Сортировать статьи по: дате | популярности | посещаемости | комментариям | алфавиту

MƏCNUN VAHİDOV- 70 XATİRƏ YARIŞI

Автор: ilham от 28-09-2016, 11:44, посмотрело: 800

0

MƏCNUN VAHİDOV- 70 XATİRƏ YARIŞI (#3), 2016

Azərbaycan Şahmat Federasiyası Şahmat Bəstəçiliyi komissiyası ölkəmizin tanınmış şahmat bəstəçisi Məcnun Vahidovun 70 illlik xatirəsinə həsr olunmuş üçgedişli şahmat məsələlərinin tərtibi üzrə beynəlxalq yarışın nəticələrini elan edib.

Yarışda 13 ölkədən 31 müəllifin 40 məsələsi iştirak etdi. Hakim təltifə 15 məsələ seçib.

Yarışın direktoru : Elmar Abdullayev (Şirvan, Azərbaycan)

Yarışın hakimi: Aleksandr Melniçuk (Rıbinsk, Rusiya).

Yarışın keçirilməsinə göstərdiyi dəstəyə görə Əziz Vahidova xüsusi minnətdarlığımızı bildiririk.

TƏLTİF / AWARD:mejnu-vahidov-mt-2016-award-3.pdf [605,41 Kb] (cкачиваний: 121)

Qeyd: Fayl dəyişdi / File updated.

Категория: Chess Composition

 

SƏBUHİ HÜSEYNOV- 65 XATİRƏ YARIŞI

Автор: ilham от 28-09-2016, 11:40, посмотрело: 740

0

SƏBUHİ HÜSEYNOV- 65 XATİRƏ YARIŞI (#2), 2016

 Azərbaycan Şahmat Federasiyası Şahmat Bəstəçiliyi komissiyası və Gədəbəy Şahmat məktəbinin birgə təşkil etdiyi, ölkəmizin tanınmış şahmat bəstəçisi Səbuhi Hüseynovun 65 illlik xatirəsinə həsr olunmuş, ikigedişli şahmat məsələlərinin tərtibi üzrə beynəlxalq yarışın nəticələri elan olunub.

Yarışda 19 ölkədən 40 müəllifin 60 məsələsi iştirak etdi. Hakim təltifə 11 məsələ seçib.

Yarışın direktoru : Vidadi Zamanov (Göyçay, Azərbaycan)

Yarışın hakimi: Beynəlxalq qrossmeyster Anatoli Stepoçkin (Tula, Rusiya)

TƏLTİF / AWARD:sabuhi-huseynov-65-mt-2016-award.pdf [568,03 Kb] (cкачиваний: 145)

Qeyd: Fayl dəyişdi / File updated.

Категория: Chess Composition

 

5th FIDE World Cup in Composing 2017

Автор: ilham от 26-08-2016, 23:31, посмотрело: 798

0

Şahmat bəstəçiliyi üzrə 5-ci FİDE Dünya kuboku 2017

5th FIDE World Cup in Composing 2017

 

The International Chess Federation (FIDE), within the framework of its "Chess Composition” special project, is organising the 5th FIDE World Cup in Composing for 2017 in eight sections.

The tournament is coordinated with the WFCC Presidium and is a part of the joint efforts by FIDE and WFCC for the popularization and development of chess composition worldwide.

The tournament sections and judges are as follows:

A. Twomovers – Judge:  Givi Mosiashvili (Georgia)

B. Threemovers – Judge: Evgeny Bourd (Israel)

C. Moremovers – Judge: Mikhail Maranduk (Ukraine)  

D. Endgame studies – Judge: Steffen Slumstrup Nielsen (Denmark)

E. Helpmates – Judge: Vasyl Kryzhanivskyi (Ukraine)

F. Selfmates – Judge: Alexander Azhusin (Russia)

G. Fairies – Judge: Petko Petkov (Bulgaria)

H. Retros and Proofgames – Judge: Kostas Prentos (Greece)

In each section, only one composition by each author is acceptable and joint compositions are not allowed.

The theme is free in all sections, and any number of moves is acceptable in the h# and s# sections. In the fairies section, only computer-tested problems by one of the Alybadix, Popeye or WinChloe programs are allowed; the participants should state with which software they tested their composition.

