahmatçılar, məşqçilər və şahmat həvəskarları üçün nəzərdə tutulub.

Kitabın video reklamı ilə burada tanış ola bilərsiniz:

https://www.youtube.com/watch?v=DGNQupRhBG4

Read more

37-ci AZƏRBAYCAN ŞAHMAT HƏLLETMƏSİ ÇEMPİONATI

37-ci AZƏRBAYCAN ŞAHMAT HƏLLETMƏSİ ÇEMPİONATI

 

9-10 aprel (şənbə, bazar) 2016 tarixdə RESPUBLİKA ŞAHMAT MƏRKƏZİNDƏ ( klubunda ) şahmat məsələ və etüdlərinin həlli üzrə 37-ci AZƏRBAYCAN ÇEMPİONATI keçiriləcək.Çempionata I və daha yüksək dərəcəli şahmatçılar buraxılır. Xahiş olunur, 10 yaşdan aşağı şahmatçılar müraciət etməsinlər. Çempionat 9 aprel saat 10.00-da başlayacaq. Çempionat 6 (altı) bölmədə keçirilir. Hər bölmədə 3 (üç), ümumi 18 tapşırıq verilir.

I gün – ikigedişli (20 dəq), üçgedişli (60 dəq) və etüdlər (100 dəq),

II gün – yardımmat (50 dəq), çoxgedişli (80 dəq) və əks mat (50 dəq).

Qaliblərə pul mükafatları, hədiyyələr, kitablar və fəxri fərmanlar təqdim ediləcək.

Mükafat fondubarədə əlavə məlumat veriləcək.

Ölkə çempionatı ilə eyni zamanda Bakı çempionatının da nəticələri elan olunacaq. Qaliblərə qiymətli hədiyyələr təqdim olunacaq. Qeydiyyat 8 aprel saat 15.00-dək aparılır. Qeydiyyatdan keçməyənlər yarışa buraxılmayacaq.

TEL: SMS ilə (050) 515-40-99, WhatsApp, E-MAIL: bestechi@mail.ru

Baş hakim: İlham Əliyev (Beynəlxalq hakim - Sumqayıt),

Baş katib: Elmar Abdullayev (Respublika dərəcəli hakim - Şirvan).

 

AZƏRBAYCAN ŞAHMAT FEDERASİYASI BƏSTƏÇİLİK KOMİSSİYASI

Read more

Baku Chess Olympic ty 2016 (S#)

Baku Chess Olympic ty 2016 (Əks-mat, S#)


Bakı Şahmat Olimpiadasına (1-14.09.2016) həsr olunmuş şahmat bəstəçiliyi yarışlarının Əks-mat (S#) bölməsinin nəticəsi.
FIDE Olympic Tournament in Composing 2016 - Devoted to the 42nd World Chess Olympiad 2016 (Baku, Azerbaijan, 1-14.09.2016)
Yarışın direktoru / Tournament director Ilham Aliev (Azerbaijan)
Hakim / Judge: Gennady Kozyura (Ukra
yna / Ukraine)

İlkin təltif / Provisional Selfmates award of Baku Chess Olympic Ty 2016:

http://www.wfcc.ch/wp-content/uploads/Baku-Chess-Olympic-ty-2016-S.pdf

Read more

Baku Chess Olympic Ty 2016 (#3)

Baku Chess Olympic ty 2016 (Üçgedişli, #3)

 Bakı Şahmat Olimpiadasına (1-14.09.2016) həsr olunmuş şahmat bəstəçiliyi yarışlarının üçgedişli (#3) bölməsinin nəticəsi.
FIDE Olympic Tournament in Composing 2016 - Devoted to the 42nd World Chess Olympiad 2016 (Baku, Azerbaijan, 1-14.09.2016)
Yarışın direktoru / Tournament director Ilham Aliev (Azerbaijan)
Hakim / Judge: Igor Agapov (Rusiya / Russia)
İlkin təltif / Provisional threemovers award of Baku Chess Olympic Ty 2016:http://www.wfcc.ch/wp-content/uploads/Baku-Chess-Olympic-ty-2016-3.pdf



Read more

Hamlet Rzayev - 80

20 fevralda Sumqayıt Şahmat məktəbində məktəbin əsasını qoymuş, məktəbin ilk direktoru və ilk müəllimlərindən Hamlet Rzayevin (17. 02. 1936 - 17. 02. 2007) 80-illik xatirəsinə həsr olunmuş filmin nümayişi keçirildi.
Müəlliflər: İlham Əliyev və Fatma Məhərrəmova.
Hamlet müəllimə və Sumqayıt Şahmat məktəbinin qısa tarixinə həsr olunmuş filmə burada baxa bilərsiniz: https://www.youtube.com/watch?v=71FWlOm6woU
Read more

Baku Chess Olympic Ty 2016

Baku Chess Olympic ty 2016(Etüdlər, +=)
 
Bakı Şahmat Olimpiadasına (1-14.09.2016) həsr olunmuş şahmat bəstəçiliyi yarışlarının etüd bölməsinin nəticəsi.
 
