Elmar Abdullayev - 30 JT, 2016 (#3)

       Elmar Abdullayev - 30 yubiley yarışı, 2016

 

   Azərbaycan Şahmat Bəstəçiliyi Komissiyası  ölkəmizin tanınmış şahmat bəstəçisi Elmar Abdullayevin 30 illiyinə həsr olunmuş üçgedişli (#3) şahmat məsələlərinin tərtibi üzrə yubiley yarışı keçirir.

   Hakim: Elmar Abdullayev (Şirvan, Azərbaycan). Mövzu azaddır. Məsələləri hər müəllifdən üç məsələdən artıq olamayarq abdullaev-elmar@bk.ru elektron ünvanına göndərmək lazımdır.

Mükafat: Şahmat kitabları və fəxri fərmanlar.

Son göndəriş tarixi 15.12.2016. Təltifin elanı 2016-cı il.

 

Elmar Abdullayev - 30 JT, 2016


   The Azerbaijan Chess Composition Commission announces an International Composing

Jubilee tournament Elmar Abdullayev-30 (Threemovers, #3). Free theme.

Judge: Elmar Abdullayev (Azerbaijan).  

Prize: Books and diploma.
Send to:
abdullaev-elmar@bk.ru

Closing date: 15.12.2016. The award - 2016.


Read more

Şahmat yaradıcılığım / My Chess Creative Work / Мое шахматное творчество

Şahmat yaradıcılığım / My Chess Creative Work / Мое шахматное творчество

(etüdlərim, etüd hakimliyim, məsələlərim, kombinasiyalarım, məqalələrim)
(studies, study judges, problems, combinations, articles)
(этюды, этюдное судейство, задачи, комбинации, статьи)

 

  Hörmətli dostlar,
   2015-ci ilin dekabrında işıq üzü görən "Şahmat yaradıcılığım” kitabımın satışı davam edir. 376 səhifə, qalın parlaq cilddə, 700-ə yaxın şahmat diaqramı, əksəriyyəti etüd olmaqla, kitabda 96 şahmat kombinasiyam da yer alıb. Kitabda 37 illik şahmat yaradıcılığımda: etüdlərim, məsələlərim, kombinasiyalarım, etüd hakimliyim və 2 maraqlı məqaləm var.
Kitabın girişində şahmat macəralarım və etüd bəstəçiliyində ilk addımlarım barədə qısa və yığcam fikirlərimlə tanış ola bilərsiniz. Ən əsası, ilk dəfə olaraq, milli etüdlər və milli kombinasiyalarla tanış ola bilərsiniz!
Kitab geniş əhatəli oxucu üçün - şahmat həvəskarından yüksək dərəcəli şahmatçıya kimi nəzərdə tutulub.

   Çox sevindiricidir ki, bu qısa müddət ərzində kitabım ABŞ, Almaniya, Rusiya, Türkiyə, Yunanıstan, İngiltərə, Danimarka, Mərakeş, Belarus, Belçika, Gürcüstan kimi xarici ölkələrə yayılıb. Ancaq sözsüz ki, əsas oxucularım Azərbaycandadır.

  Kitabın qiyməti 18 manatdır. Kitabı əldə etmək istəyənlər 050 515 40 99 nömrəsinə zəng edə və ya WhatsApp-a, feysbuk səhifəmə, yaxud elektron ünvanıma yaza bilərlər. E-mail: bestechi@mail.ru

 

 

Read more

AZƏRBAYCAN ŞAHMAT BƏSTƏÇİLİYİ YARIŞLARI, 2016

AZƏRBAYCAN ŞAHMAT BƏSTƏÇİLİYİ YARIŞLARI, 2016

AZERBAIJAN CHESS COMPOSITION TOURNAMENTS, 2016

  AŞF Bəstəçilik komissiyası şahmat bəstələrinin tərtibi üzrə 5 beynəlxalq yarışın nəticəsini elan edib. Yarışları yüksək səviyyədə keçirdiklərinə görə, yarışların direktorları Elmar Abdullayev (Şirvan) və Vidadi Zamanova (Göyçay), həmçinin hakimlər Anatoli Stepoçkin (Rusiya), Aleksandr Melniçuk (Rusiya), Valeri Barsukov (Rusiya) və Muradxan Muradova (Qobustan, Azərbaycan) xüsusi minnətdarlığımı bildirmək istərdim.