The Director of the tournament is Boris Shorokhov.

Entries must be sent in diagrams with complete solution and any comments by e-mail only to the director’s address: bbs64@mail.ru

Participants should mention their postal address in the e-mail.

The closing date is February 1st, 2017.

The director will send all compositions to the judges on standardised anonymous diagrams by February 15th, 2017.

All judges should prepare their awards by May 15th, 2017.

The results will be published on the Internet by Juny 1st, 2017 and they will be declared final after two months allowed for claims of anticipation and unsoundness.

In each section, medals for 1st – 3rd prizes (places), prizes, honourable mentions and commendations will be awarded. Certificates for the all prizes signed by the President of the FIDE Mr. Kirsan Ilyumzhinov.


Категория: Chess Composition

 

İlham Əliyev Yaponiya və Rusiyada baş hakimdir

Автор: ilham от 21-08-2016, 12:27, посмотрело: 685

0

Beynəlxalq hakim İlham Əliyev Yaponiya və Rusiyada baş hakimdir

Beynəlxalq hakim İlham Əliyev (Sumqayıt) Yaponiyanın "Problem Paradise” və Rusiyanın "Şaxmatnaya kompozisiya” şahmat bəstəçiliyi jurnallarının etüd bölməsində baş hakim seçilib:

http://www.problemistasajedrez.com.ar/torneos-informales/

 
 

PROBLEM PARADISE (JAPAN) 2016-2017

Studies, no set theme – Judge:Ilham Aliev (Azerbaijan)
Entries should be sent to:Hiroshi Manabe, Mita 5-7-12-805, Minato-ku, Tokyo 108-0073, Japan E-mail:manabe0714@gmail.com – Closing date: 15th October of the year 2017

 
 

SHAKHMATNAYA KOMPOZICIA- 2016

Studies, no set themeJudge: Ilham Aliev (Azerbaijan) –

Send to Sergey Osintsevosintsev64@mail.ru

Категория: Chess Composition

 

Zaur Mammadov-World Champion!

Автор: ilgar от 8-08-2016, 12:42, посмотрело: 673

0
Şahmatçımız gənclər arasında Dünya çempionu oldu
30 iyul 6 avqust tarixlərdə Serbiyanın paytaxtı Belqrad şəhərində 59-cu Dünya Şahmat Bəstəçiliyi konqresi (59th World Congress of Chess Composition) keçirildi. Konqresin proqramına çoxsaylı həlletmə və tərtib yarışları, həmçinin Beynəlxalq Şahmat Bəstəçiliyi Federaiyasının (World Federation for Chess Composition) iclasları və ən əsas tədbir, şahmat məsələlərinin həlli üzrə 40-cı Dünya çempionatı (40th World Chess Solving Championship) daxil idi.
Şahmat üzrə beynəlxalq qrossmeyster Zaur Məmmədov (Bakı) gənclər arasında Dünya çempionu adını, komandamızın daha bir gənc üzvü Rəşad Zeynallı (Bakı) isə gümüş medal qazandı. Bürünc medalın sahibi isə Danila Pavlov (Rusiya) oldu.
Şahmat həllçilərimiz 22 komanda arasında 8-ci oldular. Çempion adını Polşa, gümüşü Litva, bürünc medallları isə Serbiya yığması qazandı. Heyif ki, bu dəfə hərbi qulluqda olduğu üçün, komandanın liderlərindən, gənclər arasında Dünya çempionu, beynəlxalq usta Misrətdin İskəndərov (Sumqayıt) çempionatda iştirak etmirdi, bu da komandanın nəticəsinə təsir göstərdi. Qeyd edək ki, şahmat həlletməsi Millimiz 2014-cü ildə Berndə (İsveçrə) Dünya çempionatında və 2016-cə ildə Afinada (Yunanıstan) Avropa çempionatında gümüş medal qazanıb.
Zaur Məmmədov həmçinin, ikigedişli məsələlərin sürətli həlli üzrə (Solvinq-Şou) yarışda da dünyanın ən güclüsü olduğunu sübut etdi. 2-ci Thomas Peitl (Slovakiya), 3-cü isə şahmat və şahmat həlletməsi üzrə beynəlxalq qrossmeyster Jonathan Mestel (Böyük Britaniya) oldu.
Ənənəvi olaraq, konqresdə həmçinin, şahmat bəstəçilərinə beynəlxalq adlar təqdim edilir. Kənan Vəlixanov (İmişli) son illərin nəticələrinə əsasən, şahmat bəstəçiliyinin Yardımmat bölməsində, beynəlxaq hakim adı aldı.
İlham Əliyev (Beynəlxalq hakim və əməkdar məşqçi, yığmanın baş məşqçisi
VİDEO:
https://www.youtube.com/watch?v=jNFsm7tQH10
Click to link for enlarge / Shekli boyutmek ucun shekle tiklayinClick to link for enlarge / Shekli boyutmek ucun shekle tiklayin

