3-cü Azərbaycan kuboku, 2017

Şahmat bəstəçiliyi üzrə 3-cü Azərbaycan kubokunun

REQLAMENTİ

1.3-cü Azərbaycan kubokunu Azərbaycan Şahmat Federasiyası Bəstəçilik komissiyası keçirir.

2.Yarış 6 bölmə üzrə (ikigedişli-#2, üçgedişli-#3, çoxgedişli-N#, etüdlər -+=, yardımmat – H#, əksmat- S#) keçirilir.

3.Hər müəllif hər bölməyə yalnız bir orijinal (heç yerdə dərc olunmamış) məsələ və ya etüd göndərə bilər. Birgə (şərikli) əsərlərin iştirakına icazə verilmir.

4.Hər hansı bir bölmədə iştirakçıların sayı üç nəfərdən az olarsa, həmin bölmə üzrə yarış keçirilməyəcək.

5.Bəstələr hakimlərə anonim olaraq, yəni müəlliflər göstərilmədən göndəriləcək.

6.Anonimliyi qorumaq üçün 3-cü Azərbaycan kubokunun hakimləri barədə əlavə məlumat veriləcək.

7.Yarışın elan tarixi: 5.03.2017.

8.Şahmat bəstələrinin yarışın direktoruna son göndəriş tarixi – 31.05.2017.

9.Nəticələrin ilkin elanı – 31.06.2017.

10.3-cü Azərbaycan kubokunun direktoru – Elmar Abdullayev (Şirvan).

11.Məsələ və etüdləri aşağıda göstərilən elektron ünvana, vhatsapa və ya telefona göndərmək olar.

E-mail: abdullaev-elmar@bk.ru Tel: 070 324 16 50.

12.Hakimlərlə əlaqə yalnız çempionatın direktoru vasitəsi ilə aparılacaq. Hakimlə birbaşa əlaqə yaradan şəxs cəzalandırılacaq.

13.Yarışda hakimlər yalnız qalib 1-3-cü yerləri müəyyən edəcəklər, təltifə düşməyən digər məsələ və etüdlər müəlliflərə qaytarılacaq və onlar həmin bəstələrdən digər yarışlarda istifadə edə bilərlər.

14.Qaliblər fəxri fərman, medal vəkubokla təltif olunacaqlar.

15.3-ci Azərbaycan kubokunun bağlanışı A.Sarıçevin xatirəsinə həsr olunmuş şahmat həlletməsi 2-ci Azərbaycan kuboku zamanı keçiriləcək.

Azərbaycan Şahmat Federasiyası Bəstəçilik komissiyası

 
3-cü Azərbaycan kuboku, 2017
Kuboklar və medallar


Read more

Andrey Selivanov-50 JT

Юбилейный конкурс АНДРЕЮ СЕЛИВАНОВУ- 50

 
 


Шахматная федерация России и журнал "Шахматная композиция” объявляют конкурс составления
 шахматных композиций, посвящённый 50-ти летнему юбилею вице-президента Российской шахматной федерации, международного гроссмейстера по шахматной композиции, многократного чемпиона мира Андрея Владимировича Селиванова, по шести разделам:

Двухходовки (#2)
Трехходовки (#3)
Многоходовки (#4-7)
Этюды (+-; =)
Задачи на кооперативный мат (h#3-7)
Задачи на обратный мат (s#3-7)

Судья всех разделов – юбиляр.

Установлены призы, почетные и похвальные отзывы. Во всех разделах для призёров установлены книжные призы, оригинальные медали, дипломы.

Композиции, не более 3-х от автора в разделе (включая совместные), до 09.07.2017 следует посылать в адрес директора конкурса Бориса Шорохова по 
e-mail: bbs64@mail.ru (с пометкой «А. Селиванов — 50») и указанием домашнего адреса .
Просьба композиции присылать в формате DOC (не PGN).
Рекомендации по оформлению композиций (не обязательные): шрифты: для диаграмм GoodCompanion, для нотации Ches или английской транскрипцией KQRBS.

Итоги будут опубликованы на сайте www.selivanov.ru и изданы отдельным буклетом в декабре 2017 года.

