“Breyn Rinq”-də şahmat bəstəçiliyi sualı

“Breyn Rinq”-də şahmat bəstəçiliyi sualı

AZTV-də yayınlanan “Breyn Rinq” verilişində şahmat bəstəçiliyi sualı təqdim olundu. Suala cavabı keçmiş şagirdim, Sumqayıtı təmsil edən “Evrika” komandasının kapitanı, şahmat üzrə ustalığa namizəd Beyrək Rəhimov tapdı. Siz də özünüzü sınayın.
Sual: Şahmatçıların kübar, əsilzadə adlandırdığı mövqelərdə nə yoxdur?

Read more

Etüd kitabı

"Rusiya etüdü" kitabı

 XIX – XX əsr Rusiya Şahmat Bəstəçiliyi antoloqiyası seriyasının 6-cı cildi Yakov Vladimirov və Oleq Pervakovun müəllifliyi ilə “Rusiya etüdləri” kitabı buraxılıb.
 282 səhifədən ibarət kitabda 800-dən artıq etüd təqdim olunub. Kitabın müsbət tərəfi ondan ibarətdir ki, bütün etüdlər kompüterdə yoxlanılıb və düzdür. Halbuki son illər buraxılan bir çox kitablarda etüdlərin bir çoxu səhvdir.
 Kitabın qiyməti 14 manatdır. İstəyənlər İlham Əliyevə (Sumqayıt) müraciət edə bilərlər: Tel: (050) 515-40-99. Qeyd edim ki, kitabın sayı məhduddur və o, açıq satışda yoxdur.

Read more

Sumqayıtda etüd həlletməsi yarışı

Aleksandr Sarıçevin xatirəsinə həsr olunmuş etüd həlletməsi yarışı

 

2 avqustda Sumqayıt şahmat məktəbində Aleksandr Sarıçevin (1909-1986) xatirəsinə həsr olunmuş (mükafat 200 manat) olan etüd həlletməsi yarışı keçirilidi. Yarışda 6 şəhərdən (Bakı, Sumqayıt, Qəbələ, İsmayıllı, Şabran, Samux) 28 şahmatçı iştirak etdi. 2 yarışın ümumi nəticəsinə görə (sürətli və klassik həlletmə), qalib adını 81 xalla (42 dəq) Miradil Zeynallı (Bakı) qazandı. 2-ci eyni xal toplayan, lakin daha çox vaxt (57 dəq) sərf edən Misrətdin İskəndərov (Sumqayıt), 3-cü isə 71 xalla Murad Nuri (Sumqayıt) oldu.
Qadınlar arasında 1-ci yeri 34 xalla Nigar Mustafazadə (Bakı), 2-ci yeri 25 xalla Şölə Məmmədova (Şabran), 3-cü yeri isə 24 xalla Səbinə Rzalı (Sumqayıt) tutdu.
Yarışda həmçinin şahmat bəstəçiliyi üzrə 1-ci Azərbaycan kubokunun bağlanışı keçirildi. Qaliblərə diplomlar, medallar və kuboklar təqdim olundu.

video

cədvəlsarichev-2013-cedvel.pdf [318,63 Kb] (downloads: 57)
See the file online: sarichev-2013-cedvel.pdf



AZƏRBAYCAN ŞAHMAT FEDERASİYASI

BƏSTƏÇİLİK KOMİSSİYASI

Read more

Balakən Respublika Şahmat Olimpiadasında həlletmə çempionatı

 

 

Respublika Şahmat Olimpiadasında həlletmə çempionatı

Balakən,  17 iyul 2013


Ənənəvi olaraq, 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasının proqramına şahmat məsələ və etüdlərinin həlli üzrə çempionat daxil edilmişdir. Həlletmə çempionatı dörd bölmədə keçirilir (ikigedişli, üçgedişli, çoxgedişli və etüdlər).

Həlletmə yarışı 17 iyul saat 17.30-da keçiriləcək. Yarışın müddəti 90 dəqiqədir.