Категория: Chess Composition

 

Şahmat həlletməsi üzrə 1-ci Azərbaycan kuboku 2016

Автор: ulvich от 27-07-2016, 23:22, посмотрело: 681

0
Şahmat həlletməsi üzrə 1-ci Azərbaycan kuboku 2016
25 iyulda Sumqayıt Şahmat Məktəbində şahmat həlletməsi üzrə 1-ci Azərbaycan kuboku keçirildi. Qeyd edək ki, bu yarış artıq uzun illərdir ki, müasir Azərbaycan Şahmat Bəstəçiliyinin banisi Aleksandr Sarıçevin Sarıçevin (2.8.1909 - 7.12.1986) xatirəsinə həsr olunurdu. Bu ildən yarış artıq rəsmi xarakter daşıyır.
Yarışda şahmat bəstəçiliyinin 6 bölməsi üzrə (ikigedişli, üçgedişli, çoxgedişli, etüdlər, yardımmat, əks-mat), hər bölmədən 2, ümumi 12 tapşırıq təqdim edildi. Yarış 2 turdan ibarət idi. Hər turda 6 tapşırıq 2 saat ərzində həll edildi.
Qalib adını 60 mümkündən 44,25 xal toplayan 15 qat Azərbaycan çempionu Araz Alməmmədov (Qəbələ, Vəndam) qazandı. 2-ci yeri qalibdən 0,75 xal geri qalan gənclər arasında Dünya çempionu Misrətdin İskəndərov (Sumqayıt) tutdu. Onun ilk turda zəif çıxışı, hərbi qulluğa aparıldığı üçün yarışa 1 saat gec gəlməsi ilə bağlı idi. 3-cü yeri isə 40,25 xalla gənclər arasında Avropa çempionu Rəşad Zeynallı (Bakı) tutdu.
16 yaşadək gənclər arasında ən yaxşı nəticəni Ceyhun Hüseynzadə (Sumqayıt) göstərdi.
Xatırladaq ki, bu yarış həm də, 30 iyul - 6 avqust Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək 40-cı Şahmat Həlletməsi Dünya çempionatına hazırlıq mərhələsi daşıyırdı. Qeyd edək ki, şahmat həlletməsi Millimiz 2014-cü ildə Berndə (İsveçrə) Dünya çempionatında və 2016-cə ildə Afinada (Yunanıstan) Avropa çempionatında gümüş medal qazanıb.
Qaliblərə pul mükafatları, diplom və medallar təqdim edildi.
Son Cədvəl 1st-azerbaijan-chess-solving-cup-table-2016.pdf [170,29 Kb] (cкачиваний: 20)
1-ci tur məsələlər 1st-round-problems.pdf [164,54 Kb] (cкачиваний: 34)
1-ci tur cavablar 1st-round-solutions.pdf [170,33 Kb] (cкачиваний: 31)
1-ci tur cədvəl 1st-round-solving-sheet.pdf [62,01 Kb] (cкачиваний: 22)
2-ci tur məsələlər 2nd-round-problems.pdf [155,4 Kb] (cкачиваний: 26)
2-ci tur cavablar 2nd-round-solutions.pdf [179,4 Kb] (cкачиваний: 27)
2-ci tur cədvəl 2nd-round-solving-sheet.pdf [62,08 Kb] (cкачиваний: 18)
Click to link for enlarge / Shekli boyutmek ucun shekle tiklayinClick to link for enlarge / Shekli boyutmek ucun shekle tiklayin

Категория: Chess Composition

 