1. Mejnun Vahidov–70 MT, 2016 (#2, İkigedişli) - Final award.
2. Mejnun Vahidov–70 MT, 2016 (#3, Üçgedişli) - Final award.
3. Sabuhi Huseynov–65 MT, 2016 (#2, İkigedişli) - Final award.
4. Ali Tebrizi Shatranji MT, 2016 (Etüdlər / Studies)- Final award- NEW.
5. Ali Tebrizi Shatranji MT, 2016 (H#2, Yardımmat) – Provisional award - 25.11.2016.
SON TƏLTİF / FINAL AWARD (all tourneys) - azerbaijan-chess-composition-ty-2016-final-award.pdf [1,61 Mb] (downloads: 108)
See the file online: azerbaijan-chess-composition-ty-2016-final-award.pdf
Read more

ƏLİ TƏBRİZİ ŞƏTRƏNCİ XATİRƏ YARIŞI (H#2), 2016

ƏLİ TƏBRİZİ ŞƏTRƏNCİ XATİRƏ YARIŞI (Yardımmat, H#2), 2016

ALI TEBRIZI SHATRANJI MT (Helpmate, H#2), 2016


Azərbaycan Şahmat Federasiyası Şahmat Bəstəçiliyi komissiyası 14-15-ci əsr Azərbaycan şahmatçısı Əli Təbrizi Şətrəncinin xatirəsinə həsr olunmuş Yardımmat şahmat məsələlərinin (H#2) tərtibi üzrə beynəlxalq yarışın nəticələrini elan edib.
Yarışda 20 ölkədən 41 müəllifin 61 ikigedişli yardımmat məsələsi iştirak etdi. Hakim təltifə 17 məsələ seçib.
Yarışın direktoru: Elmar Abdullayev (Şirvan, Azərbaycan)
Yarışın hakimi: Valeri Barsukov (Sankt-Peterburq, Rusiya).

TƏLTİF / AWARD:ali-tebrizi-shatranji-mt-2016-h2-award.pdf [1,03 Mb] (downloads: 46)
See the file online: ali-tebrizi-shatranji-mt-2016-h2-award.pdf

P.S Fayl yenidən dəyişib / File updated again.

Read more

ƏLİ TƏBRİZİ ŞƏTRƏNCİ XATİRƏ YARIŞI (etüdlər), 2016

ƏLİ TƏBRİZİ ŞƏTRƏNCİ XATİRƏ YARIŞI (etüdlər), 2016
ALI TEBRIZI SHATRANJI MT (studies), 2016

Azərbaycan Şahmat Federasiyası Şahmat Bəstəçiliyi komissiyası 14-15-ci əsr Azərbaycan şahmatçısı Əli Təbrizi Şətrəncinin xatirəsinə həsr olunmuş şahmat etüdlərinin tərtibi üzrə 2-ci beynəlxalq yarışın nəticələrini elan edib.
Yarışda 16 ölkədən 24 müəllifin 31 etüdü iştirak etdi. Hakim təltifə 12 etüd seçib.
Yarışın direktoru: Elmar Abdullayev (Şirvan, Azərbaycan)
Yarışın hakimi: Muradxan Muradov (Qobustan, Azərbaycan).
TƏLTİF / AWARD: ali-tebrizi-shatranji-mt2016-award.pdf [817,7 Kb] (downloads: 100)
See the file online: ali-tebrizi-shatranji-mt2016-award.pdf

PGN: ali-tebrizi-shatranji-mt-2016-award.pgn [13,24 Kb] (downloads: 45)
 

QEYD / NOTED: 3rd Prize, S.S.Nielsen - Cook 9.Kb4!=.

Read more

MƏCNUN VAHİDOV- 70 XATİRƏ YARIŞLARI

MƏCNUN VAHİDOV- 70 XATİRƏ YARIŞLARI

Azərbaycan Şahmat Federasiyasının Şahmat Bəstəçiliyi Komissiyası ölkəmizin məşhur şahmat bəstəçisi, uzun illər Şahmat Bəstəçiliyi Komissiyasının sədri olmuş Məcnun Vahidovun 70 illiyinə həsr olunmuş şahmat bəstələrinin tərtibi üzrə beynəlxalq yarışlar keçirdi.