 

Çempionatın mükafat fondu 160 manat.

Qaliblər həmçinin fəxri fərman və medallarla təltif olunacaqlar.


  Yarışda 8 tapşırığı 90 dəqiqə ərzində həll etmək tələb olunur. Hər tapşırığa yazılan düzgün cavab 5 xalla qiymətləndiriləcək. Qaliblər 12 və 16 yaş qruplarında (oğlanlar və qızlar) müəyyənləşdiriləcək.

  Yarışda  bir və ya iki şahmatçı eyni xal toplayarsa, üstünlük vaxtı az olan şahmatçıya verilir. Xallar və vaxt eyni olarsa, pul mükafatı bölünür.

  Yarışda 2-ci və daha yüksək dərəcəli şahmatçılar iştirak edə bilərlər. Yarışın ümumi hesabda qalibləri həlletmə üzrə 35-ci Azərbaycan çempionatında (aprel 2014) iştirak etmək hüququ qazanacaqlar.

  Qeydiyyatdan keçmək üçün baş hakim İlham Əliyevə (Sumqayıt) müraciət etmək olar: Tel: (050) 515 40 99. Email: bestechi@mail.ru  Yarışda üzvlük haqqı yoxdur!


Qeydiyyatdan keçməyənlər yarışa buraxılmayacaq!


Tapşırıqların həlləri bu tərzdə yazılmalıdır:


İkigedişli (#2): Ancaq ağların ilk gedişi.

Üçgedişli (#3) və çoxgedişli (#N): ilk gedişi, mümkün olan təhlükəni və bütün variantları (təhlükə ilə eyni olan mat variantlarını yazmaq lazım deyil), ağların sonuncudan əvvəlki gedişi daxil olmaqla verin. Qaraların son və ağların mat edən gedişini yazmaq vacib deyil.

Etüdlər (+=): aşkar, aydın qələbəyə qədər bütün gedişləri yazın.

Məsələ və etüdlərin həlli vərəqə yerləşmirsə, ox işarəsi qoyub həlli vərəqin arxasından yazmaq olar.


AZƏRBAYCAN ŞAHMAT FEDERASİYASI

BƏSTƏÇİLİK KOMİSSİYASI

Read more

Şahmat bəstəçiliyi üzrə 1-ci Azərbaycan kuboku

Şahmat bəstəçiliyi üzrə 1-ci Azərbaycan kubokunun

 REQLAMENTİ

 

1. 1-ci Azərbaycan kubokunu  Azərbaycan Şahmat Federasiyası Bəstəçilik komissiyası keçirir.

2. Yarış 6 bölmə üzrə (ikigedişli-#2, üçgedişli-#3, çoxgedişli-N#, etüdlər -+=, yardımlımat – H#, əksmat- S#) keçirilir.

3. Hər müəllif hər bölməyə yalnız bir original (heç yerdə dərc olunmamış) məsələ və ya etüd göndərə bilər. Şərikli əsərlərin iştirakına icazə verilmir.

4. Hər hansı bir bölmədə iştirakçıların sayı üç nəfərdən az olarsa, həmin bölmə üzrə yarış   keçirilməyəcək.

5. 1-ci Azərbaycan kubokunun hakimləri : #2 (ikigedişli) - Bəxtiyar Rüstəmov (Bakı), #3 (üçgedişli) - Rauf Əlövsətzadə (ABŞ), N# (çoxgedişli) - Rauf Əlövsətzadə (ABŞ),  etüd - İlham Əliyev (Sumqayıt),S# (əksmat) - Rauf Əlövsətzadə (ABŞ), H# - Bəxtiyar Rüstəmov (Bakı).