3rd AZERBAIJAN CHESS STUDY TY, Belgrade, Serbia

Автор: ilham от 24-07-2016, 21:18, посмотрело: 682

0

3rd AZERBAIJAN CHESS STUDY TY, Belgrade, Serbia 2016

30 iyul - 6 avqust Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək 59-cu Dünya Şahmat Bəstəçiliyi konqresi və 40-cı Şahmat Həlletməsi Dünya çempionatına hazırlıq mərhələmiz gedir. Bu tədbirdə ənənəvi olaraq bir çox ölkələr öz ölkələrinin Alkıqol mükafatı ilə şahmat bəstəçiliyi yarışları keçiririlər (məs: Vodka, Şampan, Sake və s.). Azərbaycan Şahmat Bəstəçiliyi komissiyası artıq 3-cü dəfə şahmat bəstəçiliyi konqresində öz məhsullarımızın yarışını keçirəcək:

http://wccc2016.matplus.net/unof.php

Əvvəllər "Gəncə Şərab” zavodunun məhsullarına üstünlük versək də, sposnorluq təklifimizi rədd etdiklərinə görə, bu dəfə "AZGRANATA” şirkətinin spirtli içkilərinə üstünlük verdik. İnşallah, gələn il yəqin onlar da sponsorluq təklifimizi rədd etməz.

3rd AZERBAIJAN CHESS STUDY TY, Belgrade, Serbia 2016

Theme:Free.

Organizer: Azerbaijan CCC.

Judge: Ilham Aliev (Azerbaijan).

Prize: Medals and Azerbaijan alcohol drinks (1-3 places).

Audience: The tourney only for the congress participants.

Deadline: August 3rd (Wednesday) 18.00 in Belgrade or by email (preferably in PGN-format) to Ilham Aliev: bestechi@mail.ru

Категория: Chess Composition

 

MƏCNUN VAHİDOV-70 XATİRƏ YARIŞI, 2016

Автор: ilham от 17-07-2016, 21:17, посмотрело: 723

0

MƏCNUN VAHİDOV-70 XATİRƏ YARIŞI, 2016 (27.07.1946- 30.04.2009)

Azərbaycan Şahmat Federasiyası Şahmat Bəstəçiliyi Komissiyası Məcnun Vahidovun 70 illiyinə həsr olunmuş xatirə yarışı elan edir.

Bölmələr: #2 (İkigedişli) və #3 (Üçgedişli).

Hakimlər: #2 - Anatoli Stepoçkin (Rusiya), #3 - Aleksandr Melniçuk (Rusiya).

Mükafat: Azərbaycan şahmat bəstəçilərinə kitab və hədiyyələr.

Son göndəriş tarixi - 31. 08. 2016. İlkin təltifin dərci - 2016.

Yarışın ilkin və son təltifi www.ulvichess.az saytında yerləşdiriləcək

və bütün iştirakçılara göndəriləcək.

Yarışın direktoru: Elmar Abdullayev (Şirvan, Azərbaycan).

Məsələləri hər müəllifdən üç məsələdən artıq olmayaraq 1.08.2016-cı il tarixinədək yarışın direktorunun elektron ünvanına göndərmək lazımdır:

E-mail: abdullaev-elmar@bk.ru

Tel: 050-270-60-58.

 

Mejnun Vahidov -70 MT, 2016 (27.07.1946- 30.04.2009)

The Azerbaijan Chess Composition Commission announces an International Composing Tourney "Mejnun Vahidov-70”' memorial tournament for twomovers and threemovers. Free theme.

M.Vahidov was a co-author of several themes in chess composition, like, the Azerbaijan (Vladimirov) theme (1977), the Azerbaijanian Novotny (1981), the Bakunian Novotny (1985) and others.

Section: #2 (twomovers) and #3 (threemovers).

Judge: #2- Anatoli Stepochkin (Russia) and #3 - Alexander Melnichuk (Russia).

Send to: abdullaev-elmar@bk.ru

Closing date: 31. 08. 2016. The award – 2016.