Məcnun Abdulvahid oğlu Vahidov (27.07.1946 - 30.04. 2009) 1969-cu ildə AzNKİ-nun Neft-mexanika fakültəsini bitirib və ömrünün sonuna kimi də bu təhsil ocağında çalışıb. Mancanaq dəzgahların optimal layihələşdirilməsi ilə məşğul olub. 80 elmi əsərin və 10 ixtiranın müəllifidir. Şahmat bəstəçiliyi üzrə idman ustası idi. "Şahmat bəstəçiliyi" və "Mənsubələr karvanı Böyük İpək yolunda" (azərbaycan və rus dillərində) kitablarının müəllifidir. Azərbaycan Şahmat Federasiyası şahmat bəstəçiliyi komissiyasının sədri və şahmat bəstəçiliyi üzrə Azərbaycan yığmasının kapitanı olub. 200-ə qədər şahmat məsələsi tərtib edib və bunların bir qismi beynəlxalq müsabiqələrdə mükafat qazanıb. Bir neçə əsəri FİDE-nin Qızıl kitabı olan "FİDE Albomu”-na daxil edilib. Şahmat bəstəçiliyinə aid bir sıra nəzəri məqalələr dərc edib. Həmmüəllifləri ilə birgə şahmat bəstəçiliyində iki yeni mövzu kəşf edib və bunlar şahmat üzrə bir çox məlumat kitablarına daxil edilib. Bir sıra beynəlxalq yarışlarda hakimlik edib.
Məcnun Vahidov ədəbi yaradıcılıqla da məşğul olub. O, bir çox yumoristik hekayələrin və ölkəmizdə məşhur "Yarımştat" televiziya tamaşasının müəllifidir. Məcnun Vahidov eyni zamanda türkologiya ilə yaxından maraqlanıb və bu sahəyə bir neçə maraqlı məqalə həsr edib.
Məcnun Vahidov 30 aprel 2009-cu ildə Bakı şəhərində Neft və Sənaye Universitetində törədilən terror aktı nəticəsində həlak olub.

Xatirə yarışı şahmat bəstəçiliyinin ikigedişli və üçgedşli bölmələri üzrə keçirildi. Yarışların direktoru: Elmar Abdullayev (Şirvan), ikigedişli bölmənin hakimi Anatoli Stepoçkin (Rusiya), üçgedişli bölmənin hakimi isə Aleksandr Melniçuk (Rusiya) idi.
İkigedişli bölmədə 14 olkədən 28 muəllifin 39 şahmat məsələsi, üçgedişli bölmədə isə 13 ölkədən 31 müəllifin 40 şahmat məsələsi iştirak etdi. Yarış çox yüksək səviyyədə keçirildi, buna həm də yarışın iştirakçıları və qalibləri arasında dünyanın məşhur şahmat bəstəçilərinin olması göstərir.
Sevindirici haldır ki, qaliblər arasında ölkəmizin də şahmat bəstəçiləri var. Süleyman Abdullayev (Bakı) və Araz Alməmmıdov (Qəbələ) ikigedişli bölmədə, Elmar Abdullayev (Şirvan) və Salman Cavadzadə (Gəncə) isə üçgedişli bölmədə qaliblər sırasındadır.
Yarışın qalibləri və şahmat bəstələri ilə daha ətraflı AŞF Bəstəçilik komissiyasının rəsmi səhifəsində tanış ola bilərsiniz: http://ulvichess.az/dle/ulvichess/chess-composition

İlham Əliyev
Əməkdar məşqçi, AŞF Şahmat bəstəçiliyi komissiyasının sədri
Read more

MƏCNUN VAHİDOV- 70 XATİRƏ YARIŞI (#2), 2016

MƏCNUN VAHİDOV- 70 XATİRƏ YARIŞI (#2), 2016

Azərbaycan Şahmat Federasiyası Şahmat Bəstəçiliyi komissiyası ölkəmizin tanınmış şahmat bəstəçisi Məcnun Vahidovun 70 illlik xatirəsinə həsr olunmuş ikigedişli şahmat məsələlərinin tərtibi üzrə beynəlxalq yarışın nəticələrini elan edib.

Yarışda 14 ölkədən 28 müəllifin 39 məsələsi iştirak etdi. Hakim təltifə 12 məsələ seçib.

Yarışın direktoru : Elmar Abdullayev (Şirvan, Azərbaycan)

Yarışın hakimi: Beynəlxalq qrossmeyster Anatoli Stepoçkin (Tula, Rusiya).

Yarışın keçirilməsinə göstərdiyi dəstəyə görə Əziz Vahidova xüsusi minnətdarlığımızı bildiririk.

TƏLTİF / AWARD: mejnun-vahidov-70-mt-2016-award-2.pdf [703,76 Kb] (downloads: 148)
See the file online: mejnun-vahidov-70-mt-2016-award-2.pdf

Read more

MƏCNUN VAHİDOV- 70 XATİRƏ YARIŞI

MƏCNUN VAHİDOV- 70 XATİRƏ YARIŞI (#3), 2016

Azərbaycan Şahmat Federasiyası Şahmat Bəstəçiliyi komissiyası ölkəmizin tanınmış şahmat bəstəçisi Məcnun Vahidovun 70 illlik xatirəsinə həsr olunmuş üçgedişli şahmat məsələlərinin tərtibi üzrə beynəlxalq yarışın nəticələrini elan edib.