6. Bəstələr hakimlərə anonim olaraq, yəni müəlliflər göstərilmədən göndəriləcək.

7. Yarışın elan tarixi: 8.06.2013.

8. Bəstələrin yarışın direktoruna son göndəriş tarixi – 25.06.2013.

9. Nəticələrin ilkin elanı – 25.07.2013.

10. 1-ci Azərbaycan kubokunun direktoru- Elmar Abdullayev (Şirvan).

11. Məsələ və etüdləri aşağıda göstərilən elektron ünvana və ya SMS vasitəsi ilə telefona göndərmək olar. E-mail:  abdullaev-elmar@bk.ru, Tel: 070 324 16 50.

12. Yarışda hakimlər yalnız qalib 1-3-cü yerləri müəyyən edəcəklər, təltifə düşməyən digər məsələ və etüdlər müəlliflərə qaytarılacaq və onlar həmin bəstələrdən digər yarışlarda istifadə edə bilərlər.

13. Qaliblərə təltifə düşən bəstələrin dərc olunduğu fəxri fərmanlar, çempionlar isə kubokla təltif olunacaq.

14. 1-ci Azərbaycan kubokunun bağlanışı 2 avqust A.Sarıçevin xatirəsinə həsr olunmuş həlletmə yarışı zamanı keçiriləcək.

Read more

Fırlanğıc şahmatı

Fırlanğıc şahmatı


Litvanın paytaxtı Vilnüs şəhərində keçirilən şahmat məsələlərinin həlli üzrə 9-cu Avropa çempionatında maraqlı oyunun şahidi oldum ki, onu videoya çəkib sizinlə paylaşmaq qərarına gəldim. Şahmat və həlletmə üzrə beynəlxalq qrossmeyster Jonathan Mestel (Böyük Britaniya), tanınmış həllçilər Eddy van Beers (Belçika), Marcel van Herck (Belçika), Hans Uitenbroek (Hollandiya), Ian Watson (Böyük Britaniya) fırlanğıc (rusca: vertushka) şahmatı oynayırlar:
http://www.youtube.com/watch?v=7VZo_xyuLIc

Read more

11-ci Azərbaycan çempionu

 

11-ci Azərbaycan çempionu


  Hər il aprel ayının ikinci həftəsi şahmat məsələlərinin həlli üzrə Azərbaycan çempionatının keçirilməsi artıq ənənə halını alıb. İlk dəfə 1979-cu ildə keçirilən çempionat bu il sayca 34-cü idi.
13 aprel Respublika Şahmat Mərkəzində (klubu) 34-cü Azərbaycan çempionatı start götürdü.Qələbə uğrunda 26 şahmatçı mübarizəyə qatıldı. Yarışda dünya və Avropa çempionatlarında olduğu kimi, hər birində 3 məsələ olmaqla 6 bölmə üzrə (ikigedişli-20 dəq, üçgedişli -60 dəq, etüdlər-80 dəq,  yardımlımat-50 dəq, çoxgedişli-80 dəq, əksmat-50 dəq) ümumi 18 məsələ təqdim olundu. Hər düzgün həll edilmiş tapşırığa görə 5 xal verilirdi.
  Qeyd etmək lazımdır ki, çempionatın məsələləri ölkə şahmat bəstəçilərinin yaxın dostu, serbiyalı məşhur şahmat bəstəçisi və həllçisi, beynəlxalq qrossmeyster Milan Velimirovicin (21.04.1952 - 25. 02.2013) xatirəsinə və yaradıcılığına həsr olunmuşdu. Təqdim edilən 18 məsələdən 10-u onun əsərləri idi.
  Çempionatda əsas mübarizənin həlletmə üzrə ölkə yığma komandasının üzvləri Araz Alməmmədov (Qəbələ), Ramil Cavadov (İsmayıllı), Misrətdin İskəndərov (Sumqayıt) və Zaur Məmmədov (Bakı) arasında gedəcəyi gözlənilirdi. Gərgin mübarizədə qaliblər yalnız son, 6-cı turdan sonra məlum oldu. 1-ci yeri ilk dəfə olaraq, 18 yaşlı Sumqayıt şahmatçısı Misrətdin İskəndərov 90 mümkün xaldan 78 (301 dəq) xal toplayaraq tutdu və 11-ci ölkə çempionu adını qazandı. 2-ci 77,5 (306 dəq) xalla üçqat ölkə çempionu Ramil Cavadov, 3-cü 73,5 (324 dəq) xalla 14 qat ölkə çempionu Araz Alməmmədov, 4-cü yeri isə şahmat üzrə Azərbaycan çempionu, beynəlxalq usta Zaur Məmmədov 64 (309 dəq) xalla tutdu. Növbəti yerləri digər gənc şahmatçılarımız, beynəlxalq usta Bəhruz Rzayev (Bakı) 55,5 (254 dəq) xalla 5-ci, 16 yaş Azərbaycan çempionu Murad Nuri (Sumqayıt) isə 41,5 (287 dəq) xalla 6-cı olaraq tutdu.