Категория: Chess Composition

 

Səbuhi Hüseynov - 65 XATİRƏ YARIŞI, 2016

Автор: ilham от 17-07-2016, 20:17, посмотрело: 709

0

Səbuhi Hüseynov - 65 XATİRƏ YARIŞI, 2016 (29.03.1951 – 12.10.2000)

Azərbaycan Şahmat Bəstəçiliyi Komissiyası və Gədəbəy Şahmat Məktəbi ölkəmizin tanınmış şahmat bəstəçisi Səbuhi Mikayıl oğlu Hüseynovun(29.03.1951 – 12.10.2000) xatirəsinə həsr edilmiş ikigedişlli məsələlərin tərtibi üzrə beynəlxalq yarış elan edir.

Yarışın hakimi: Anatoli Stepoçkin (Rusiya).

Mükafat: Şahmat kitabları (yalnız yerli müəlliflərə).

Məsələləri yarışın direktoru Vidadi Zamanova (Göyçay, Azərbaycan) göndərmək lazımdır: vidadi_zamanov@mail.ru

Son tarix 31. 08. 2016. İlkin təltifin dərci - 2016.

Yarışın ilkin və son təltifiwww.ulvichess.com saytında yerləşdiriləcək və bütün iştirakçılara göndəriləcək.

Sabuhi Huseynov - 65 МТ, 2016 (29.03.1951 – 12.10.2000)

 The Azerbaijan Chess Composition Commission announces an International Composing Tourney "Sabuhi Huseynov-65”' memorial tournament fortwomovers (free theme).

#2 - Judge: Anatoli Stepochkin (Russia) .
Send to tournament director: Vidadi Zamanov (Azerbaijan)

E-mail: vidadi_zamanov@mail.ru

Closing date: 31. 08. 2016. The award - 2016.

Категория: Chess Composition

 

Əli Təbrizi Şətrənci (14-15ci əsrlər) xatirə yarışı, 2016

Автор: ilham от 17-07-2016, 20:12, посмотрело: 695

0

2-ci Əli Təbrizi Şətrənci (14-15-ci əsrlər) XATİRƏ YARIŞI, 2016

Azərbaycan Şahmat Federasiyası Şahmat Bəstəçiliyi Komissiyası 14-15-ci əsr şahmatçısı Əli Təbrizi Şətrənciyə həsr olunmuş 2-ci xatirə yarışı elan edir.

Bölmələr: Etudlər və Yardımmat. Hakimlər:

1) Etüdlər (+=) - Muradxan Muradov (Qobustan, Azərbaycan).

2) Yardımmat (H#2) - Valery Barsukov (Rusiya).

Mükafat: Azərbaycan bəstəçilərinə şahmat kitabları.

Son göndəriş tarixi - 31. 08. 2016. İlkin təltifin dərci - 2016.

Yarışın ilkin və son təltifi www.ulvichess.com saytında yerlşdiriləcək və bütün iştirakçılara göndəriləcək.

Yarışın direktoru: Elmar Abdullayev (Şirvan, Azərbaycan).

Məsələləri hər müəllifdən üç məsələdən artıq olmayaraq 1.08.2016-cı il tarixinədək yarışın direktorunun elektron ünvanına göndərmək lazımdır:

E-mail: abdullaev-elmar@bk.ru

Tel: 050-270-60-58

2nd Ali Tebrizi Shatranji (14th-15th century) MT, 2016

 The Azerbaijan Chess Composition Commission organizes an International Tourney of Composition for studies of the Ali Tebrizi Shatranji (14th-15th century chess player). Theme: Free.

Judges:

1) Studies - Judge: Muradkhan Muradov (Gobustan, Azerbaijan),

2) H#2 - Valery Barsukov (Russia).

Send to: abdullaev-elmar@bk.ru . Studies please send PGN files.

Closing date: 31. 08. 2016. The award - 2016.

Категория: Chess Composition

 

FINAL AWARD - Baku Chess Olympic Ty 2016

Автор: ilham от 3-06-2016, 23:46, посмотрело: 700

0
FINAL AWARD - Baku Chess Olympic Ty 2016
(#2, #3, N#, Studies, H#, S#)
http://www.wfcc.ch/wp-content/uploads/Baku-Chess-Olympic-Ty-2016-Final-Award.pdf

Категория: Chess Composition

 

Baku Chess Olympic ty 2016 (Moremovers, N#)