Read more

JAN TİMMAN - 65 İLDÖNÜMÜ YARIŞI (ETÜDLƏR)

JANTİMMAN - 65 YUBİLEY YARIŞI (ETÜDLƏR)

 

 

Məşhur şahmat qrossmeysteri və şahmat bəstəçisi Jan Timman-ın 65 illik ildönümünə həsr edilmiş şahmat etüdlərinin tərtibi üzrə beynəlxalq yarış elan edilib. Yarış iki bölmə üzrə keçirilir:

1. Müəlliflər yalnız əməli (praktik) şahmat üzrə beynəlxalq adları olan şahmatçılar ola bilər (kişilər və qadınlar arasında beynəlxalq qrossmeysterdən FİDE ustasına kimi).

Mövzu: Azaddır.

Hakim: Yochanan Afek və Hans Böhm.

Direktor: Harold van der Heijden.

Mükafat fondu: 1000 Avro.

 

2. Hər kəs iştirak edə bilər.

Mövzu: Fillə mat (və ya fillə mat təhlükəsinə qarşı mübarizə).

Hakim: Jan Timman və Hans Böhm.

Direktor: Harold van der Heijden.

Mükafat fondu: 1000 Avro.

 
 

Orijinal əsərləri 1.07.2017 tarixə kimi yarışların direktorunun elektron ünvanına göndərmək lazımdır (PGN formatda göndərilməyi məsləhət bilinir): heijdenharold@gmail.com

Hər bölmədə hər müəllifdən 3 etüddən artıq göndərmək olmaz. Birgə etüdlər yarışa buraxılır, ancaq o şərtnən ki, 1-ci bölmənin bütün müəllifləri əməli şahmat üzrə beynəlxalq adlara malik olmalıdır.

Son nəticə 14.12.2017 tarixdə, Jan Timmanın 66 illik ildönümünə, məlum olacaq.Yarışın mükafat fondu "Böhm Communications BV” (www.hansbohm.com) şirkəti tərəfindən təqdim edilib. Hans Böhm, bu yolla özünün Jan Timmanla 50 illik yaxın dostluğunu qeyd etməyi qərara alıb.

Read more

AŞF Bəstəçilik Komissiyasının yarışları - 2017

2017-ci il üçün Azərbaycan Şahmat Federasiyası Bəstəçilik Komissiyasının yarışları
HƏLLETMƏ

1.13-cü Beynəlxalq Həlletmə Yarışı, 29 yanvar 2017.
Eyni zamanda, eyni tapşırıqlarla bir çox ölkələrdə keçiriləcək (Sumqayıt, saat 10.30). Yarışda həlletmə üzrə beynəlxalq əmsal hesablanır. 23-31 yanvar Salyan şəhərində keçiriləcək Yaş qrupları Azərbaycan birinciliyi ilə toqquşduğu üçün yarışın tarixi dəyişdiriləcək (böyük ehtimalla - 22 yanvar).
2. Şahmat həlletməsi 38-ci Azərbaycan çempionatı, 8-9 Aprel, 2017.
(Bakı, saat 10.00).
3. Şahmat həlletməsi 2-ci Azərbaycan kuboku, 2 avqust 2017.
(A.Sarıçevin xatirəsinə həsr olunur, Sumqayıt, saat 10.30).
 
TƏRTİB
1. Şahmat bəstəçiliyi üzrə 3-cü Azərbaycan kuboku, 2017 (il ərzində). (Yarışın bağlanışı 02.08.2017 tarixdə Şahmat həlletməsi Azərbaycan kubokunda keçiriləcək).
2. Samir Bədəlov -55 Xatirə yarışı, 2017 (Etüdlər)
3. İslam Kazımov-65 İldönümü yarışı, 2017 (#2, #3)
4. Aqşin Məsimov -55 İldönümü yarışı, 2017 (Etüdlər)
5. Süleyman Abdullayev-50 İldönümü yarışı, 2017 (#2-Miniatür)
Read more

Elmar Abdullayev - 30 ildönümü yarışı, 2016 (#3)

Elmar Abdullayev - 30 yubiley yarışı, 2016

(#3 – Üçgedişli)

 

   Azərbaycan Şahmat Bəstəçiliyi Komissiyası  ölkəmizin tanınmış şahmat bəstəçisi Elmar Abdullayevin 30 illiyinə həsr olunmuş üçgedişli (#3) şahmat məsələlərinin tərtibi üzrə yubiley yarışının nəticələrini elan edir.