  Bölmələrdə çempion adını aşağıdakı şahmatçılar qazandılar: ikigedişli, üçgedişli, etüdlər və əksmat-Misrətdin İskəndərov (Sumqayıt), yardımlımat-Araz Alməmmədov və Ramil Cavadov (hər ikisi 11 xal , 50 dəqiqə), çoxgedişli-Araz Alməmmədov.
  Qadınlar arasında 1-ci yeri 23 (322 dəq) xalla Nərmin Məmmədova (Bakı) tutdu, 2-ci 22 (337 dəq) xalla Səbinə İbrahimova (Gəncə), 3-cü isə 15,5 (259 dəq) xalla Aydan Hüseynzadə (Qəbələ) oldu. Veteranlar arasında ən yaxşı nəticəni Anatoli Piriverdiyev (Bakı) göstərdi.
  Komanda hesabında da nəticələr müəyyən edildi. Yeddi komanda arasında Sumqayıt (Misrətdin İskəndərov və Murad Nuri) və Bakı-1 (Zaur Məmmədov və Bəhruz Rzayev) komandaları 119,5 xalla 1-2-ci yeri bölüşdürdü. Daha az vaxt (563 dəq) sərf etdiyinə görə çempion adını Bakı-1, gümüş medalı isə 588 dəqiqə ilə Sumqayıt komandası qazandı. Bürünc medalı 93 xalla İsmayıllı (Ramil Cavadov və Cahangir Niftəliyev), 4-cü yeri 88,5 xalla Qəbələ (Araz Alməmmədov və Aydan Hüseynzadə), 5-ci yeri isə Bakı-2 (Aqşin Məsimov və Anatoli Piriverdiyev) komandası tutdu.
  Qaliblərə pul mükafatları və qiymətli hədiyyələr təqdim olundu. Yarışın cədvəli və tapşırıqları ilə aşağıdatanış ola bilərsiniz.
34azch-tapshiriqlar.pdf [186,48 Kb] (downloads: 125)
See the file online: 34azch-tapshiriqlar.pdf

34azch-cavablar1.pdf [243,78 Kb] (downloads: 78)
See the file online: 34azch-cavablar1.pdf

cedvel-34th-azch.pdf [381,24 Kb] (downloads: 84)
See the file online: cedvel-34th-azch.pdf

mukafat-fondu-34azch.pdf [130,16 Kb] (downloads: 65)
See the file online: mukafat-fondu-34azch.pdf


İlham Əliyev (Sumqayıt) Beynəlxalq hakim

Read more

FIDE Albomu 2010-2012

FIDE Album 2010-2012

Beynəlxalq Şahmat Federasiyası 2010-2012-ci illər üçün FIDE Albomunu elan edib: http://www.sci.fi/~stniekat/pccc/fa1012.htm. Sevindirici haldır ki, tariximizdə ilk dəfə olaraq, ölkəmizin nümayəndəsi beynəlxalq hakim İlham Əliyev (Sumqayıt) bu mötəbər albomda etüd bölməsində hakimlik etməyə dəvət olunub.  