Автор: ilham от 2-05-2016, 22:02, посмотрело: 770

0
Baku Chess Olympic ty 2016 (Moremovers, N#)
Bakı Şahmat Olimpiadasına (1-14.09.2016) həsr olunmuş şahmat bəstəçiliyi yarışlarının Çoxgedişli (N#) bölməsinin nəticəsi.
FIDE Olympic Tournament in Composing 2016 - Devoted to the 42nd World Chess Olympiad 2016 (Baku, Azerbaijan, 1-14.09.2016)
Yarışın direktoru / Tournament director Ilham Aliev (Azerbaijan)
Hakim / Judge: Oto Mihalco (Slovakia).
Provisional Moremovers (N#) award of Baku Chess Olympic ty 2016: http://www.wfcc.ch/wp-content/uploads/Baku-Chess-Olympic-ty-2016-N.pdf

Категория: Chess Composition

 

Baku Chess Olympic ty 2016 (Twomovers, #2)

Автор: ilham от 29-04-2016, 20:30, посмотрело: 688

0
Baku Chess Olympic ty 2016 (Twomovers, #2)
Bakı Şahmat Olimpiadasına (1-14.09.2016) həsr olunmuş şahmat bəstəçiliyi yarışlarının İkigedişli (#2) bölməsinin nəticəsi.
FIDE Olympic Tournament in Composing 2016 - Devoted to the 42nd World Chess Olympiad 2016 (Baku, Azerbaijan, 1-14.09.2016)
Yarışın direktoru / Tournament director Ilham Aliev (Azerbaijan)
Hakim / Judge: Yakov Rossomakho (Rusiya / Russia):
http://www.wfcc.ch/wp-content/uploads/Baku-Chess-Olympic-ty-2016-2-Award.pdf

Категория: Chess Composition

 

Baku Chess Olympic ty 2016 (Yardımmat, H#)

Автор: ilham от 22-04-2016, 22:44, посмотрело: 772

0
Baku Chess Olympic ty 2016 (Yardımmat, H#)
Bakı Şahmat Olimpiadasına (1-14.09.2016) həsr olunmuş şahmat bəstəçiliyi yarışlarının Yardımmat (H#) bölməsinin nəticəsi.
FIDE Olympic Tournament in Composing 2016 - Devoted to the 42nd World Chess Olympiad 2016 (Baku, Azerbaijan, 1-14.09.2016)
Yarışın direktoru / Tournament director Ilham Aliev (Azerbaijan)
Hakim / Judge: Abdelaziz Onkoud (Mərakeş / Morocco)

İlkin təltif / Provisional Helpmates award of Baku Chess Olympic Ty 2016.

Категория: Chess Composition

 

12th European Chess Solving Championship

Автор: ilgar от 19-04-2016, 00:05, посмотрело: 733

0 13-18 aprel 2016 tarixlərdə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən 12-ci Avropa çempionatında (12th European Chess Solving Championship) Azərbaycan yığması tarix yazdı! 16 komanda arasında olan mübarizədə Araz Alməmmədov (Qəbələ), Misrətdin İskəndərov (Sumqayıt), Rəşad Zeynallı, Bəhruz Rzayevdən (hər ikisi Bakı) ibarət olan yığmamız 206 xalla gümüş medal qazandı.

Avropa çempionu adını 214,5 xalla Serbiya, bürünc medalı isə yığmamızdan 0,75 xal geri qalan, dəfələrlə Dünya və Avropa çempionları Polşa yığması 205,25 xalla qazandı.
Rəşad Zeynallı Avropa çempionatında gənclər arasında 1-ci yeri tutaraq Avropa çempionu, Bəhruz Rzayev isə gümüş medalı qazandı.
Xatırladım ki, komandamız 2014-cü ildə daha bir tarix yazaraq, İsveçrənin paytaxtı Bern şəhərində Dünya çempionatında gümüş medal qazanmışdı.
Komanda hesabında cədvəl.
Şəxsi hesabda cədvəl.