FIDE Olympic Tournament in Composing 2016 - Devoted to the 42nd World Chess Olympiad 2016 (Baku, Azerbaijan, 1-14.09.2016)
Yarışın direktoru / Tournament director Ilham Aliev (Azerbaijan)
Hakim / Judge: Martin Minski (Almaniya / Germany)
İlkin təltif / Provisional study award of Baku Chess Olympic Ty 2016
http://www.wfcc.ch/wp-content/uploads/Baku-Chess-Olympic-ty-Provisional-study-award-2016.pdf
Read more

Şahmat Bəstəçiliyi Komissiyası - 45

Azərbaycan Şahmat Bəstəçiliyi Komissiyası - 45
Azerbaijan Chess Composition Commission - 45
Bugün Sumqayıt Şahmat Məktəbində AŞF Şahmat Bəstəçiliyi komissiyasının 45 illiyinə həsr olunmuş filmin nümayişi keçirildi. Nümayışdə ölkəmizin tanınmış şahmat bəstəçiləri və həllçiləri iştirak etdi.
Müəllif: İlham Əliyev, Texniki dəstək: Cəbrayıl Əsədov.
Filmə burada baxa bilərsiniz:
https://www.youtube.com/watch?v=_nMaVsFP6S8
Read more

Olimpiya dünyası 2015

Milli Olimpiya komitəsinin mətbuat orqanı "Olimpiya dünyası” qəzetinin 2015-ci il üçün şahmat bəstəçiliyi üzrə (#3-üçgedişli, N# - çoxgedişli, += - etüdlər) beynəlxalq yarışlarının nəticələrini təqdim edirik.
Informaltourney "Olimpiya dünyası 2015” (#3, N#, studies) Awards: olimpiya-dunyasi-2015-award-3-n-.pdf [1.21 Mb] (downloads: 151)
See the file online: olimpiya-dunyasi-2015-award-3-n-.pdf
Read more

ƏNVƏR YUSUPOV-95 XATİRƏ YARIŞI, 2015

ƏNVƏR YUSUPOV-95 XATIRƏ YARIŞI, 2015
Azərbaycan Şahmat Bəstəçiliyi Komissiyasının ölkəmizin tanınmış şahmat bəstəçisi Ənvər Oruc oğlu Yusupovun (15.12.1920 – 26.12.1996) xatirəsinə həsr edilmiş ikigedişlli məsələlərin tərtibi üzrə keçirdiyi yarışa 4 ölkədən (Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya) 14 şahmat bəstəçisinin 20 ikigedişli məsələsi daxil oldu. Yarışın direktoru Elmar Abdullayev (Şirvan, Azərbaycan), hakimi qismində isə beynəlxalq hakim, Dünya çempionu Vasil Dyaçuk (Ukrayna) çıxış etdi.
Yarışın nəticəsi - TƏLTİF / AWARD:
e.yusupov-95-mt-2015-award.pdf [998.85 Kb] (downloads: 78)
See the file online: e.yusupov-95-mt-2015-award.pdf
Read more

İlk kitabım / My first book / Моя первая книга


İlk kitabım / My first book / Моя первая книга

Şahmat yaradıcılığım
(etüdlərim, etüd hakimliyim, məsələlərim, kombinasiyalarım, məqalələrim)

My Chess Creative Work
(studies, study judges, problems, combinations, articles)

Мое шахматное творчество
(этюды, этюдное судейство, задачи, комбинации, статьи)

Dostlar 1.12.2015 tarixdə axır ki, kitabım üşıq üzü gördü. 376 səhifə, qalın parlaq cilddə. 700-ə yaxın şahmat diaqramı, əksəriyyəti etüd olmaqla, kitabda 96 kombinasiyam yer alıb. Qiyməti 15 manat. Kitabda 37 illik şahmat yaradıcılığımda: etüdlərim, məsələlərim, kombinasiyalarım, etüd hakimliyim və 2 maraqlı məqaləm yer alıb.

Kitabın girişində şahmat macəralarım və etüd bəstəçiliyində ilk addımlarım barədə qısa və yığcam fikirlərimlə tanış ola bilərsiniz.

Ən əsası, ilk dəfə olaraq, milli etüdlər və milli kombinasiyalar!!

Kitabı əldə etmək istəyənlər 050 515 40 99 nömrəsinə zəng edə və ya whatsApp-a, feys səhifəmə, yaxud elektron ünvanıma yaza bilərlər.
E-mail: bestechi@mail.ru
Read more