ANNOUNCEMENT

The World Federation for Chess Composition (WFCC) invites composers to submit their highest-quality compositions for selection in the FIDE Album. Entry is open to compositions published during the years 2010-2012. For informal tourneys the date of publication of the issue containing the composition is decisive; for formal tourneys the date of appearance of the award is decisive (NB: not the closing date of the tourney).

Those who published large numbers of compositions during this period are strongly urged to make a selection consisting of only their very best work.

A composer may send to each section no more than 30 compositions published in the defined three-year period, or up to 3 times the number of points he/she had in that section the last time he/she participated, whichever is greater.

Anyone entering compositions by another composer should obtain the agreement of that composer beforehand.

Entries must be sent to the director by e-mail and in PDF format only. In each section composers have to submit one PDF file, which will include all their entries to this section with one composition per page. The compositions should be in diagrams of a uniform size, with the author's name, e-mail address, publication data, any award, stipulation, full solution and a comment if desired. Algebraic notation is to be used. Entries not complying with these requirements will be rejected.

In section D (endgame studies) composers may alternatively submit PGN files and in section E1 (helpmates in 2 moves) they may alternatively submit their entries online to the server http://www.ankona.ch.

Compositions that receive 8 points or higher in the 2010-12 WCCI qualify for the FIDE album automatically, however they must also be submitted by the composers to the album in order to be published in it and count for points.

Attention! Compositions currently participating in the 2012-13 9th WCCT should be submitted to the 2013-15 album.

The closing date is June 1st, 2013.

The WFCC makes the following recommendations:

  • Cyrillic names of composers should be written in Cyrillic capital letters and preferably also transcribed into Latin letters.
  • The source of each composition should, if possible, include not only the magazine and year of publication but also the month or magazine number and/or the number of the composition.
  • Computer-tested compositions should be indicated by the symbol C+.
  • Unusual fairy forms should be defined.

Technical details

Directors and judges

Twomovers

Director: Peter Gvozdják (SVK), peter.gvozdjak@gmail.com
Judges: Wieland Bruch (GER), Vasil Dyachuk (UKR), Darko Šaljic (SRB)

Threemovers

Director: Aleksandr Sygurov (RUS), sygurov@bk.ru
Judges: Igor Agapov (RUS), Paz Einat (ISR), Viktor Volchek (BLR)

Moremovers

Director: Aleksandr Feoktistov (RUS), aff_sk@mail.ru
Judges: Aleksandr Kuzovkov (RUS), Mikhaïl Marandyuk (UKR), Ladislav Salai Jr. (SVK)

Endgame Studies

Director: János Mikitovics (HUN), j.mikitovics@gmail.com
Judges: Ilham Aliev (AZE), David Gurgenidze (GEO), Oleg Pervakov (RUS)

Helpmates in 2

Director: Harry Fougiaxis (GRE), loyaldragon@gmail.com
Judges: János Csák (HUN), Michal Dragoun (CZE), Ricardo Vieira (BRA)

Helpmates in 2.5 and longer

Director: Günter Büsing (GER), guenter.buesing@t-online.de
Judges: Thomas Maeder (SUI), Aleksandr Semenenko (UKR), Boris Shorokhov (RUS)

Selfmates

Director: Jirí Jelínek (CZE), jjelinek@chello.cz
Judges: Diyan Kostadinov (BUL), Hartmut Laue (GER), Waldemar Tura (POL)

Fairies

Director: Petko A. Petkov (BUL), ppetkow@mail.orbitel.bg
Judges: Václav Kotešovec (CZE), Manfred Rittirsch (GER), Tadashi Wakashima (JPN)

Retros

Director: Thierry le Gleuher (FRA), t.legleuher@gmail.com
Judges: Thomas Brand (GER), Satoshi Hashimoto (JPN), Henrik Juel (DEN)

Read more