  Fürsətdən istifadə edib, bütün şahmatçıları və həmvətənlərimizi Yeni il və 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə ürəkdən təbrik edirik! 

Yarışda 10 ölkədən 31 müəllifin 50 məsələsi iştirak etdi. Hakim - yubilyar təltifə 26 məsələ seçib.
Yarışın hakimi: Elmar Abdullayev (Şirvan, Azərbaycan)
TƏLTİF / AWARD: elmar-abdullayev-30-jt-2016-award-3.pdf [750,57 Kb] (downloads: 172)
See the file online: elmar-abdullayev-30-jt-2016-award-3.pdf

Read more

3rd Composing Tourney of FRME, 2017


3-cü FRME Şahmat Bəstəçiliyi turniri, 2017

3rdComposing Tourney of FRME, 2017

Mərakeş Kral Şahmat Federasiyası (FRME) dörd bölmədə 3-cü şahmat bəstəçiliyi yarışı təşkil edir.


The Royal Moroccan Chess Federation (FRME) organizes the 3rd Composing Tourney in four sections:
- Twomovers(#2)Judge: Valerio Agoustini (Italy)
Send your twomovers to Younes Benjelloun, N6 rue 9 hay salam ainkadous fes.

E-mail: ubenjelloun@outlook.fr

- Threemovers(#3)Judge:Aleksandr Sygurov ( Russia )

- Moremovers(#N)Judge:Valery Kirillov ( Russia )

Send your threemovers and/or moremovers to Vidadi Zamanov, Vidadi Street, 4/6, Goychay AZ 2300, Azerbaijan.E-mail:vidadi_zamanov@mail.ru

- Helpmates in two(h#2)Judge:Vasil Krizhanivskyi (Ukraine)

Send your h#2 problems to Jamal M Elbaz, Résidence Alhanae villa n°7 Guich Loudaya 10160 Temara Morocco. E-mail:jamalelbaz6@gmail.com

The deadline for receiving problems isSeptember 30, 2017.





Read more

Elmar Abdullayev - 30 JT, 2016 (#3)

       Elmar Abdullayev - 30 yubiley yarışı, 2016

 

   Azərbaycan Şahmat Bəstəçiliyi Komissiyası  ölkəmizin tanınmış şahmat bəstəçisi Elmar Abdullayevin 30 illiyinə həsr olunmuş üçgedişli (#3) şahmat məsələlərinin tərtibi üzrə yubiley yarışı keçirir.

   Hakim: Elmar Abdullayev (Şirvan, Azərbaycan). Mövzu azaddır. Məsələləri hər müəllifdən üç məsələdən artıq olamayarq abdullaev-elmar@bk.ru elektron ünvanına göndərmək lazımdır.

Mükafat: Şahmat kitabları və fəxri fərmanlar.

Son göndəriş tarixi 15.12.2016. Təltifin elanı 2016-cı il.

 

Elmar Abdullayev - 30 JT, 2016


   The Azerbaijan Chess Composition Commission announces an International Composing

Jubilee tournament Elmar Abdullayev-30 (Threemovers, #3). Free theme.

Judge: Elmar Abdullayev (Azerbaijan).  

Prize: Books and diploma.
Send to:
abdullaev-elmar@bk.ru

Closing date: 15.12.2016. The award - 2016.


Read more

Şahmat yaradıcılığım / My Chess Creative Work / Мое шахматное творчество

Şahmat yaradıcılığım / My Chess Creative Work / Мое шахматное творчество

(etüdlərim, etüd hakimliyim, məsələlərim, kombinasiyalarım, məqalələrim)
(studies, study judges, problems, combinations, articles)
(этюды, этюдное судейство, задачи, комбинации, статьи)

 

  Hörmətli dostlar,
   2015-ci ilin dekabrında işıq üzü görən "Şahmat yaradıcılığım” kitabımın satışı davam edir. 376 səhifə, qalın parlaq cilddə, 700-ə yaxın şahmat diaqramı, əksəriyyəti etüd olmaqla, kitabda 96 şahmat kombinasiyam da yer alıb. Kitabda 37 illik şahmat yaradıcılığımda: etüdlərim, məsələlərim, kombinasiyalarım, etüd hakimliyim və 2 maraqlı məqaləm var.
Kitabın girişində şahmat macəralarım və etüd bəstəçiliyində ilk addımlarım barədə qısa və yığcam fikirlərimlə tanış ola bilərsiniz. Ən əsası, ilk dəfə olaraq, milli etüdlər və milli kombinasiyalarla tanış ola bilərsiniz!
Kitab geniş əhatəli oxucu üçün - şahmat həvəskarından yüksək dərəcəli şahmatçıya kimi nəzərdə tutulub.

   Çox sevindiricidir ki, bu qısa müddət ərzində kitabım ABŞ, Almaniya, Rusiya, Türkiyə, Yunanıstan, İngiltərə, Danimarka, Mərakeş, Belarus, Belçika, Gürcüstan kimi xarici ölkələrə yayılıb. Ancaq sözsüz ki, əsas oxucularım Azərbaycandadır.

  Kitabın qiyməti 18 manatdır. Kitabı əldə etmək istəyənlər 050 515 40 99 nömrəsinə zəng edə və ya WhatsApp-a, feysbuk səhifəmə, yaxud elektron ünvanıma yaza bilərlər. E-mail: bestechi@mail.ru

 

 

Read more

AZƏRBAYCAN ŞAHMAT BƏSTƏÇİLİYİ YARIŞLARI, 2016

AZƏRBAYCAN ŞAHMAT BƏSTƏÇİLİYİ YARIŞLARI, 2016

AZERBAIJAN CHESS COMPOSITION TOURNAMENTS, 2016

  AŞF Bəstəçilik komissiyası şahmat bəstələrinin tərtibi üzrə 5 beynəlxalq yarışın nəticəsini elan edib. Yarışları yüksək səviyyədə keçirdiklərinə görə, yarışların direktorları Elmar Abdullayev (Şirvan) və Vidadi Zamanova (Göyçay), həmçinin hakimlər Anatoli Stepoçkin (Rusiya), Aleksandr Melniçuk (Rusiya), Valeri Barsukov (Rusiya) və Muradxan Muradova (Qobustan, Azərbaycan) xüsusi minnətdarlığımı bildirmək istərdim.

1. Mejnun Vahidov–70 MT, 2016 (#2, İkigedişli) - Final award.
2. Mejnun Vahidov–70 MT, 2016 (#3, Üçgedişli) - Final award.
3. Sabuhi Huseynov–65 MT, 2016 (#2, İkigedişli) - Final award.
4. Ali Tebrizi Shatranji MT, 2016 (Etüdlər / Studies)- Final award- NEW.
5. Ali Tebrizi Shatranji MT, 2016 (H#2, Yardımmat) – Provisional award - 25.11.2016.
SON TƏLTİF / FINAL AWARD (all tourneys) - azerbaijan-chess-composition-ty-2016-final-award.pdf [1,61 Mb] (downloads: 105)
See the file online: azerbaijan-chess-composition-ty-2016-final-award.pdf
Read more

ƏLİ TƏBRİZİ ŞƏTRƏNCİ XATİRƏ YARIŞI (H#2), 2016

ƏLİ TƏBRİZİ ŞƏTRƏNCİ XATİRƏ YARIŞI (Yardımmat, H#2), 2016

ALI TEBRIZI SHATRANJI MT (Helpmate, H#2), 2016


Azərbaycan Şahmat Federasiyası Şahmat Bəstəçiliyi komissiyası 14-15-ci əsr Azərbaycan şahmatçısı Əli Təbrizi Şətrəncinin xatirəsinə həsr olunmuş Yardımmat şahmat məsələlərinin (H#2) tərtibi üzrə beynəlxalq yarışın nəticələrini elan edib.
Yarışda 20 ölkədən 41 müəllifin 61 ikigedişli yardımmat məsələsi iştirak etdi. Hakim təltifə 17 məsələ seçib.
Yarışın direktoru: Elmar Abdullayev (Şirvan, Azərbaycan)
Yarışın hakimi: Valeri Barsukov (Sankt-Peterburq, Rusiya).

TƏLTİF / AWARD:ali-tebrizi-shatranji-mt-2016-h2-award.pdf [1,03 Mb] (downloads: 46)
See the file online: ali-tebrizi-shatranji-mt-2016-h2-award.pdf

P.S Fayl yenidən dəyişib / File updated again.

Read more