Yarışda 13 ölkədən 31 müəllifin 40 məsələsi iştirak etdi. Hakim təltifə 15 məsələ seçib.

Yarışın direktoru : Elmar Abdullayev (Şirvan, Azərbaycan)

Yarışın hakimi: Aleksandr Melniçuk (Rıbinsk, Rusiya).

Yarışın keçirilməsinə göstərdiyi dəstəyə görə Əziz Vahidova xüsusi minnətdarlığımızı bildiririk.

TƏLTİF / AWARD:mejnu-vahidov-mt-2016-award-3.pdf [605,41 Kb] (downloads: 123)
See the file online: mejnu-vahidov-mt-2016-award-3.pdf

Qeyd: Fayl dəyişdi / File updated.

Read more

SƏBUHİ HÜSEYNOV- 65 XATİRƏ YARIŞI

SƏBUHİ HÜSEYNOV- 65 XATİRƏ YARIŞI (#2), 2016

 Azərbaycan Şahmat Federasiyası Şahmat Bəstəçiliyi komissiyası və Gədəbəy Şahmat məktəbinin birgə təşkil etdiyi, ölkəmizin tanınmış şahmat bəstəçisi Səbuhi Hüseynovun 65 illlik xatirəsinə həsr olunmuş, ikigedişli şahmat məsələlərinin tərtibi üzrə beynəlxalq yarışın nəticələri elan olunub.

Yarışda 19 ölkədən 40 müəllifin 60 məsələsi iştirak etdi. Hakim təltifə 11 məsələ seçib.

Yarışın direktoru : Vidadi Zamanov (Göyçay, Azərbaycan)

Yarışın hakimi: Beynəlxalq qrossmeyster Anatoli Stepoçkin (Tula, Rusiya)

TƏLTİF / AWARD:sabuhi-huseynov-65-mt-2016-award.pdf [568,03 Kb] (downloads: 147)
See the file online: sabuhi-huseynov-65-mt-2016-award.pdf

Qeyd: Fayl dəyişdi / File updated.

Read more

5th FIDE World Cup in Composing 2017

Şahmat bəstəçiliyi üzrə 5-ci FİDE Dünya kuboku 2017

5th FIDE World Cup in Composing 2017

 

The International Chess Federation (FIDE), within the framework of its "Chess Composition” special project, is organising the 5th FIDE World Cup in Composing for 2017 in eight sections.

The tournament is coordinated with the WFCC Presidium and is a part of the joint efforts by FIDE and WFCC for the popularization and development of chess composition worldwide.

The tournament sections and judges are as follows:

A. Twomovers – Judge:  Givi Mosiashvili (Georgia)

B. Threemovers – Judge: Evgeny Bourd (Israel)

C. Moremovers – Judge: Mikhail Maranduk (Ukraine)  

D. Endgame studies – Judge: Steffen Slumstrup Nielsen (Denmark)

E. Helpmates – Judge: Vasyl Kryzhanivskyi (Ukraine)

F. Selfmates – Judge: Alexander Azhusin (Russia)

G. Fairies – Judge: Petko Petkov (Bulgaria)

H. Retros and Proofgames – Judge: Kostas Prentos (Greece)

In each section, only one composition by each author is acceptable and joint compositions are not allowed.

The theme is free in all sections, and any number of moves is acceptable in the h# and s# sections. In the fairies section, only computer-tested problems by one of the Alybadix, Popeye or WinChloe programs are allowed; the participants should state with which software they tested their composition.

The Director of the tournament is Boris Shorokhov.

Entries must be sent in diagrams with complete solution and any comments by e-mail only to the director’s address: bbs64@mail.ru

Participants should mention their postal address in the e-mail.

The closing date is February 1st, 2017.

The director will send all compositions to the judges on standardised anonymous diagrams by February 15th, 2017.

All judges should prepare their awards by May 15th, 2017.

The results will be published on the Internet by Juny 1st, 2017 and they will be declared final after two months allowed for claims of anticipation and unsoundness.

In each section, medals for 1st – 3rd prizes (places), prizes, honourable mentions and commendations will be awarded. Certificates for the all prizes signed by the President of the FIDE Mr. Kirsan Ilyumzhinov.


Read more