İlham Əliyev (Yığmanın baş məşqçisi, əməkdar məşqçi)

Категория: Chess News In The World / Chess Composition

 

Olimpiya dünyası 2015

Автор: ilham от 14-04-2016, 15:58, посмотрело: 736

0 Olimpiya dünyası 2015 (#2, #3, N#, +=)

Olimpiya dünyası 2015 (#2, #3, N#, etüdlər)

Təltif - Beynəlxalq yarışlarının tam nəticələr

Olimpiya dünyası 2015 (#2, #3, N#, studies)
Award - All.
olimpiya-dunyasi-2015-award-all.pdf [1,26 Mb] (cкачиваний: 175)

Категория: Chess Composition

 

Sumqayıt şahmatçısı ikiqat Azərbaycan çempionu oldu

Автор: ilham от 11-04-2016, 00:25, посмотрело: 846

0
37-ci Azərbaycan Şahmat Həlletməsi Çempionatı
37th Azerbaijan Chess Solving Championship
Bakı, 9-10 Aprel 2016
Sumqayıt şahmatçısı ikiqat Azərbaycan çempionu oldu

9-10 aprel tarixlərdə Respublika Şahmat Mərkəzində şahmat həlletməsi üzrə 37-ci Azərbaycan çempionatı keçirildi. Qələbə uğrunda ölkəmizin 9 şəhərindən (Bakı, Sumqayıt, Lənkəran, İsmayıllı, İmişli, Qəbələ, Şabran, Qobustan, Göygöl) 28 şahmatçı mübarizəyə qatıldı.
Çempionatımız dünya və Avropa çempionatlarında olduğu kimi, hər birində 3 şahmat məsələsi olmaqla 6 bölmə üzrə (ikigedişli -20 dəq, üçgedişli -60 dəq, etüdlər -100 dəq, çoxgedişli-80 dəq, yardımmat-50 dəq, əks-mat-50 dəq), ümumi 18 məsələ təqdim olunmaqla keçirilir. Hər düzgün həll edilmiş tapşırığa görə 5 xal verilirdi.
Çempionatda əsas mübari
zənin ənənəvi olaraq, həlletmə üzrə ölkə yığma komandasının üzvləri arasında gedəcəyi gözlənilirdi. Şahmat üzrə beynəlxalq qrossmeyster Rauf Məmmədovun çempionata qatılmağı marağı daha da artırdı. 1-ci yeri 90 mümkün xaldan 80,25 ( 332 dəq) xal toplayaraq, Sumqayıt şahmatçısı beynəlxalq usta, həlletmə üzrə gənclər arasında dünya çempionu Misrətdin İskəndərov tutdu və bununla da ikiqat ölkə çempionu oldu. Gümüş medalı 69 (298 dəq) xalla yığmanın daha bir üzvü, şahmat üzrə beynəlxalq qrossmesyter, həlletmə üzrə Dünya kubokunun sahibi Zaur Məmmədov (Bakı) qazandı. Bürünc medalı isə onun bacısı Nərmin Məmmədova 65,25 (319) xalla qazandı və əsl sensasiyaya səbəb oldu. Axı, ölkə çempionatları tarixində ilk dəfə idi ki, qadın şahmatçı qaliblər sırasına daxil olurdu. 15 qat ölkə çempionu, beynəlxalq usta Araz Alməmmədov (Qəbələ) 60,75 xalla 4-cü, gənclər arasında dünya çempionatının bürünc mükafatşçısı Rəşad Zeynallı (Bakı) isə 60,25 xalla 5-ci oldu.
Bölmələrdə çempion adını aşağıdakı şahmatçılar qazandılar: ikigedişli, üçgedişli, əks-mat - Araz Alməmmədov (Qəbələ), etüdlər - Rəşad Zeynallı (Bakı), çoxgedişli – Zaur Məmmədov (Bakı), yardımmat - Misrətdin İskəndərov (Sumqayıt).
Ölkə çempionatı ilə yanaşı 34-cü Bakı çempionatının da nəticələri müəyyən edildi. 1-ci Zaur Məmmədov, 2-ci Nərmin Məmmədova, 3-cü isə Rəşad Zeynallı oldu.

 Bütün qaliblərə pul mükafatları və qiymətli hədiyyələr təqdim olundu.
Tam 246;l231;252;d601; 351;601;kl601; baxmaq 252;231;252;n linki t305;klay305;n / Click to link for full-size foto
İlham Əliyev (Sumqayıt) (beynəlxalq hakim, əməkdar məşqçi)
Cavablar 37azch-solutions1.pdf [409,9 Kb] (cкачиваний: 53)
Məsələlər 37th-azch-problems.pdf [265,38 Kb] (cкачиваний: 58)
Cədvəl 37th-azch-excel-table.xls [53,5 Kb] (cкачиваний: 53)

Категория: Chess Composition

 

İlham Əliyev “Şahmat yaradıcılığım”

Автор: ilham от 25-03-2016, 19:21, посмотрело: 838

0

İlham Əliyev "Şahmat yaradıcılığım”

Əməkdar məşqçi və tanınmış etüd tərtibçisi İlham Əliyevin sizə təqdim olunan kitabında müəllifin 37 illik şahmat yaradıcılığından etüdləri, etüd hakimliyi, şahmat məsələləri, şahmat kombinasiyaları və məqalələrindən bəhs edilir. Müstəqil həll üçün 700-ə yaxın şahmat diaqramı təqdim edilib. Kitab dərəcəli şahmatçılar, məşqçilər və şahmat həvəskarları üçün nəzərdə tutulub.

Kitabın video reklamı ilə burada tanış ola bilərsiniz:

https://www.youtube.com/watch?v=DGNQupRhBG4

Категория: Chess Composition

 

37-ci AZƏRBAYCAN ŞAHMAT HƏLLETMƏSİ ÇEMPİONATI

Автор: ilham от 6-03-2016, 21:41, посмотрело: 883

0

37-ci AZƏRBAYCAN ŞAHMAT HƏLLETMƏSİ ÇEMPİONATI

 

9-10 aprel (şənbə, bazar) 2016 tarixdə RESPUBLİKA ŞAHMAT MƏRKƏZİNDƏ ( klubunda ) şahmat məsələ və etüdlərinin həlli üzrə 37-ci AZƏRBAYCAN ÇEMPİONATI keçiriləcək. Çempionata I və daha yüksək dərəcəli şahmatçılar buraxılır. Xahiş olunur, 10 yaşdan aşağı şahmatçılar müraciət etməsinlər. Çempionat 9 aprel saat 10.00-da başlayacaq. Çempionat 6 (altı) bölmədə keçirilir. Hər bölmədə 3 (üç), ümumi 18 tapşırıq verilir.

I gün – ikigedişli (20 dəq), üçgedişli (60 dəq) və etüdlər (100 dəq),

II gün – yardımmat (50 dəq), çoxgedişli (80 dəq) və əks mat (50 dəq).

Qaliblərə pul mükafatları, hədiyyələr, kitablar və fəxri fərmanlar təqdim ediləcək.

Mükafat fondu barədə əlavə məlumat veriləcək.

Ölkə çempionatı ilə eyni zamanda Bakı çempionatının da nəticələri elan olunacaq. Qaliblərə qiymətli hədiyyələr təqdim olunacaq. Qeydiyyat 8 aprel saat 15.00-dək aparılır. Qeydiyyatdan keçməyənlər yarışa buraxılmayacaq.

TEL: SMS ilə (050) 515-40-99, WhatsApp, E-MAIL: bestechi@mail.ru

Baş hakim: İlham Əliyev (Beynəlxalq hakim - Sumqayıt),

Baş katib: Elmar Abdullayev (Respublika dərəcəli hakim - Şirvan).

 

AZƏRBAYCAN ŞAHMAT FEDERASİYASI BƏSTƏÇİLİK KOMİSSİYASI

Категория: Chess Composition

 

Baku Chess Olympic ty 2016 (S#)

Автор: ilham от 6-03-2016, 21:28, посмотрело: 801

0

Baku Chess Olympic ty 2016 (Əks-mat, S#)


Bakı Şahmat Olimpiadasına (1-14.09.2016) həsr olunmuş şahmat bəstəçiliyi yarışlarının Əks-mat (S#) bölməsinin nəticəsi.
FIDE Olympic Tournament in Composing 2016 - Devoted to the 42nd World Chess Olympiad 2016 (Baku, Azerbaijan, 1-14.09.2016)
Yarışın direktoru / Tournament director Ilham Aliev (Azerbaijan)
Hakim / Judge: Gennady Kozyura (Ukra
yna / Ukraine)

İlkin təltif / Provisional Selfmates award of Baku Chess Olympic Ty 2016:

http://www.wfcc.ch/wp-content/uploads/Baku-Chess-Olympic-ty-2016-S.pdf

Категория: Chess Composition

 
 
: