HACI MƏMMƏDOV- 60 YUBİLEY YARIŞI

HACI MƏMMƏDOV- 60 YUBİLEY YARIŞI

Azərbaycan Şahmat Federasiyasının Bəstəçilik komissiyası ölkəmizin tanınmış şahmat bəstəçisi, 4 dəfə ölkə çempionu, idman ustası Hacı Məmmədovun (Qobustan) 60 iliyinə həsr edilmiş ikigedişli məsələlərin (#2) tərtibi üzrə yubiley yarışı elan edir.
Hakim: Hacı Məmmədov (Qobustan, Azərbaycan). Məsələlər hakimə müəlliflər göstərilmədən göndəriləcək.

Yarışın direktoru: Elmar Abdullayev (Şirvan, Azərbaycan).
Mükafat: Kitablar.
Məsələlərin son göndəriş günü: 10. 07.2014.
İlkin təltifin dərci: 27. 07. 2014.
Məsələləri hər müəllifdən 3-dən artıq olmayaraq, aşağıdakı elektron ünvana göndərmək lazımdır.
E-mail: abdullaev-elmar@bk.ru

Read more

ŞAHMAT DÜŞƏRGƏSİ – 2014

“ŞAHMAT DÜŞƏRGƏSİ – 2014”

Əziz şahmatçılar, valideynlər və şahmat məktəblərinin şagirdləri!
Sizləri böyük məmnuniyyətlə, İsmayıllı şəhərində keçiriləcək
16 yaş Respublika Şahmat Olimpiadası öncəsi təlim məşq toplanışına dəvət edirik!

KEÇİRİLMƏ YERİ: İSMAYILLI ŞƏHƏRİ, şahmat məktəbi.

TARİX: 04 – 11 İYUL 2014 (7 gecə, 8 gün).

TƏŞKİLATÇI: www.shaigchess.com saytı (məşqçilər heyətinə aşağıda baxın)

PAKETİN QİYMƏTİ: 120 (Yüz iyirmi) manat. (Yemək və yataq xərci daxil deyil).
Ödənişlər əvvəlcədən Bakı şəhərində həyata keçirilir.

DÜŞƏRGƏNİN İŞTİRAKÇILARI: 8 – 16 YAŞ ŞAHMATÇILAR.
Valideynlər və ya məşqçiləri ilə birlikdə (1-ci dərəcəyə qədər, reytinqi – 2000-ə qədər).

İŞTİRAKÇILARIN SAYI: MAKSİMUM 30 ŞAHMATÇI (istənilən şəhərlərdən).

TƏLİM MƏŞQ TOPLANIŞININ PROQRAMI:

MƏŞĞƏLƏLƏR (SƏHƏR + AXŞAM), TURNİRLƏR (RAPİD (15 DƏQ), BLİTS (3dəq+2 saniyə),

OYUNLARIN TƏHLİLİ (məşqçi + 2 şahmatçı),
SEANS (valideynlər və şəxsi məşqçilər də seansda iştirak edə bilərlər).

TESTLƏR: sonluq, strategiya, diqqət və məntiq (proyektorla), həlletmə yarışları.

MƏŞQÇİLƏR:
1. İlham Əliyev (Sumqayıt) – əməkdar məşqçi,
2. Şaiq Quliyev (Gəncə) – birinci ixtisas kateqoriyalı məşqçi,
3. Misrəddin İsgəndərov (Sumqayıt) – beynəlxalq usta.

MƏŞĞƏLƏLƏRİN KEÇİRİLMƏ SAATLARI: 10:00-12:00, 17:00-19:00.

MÜKAFATLANDIRMA: BÜTÜN İŞTİRAKÇILARA SERTİFİKATLAR TƏQDİM EDİLƏCƏKDİR. “Şahmat düşərgəsi” şahmat yarışlarının qaliblərinə (1-3-cü yer) medal və diplom təqdim ediləcək.

Bağlanış mərasimi – Bağlanışda bütün istiqamətlər üzrə 1-3 yerləri tutan diplomlar və medallarla təltif olunacaqlar. Daha ətraflı məlumat shaigchess.com saytında yerləşdiriləcək.

SİFARİŞLƏR QƏBUL OLUNUR:
Şaiq Quliyev. Email: azerichess@rambler.ru Tel: 055 327 07 17 və 050 616 44 26.

Sifarışdə göstərilməlidir:
1) doğum tarixi və təvəllüd;
2) şəhər;
3) məktəb və ya məşğul olduğunuz yer;
4) məşqçiniz;
5) dərəcə və reytinq.
6) E-mail və telefon.

Son qeydiyyat tarixi 31 iyun, saat 20.00.

Read more

Sumqayıt şahmatçısı Avropada üçüncüdür

Sumqayıt şahmatçısı Avropada üçüncüdür
Monteneqronun İqalo şəhərində şahmat məsələlərinin həlli üzrə 10-cu Avropa çempionatı başa çatdı. Ənənəvi olaraq çempionat öncəsi Open turnir və Quick-Şou turnirləri  keçirilir ki, bu da əsas yarış öncəsi həllçilər üçün yaxşı məşq olur. Bu dəfə hər iki yarışda şahmat üzrə beynəlxalq qrossmeyster, həlletmə üzrə keçmiş dünya çempionu Jonathan Mestel (Böyük Britaniya) inamla qalib gəldi. 17 ölkədən 60 nəfərin iştirak etdiyi Open turnirdə  Jonathan Mestel, təqdim olunan 12 məsələni həll edərək, yüz faizli nəticə göstərdi. 2-ci 60 mümkün xaldan 57 xal toplayan Piotr Murdiza (Polşa), 3-cü isə 56 xalla Piotr Qorski (Polşa) oldu. Azərbaycan həllçiləri arasında ən yaxşı nəticəni 50,25 xalla 9-cu yeri tutan Araz Alməmmədov göstərdi və bu yarışda beynəlxalq reytinqinə (2430) 10 xal əlavə etdi.
Son dövrlər çox populyar olan Quick-şouda 35 nəfər qüvvəsini sınadı.  Burada həll üçün 30 məsələ təqdim olunur ki, düzgün cavaba görə 1 xal, cavab yazılmadıqda 0 xal verilir, səhv cavaba görə 1 xal çıxılır. Hər məsələyə bir dəqiqə vaxt təqdim edilirdi. Bu yarışda qalib adını 11 xalla (+15, -4) Jonathan Mestel (Böyük Britaniya) qazandı, 2-ci 10 xalla (+15, -5) Vasil Dyaçuk (Ukrayna), 3-cü isə 10 xalla (+11, -1) Jorma Paavilainen (Finlandiya) oldu. Bu yarışda Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəni 5 xalla (+15, -9) 12-ci olan Zaur Məmmədov (Bakı) göstərdi.
10-cu Avropa çempionatında isə şəxsi hesabda 63 nəfər mübarizə aparırdı. Bu çempionat da dövrümüzün iki ən güclü həllçisi, müvafiq olaraq beynəlxalq əmsallar cədvəlində 1-ci və 2-ci olan, dəfələrlə dünya və Avropa çempionu adını qazanmış Georgi Yevseyev (2778) və Piotr Murdzianın (2776) mübarizəsi  ilə yadda qaldı. Çempion adını 86 xalla, ötən il olduğu kimi, Piotr Murdzia (Polşa) qazandı. Gümüş medalı 79 xalla Georgi Yevseyev (Rusiya), bürünc medalı isə  74,5 xalla Marko Filipovic (Xorvatiya) qazandı. Azərbaycan həllçiləri arasında ən yaxşı nəticəni Araz Alməmmədov (Qəbələ) 60,6 xalla 17-ci yeri tutaraq göstərdi ki, bununla da reytinqinə 11 xal əlavə etdi, Beləliklə, onun beynəlxalq əmsalı 2451 oldu ki, beynəlxalq usta adını qazanmaq üçün o reytinqinə daha 49 xal əlavə etməlidir.
Gənclər arasında (23 yaşa qədər) Avropa çempionu 73 xalla, dünya və Avropa çempionu Kasper Piorun (Polşa) oldu. 2-ci 57 xalla Mixail Qanjin (Rusiya), 3-cü isə 56 xalla Sumqayıt şahmatçısı, şahmat üzrə beynəlxalq usta  Misrətdin İskəndərov oldu. Daha bir gənc istedadlı həllçimiz, şahmat üzrə beynəlxalq usta Zaur Məmmədov (Bakı) 55,3 xalla 4-cü yeri tutdu.
Bir sıra ölkələr yalnız şəxsi hesabda çıxış etdiyi üçün, komanda hesabında 15 ölkə qələbə uğrunda mübarizə apardı. Komanda hesabında 1-ci yeri 237,3 xalla Polşa (Piotr Murdzia, Kasper Piorun, Aleksandr Mista, Piotr Qorski) tutdu və çempion adını qorudu, 2-ci yeri 200,6 xalla Rusiya (Georgi Yevseyev, Anatoli Mukoseev, Andrey Petrov, Yevgeni Viktorov), 3-cü yeri isə 191 xalla Serbiya (Maryan Kovaçevic, Miodraq Mladenovic, Borislav Dyuraşevic, Srecko Radovic) tutdu. Azərbaycan komandası 172 xalla (Araz Alməmmədov, Misrətdin İskəndərov, Zaur Məmmədov) 6-cı oldu və Böyük Britaniya, Almaniya, Ukrayna, Yunanıstan kimi ölkələri geridə qoydu.

Read more

35-ci AZƏRBAYCAN ÇEMPİONATI

                                            Şahmat bəstələrinin həlli üzrə 35-ci Azərbaycan çempionatı

5-6 aprel Respublika Şahmat Mərkəzində (klubu) mükafat fondu 800 manat olan 35-ci Azərbaycan çempionatı keçirildi. Qələbə uğrunda ölkəmizin 9 şəhərindən 28 şahmatçı mübarizəyə qatıldı. Çempionat dünya və Avropa çempionatlarında olduğu kimi, hər birində 3 məsələ olmaqla 6 bölmə üzrə (ikigedişli -20 dəq, üçgedişli -60 dəq, etüdlər -80 dəq, çoxgedişli-80 dəq, yardımmat-50 dəq, əksmat-50 dəq) ümumi 18 məsələ təqdim olundu. Hər düzgün həll edilmiş tapşırığa görə 5 xal verilirdi. 1-ci yeri 90 mümkün xaldan 75 ( 324 dəq) toplayaraq Araz Alməmmədov (Qəbələ) tutdu və bununla da 15 qat ölkə çempionu oldu. 2-ci 73,25 (324 dəq) xalla ötən ilki ölkə çempionu, beynəlxalq usta Misrətdin İskəndərov (Sumqayıt), 3-cü 70 (283 dəq) xalla beynəlxalq usta Zaur Məmmədov (Bakı) oldu. 
Bölmələrdə çempion adını aşağıdakı şahmatçılar qazandılar: ikigedişli, əksmat - Misrətdin İskəndərov (Sumqayıt), üçgedişli və yardımmat Ramil Cavadov, etüdlər Bəhruz Rzayev (Bakı), çoxgedişli Zaur Məmmədov (Bakı).
Qadınlar arasında 1-ci Nərmin Məmmədova (Bakı), 2-ci 21,5 xalla Vüsalə Quliyeva (Şabran), 3-cü isə 14,5 xalla Xatun Bağırova (Bakı) oldu. Veteranlar arasında ən yaxşı nəticəni 36 xalla Anatoli Piriverdiyev (Bakı), yeniyetmələr arasında (12 yaş) isə 23 xalla Fərid Aslanov (Sumqayıt) göstərdi.
Ölkə çempionatı ilə yanaşı paytaxt çempionatının da nəticələri müəyyən oldu. 1-ci Zaur Məmmədov, 2-ci Nərmin Məmmədova, 3-cü isə Bəhruz Rzayev oldu. Bölmələrdə qaliblər: ikigedişli - Rəşad Zeynallı, üçgedişli, çoxgedişli, yardımmat - Zaur Məmmədov, etüdlər Bəhruz Rzayev, əsk-mat- Nərmin Məmmədova. 
Qaliblərə pul mükafatları, qiymətli hədiyyələr təqdim olundu.


cedvel-35th-azch-excel-esas.pdf [89,16 Kb] (downloads: 40)
See the file online: cedvel-35th-azch-excel-esas.pdf

35azch-tapshiriqlar.doc [90 Kb] (downloads: 42)
See the file online: 35azch-tapshiriqlar.doc

35azch-cavablar1.pdf [260,88 Kb] (downloads: 38)
See the file online: 35azch-cavablar1.pdf

AZƏRBAYCAN ŞAHMAT FEDERASİYASI BƏSTƏÇİLİK KOMİSSİYASI

Read more

Informaltourney "ОLIMPIYA DUNYASI 2013 (#2, #3, N#, studies)

Informaltourney "ОLIMPIYA DUNYASI 2014 (#2, #3, N#, studies)

The newspaper " Оlimpiya dunyasi " (body of National Olympic Committee of Azerbaijan) announces an International Composing Tourney "Оlimpiya dunyasi 2014".No set theme.
Publications of studies and problems are sent on e-mail of authors.
Preliminary results of competition will be published in February-April, 2014.

Judges:
#2 - Kenan Velikhanov (Azerbaijan),
#3 - Araz Almammadov (Azerbaijan),
N# - Ferhat Karmil (Turkey)
Studies – Muradkhan Muradov (Azerbaijan).

Closing date - 20.10.2014. Send to: Ilham Aliev (Azerbaijan,Sumqayit) bestechi@mail.ru

Рубрика шахматной композиции газеты "Оlimpiya dunyasi" (орган Национального Олимпийского Комитета Азербайджана, тираж 5000) проводит годовой конкурс по составлению задач и этюдов (#2, #3, N#, этюды) за 2014 год.

Ведущий рубрики и организатор Ильгам Алиев (Азербайджан,Сумгайыт). 

Публикации задач высылаются на Эл-почту авторов. Гарантируется быстрая публикация и объявления итогов (Февраль-Апрель). 

Судьи:
#2 - Кенан Велиханов (Азербайджан),
#3 - Араз Алмаммадов (Азербайджан),
N# -Ферхат Кармиль (Турция),
Этюды - Мурадхан Мурадов (Азербайджан).

Оригинальные задачи присылайте на адрес bestechi@mail.ru

Срок присылки - до 20.10.2014. Публикации задач и присуждение высылаются на Эл-почту авторов.

Read more

Azərbaycan-Mərakeş matçı

Azərbaycan-Mərakeş matçı


Şahmat bəstəçiliyinin dörd bölməsi (#2, #3, etüdlər, H#) üzrə Azərbaycan-Mərakeş dostluq matçının reqlamenti elan edilib. Hər bölmədə hər komandadan iki məsələ göndərmək olar: 1-ci yer 10 xal, 2-ci yer 8 xal, 3-cü yer 6 xal, 4-cü yer 4 xal. Mərakeş komandasının kapitanı tanınmış şahmat bəstəçisi, şahmat və şahmat bəstəçiliyi üzrə beynəlxalq usta Abdelaziz Onkoud-dur (http://www.onkoud.com/spip.php?rubrique86).

Yarışın direktoru Vadim Vinokurov (Rusiya).
Bölmələr üzrə hakimlər:
Hakim: #2 - Givi Mosiashvili (Gürcüstan)
Hakim: #3 - Valery Kopyl (Ukrayna)
Hakim: Etüdlər - Iuri Akobia (Gürcüstan)
Hakim: H#- Cristofer Jones (Böyük Britaniya)
Tərtib olunmuş məsələləri yığma komandamızın baş məşqçisi İlham Əliyevə (Sumqayıt) 20.05.2014 tarixə kimi göndərmək lazımdır:bestechi@mail.ru
Yarışın nəticələri 1.08.2014.tarixdə dərc olunacaq.

Read more

10th International Solving Contest - Azerbaijan

10-cu Beynəlxalq Həlletmə Yarışı /  10th International Solving Contest - Azerbaijan

26 yanvar 2014 tarixdə Beynəlxalq Şahmat Bəstəçiliyi Federasiyasının (World Federation for Chess Composition) təşkilatçılığı ilə 10-cu Beynəlxalq Həlletmə Yarışı (10th International Solving Contest) keçirildi. İldən-ilə bütün dünyada çox populyarlıq qazanan bu yarış eyni zamanda 28 ölkədə eyni tapşırıqlarla, eyni vaxtda keçirilir. Artq bir neçə ildir ki, bu yarışın Sumqayıt Şahmat məktəbində keçirilməsi ənənə halını alıb. Yarış iki kateqoriyada keçirildi: təcrübəli və təcrübəsiz həllçilər üçün. İki mərhələdən ibarət olan yarışda təcrübəli həllçilərə hər birində 6 məsələ olmaqla 12 tapşırıq, təcrübəsiz və gənc həllçilərə isə hər birində 4 məsələ olmaqla 8 tapşırıq təqdim edildi. Hər mərhələdə həll üçün 2 saat, ümumi isə 4 saat vaxt verildi. Ölkəmizdə keçirilən yerli yarışın mükafat fondu 230 manat təşkil etdi.
1-ci kateqoriyada 15 iştirakçı arasında qalib adını 60 mümkün xaldan 41,25 xal toplayan Ramil Cavadov (İsmayıllı) qazandı. 2-ci 40,5 xalla Misrətdin İskəndərov (Sumqayıt), 3-cü isə 34,5 xalla Araz Alməmmədov (Qəbələ) oldu.
Qadınlar arasında 1-ci 18 xalla Nərmin Kazımova (Bakı), 2-ci 11 xalla Səbinə İbrahimova (Gəncə), 3-cü isə 5 xalla Aydan Hüseynzadə (Qəbələ) oldu.
2-ci kateqoriyada 24 iştirakçı arasında qalib 14 yaşlı Sumqayıt şahmatçısı, 40 mümkün xaldan 33 xal toplayan, Ceyhun Hüseynzadə oldu. 2-ci 24 xalla Ramil Mustafayev (Sumqayıt), 3-cü isə 10,25 xalla Azər Abbasov (Şabran) oldu.
Qadınlar arasında 1-ci 16 xalla Vüsalə Quliyeva (Şabran), 2-ci 8,25 xalla Ləman Hüseynova(Sumqayıt), 3-cü isə 6 xalla Ləman Hacıyeva (Sumqayıt) oldu.

Beynəlxalq yarışın cədvəli (1-ci kateqoriya):http://www.matplus.net/isc.php?px=1391104003&f=r&g=0
Beynəlxalq yarışın cədvəli (2-ci kateqoriya):http://www.matplus.net/isc.php?px=1391103998&f=r&g=1
Yarışın məsələləri (1-ci kateqoriya):http://www.matplus.net/isc.php?px=1391105039&f=p&g=0
Yarışın məsələləri (2-ci kateqoriya):http://www.matplus.net/isc.php?px=1391105061&f=p&g=1

Read more

"Şahmat bəstəçiliyi" jurnalının 19-cu nömrəsi

"Şahmat bəstəçiliyi" jurnalının 19-cu nömrəsi
Azrbaycan Şahmat Federasiyasının Şahmat Bəstəçiliyi komissiyasının "Şahmat bəstəçiliyi" jurnalının növbəti nömrəsi (№19 Dekabr 2013) işıq üzü görüb. 64 səhifədən ibarət olan jurnalın bu sayında, aşağıdakı məqalələr dərc olunub.
1. Şahmat bəstəçiliyi üzrə 1-ci Azərbaycan kubokunun nəticələri
2. 9-cu Beynəlxalq Həlletmə Yarışı
3. 11-ci Azərbaycan çempionu
4. Kənan Vəlixanov Dünya dördüncüsüdür
5. Vilnüs. Təəssüratlar - Elmar Abdullayev
6. Kənan Vəlixanov Dünya kubokunun qalibidir
7. 56-cı Şahmat Bəstəçiliyi konqresi, Batum, Gürcüstan
8. 2-ci Azərbaycan Beynəlxalq Etüd Yarışının nəticələri
9. Şahmat məsələlərinin həlli üzrə 34-cü Azərbaycan çempionatı
10. Tanımadığımız həmyerlimiz
11. Pəncərə - Ferhat Karmil (Türkiyə)
12. Şahmat həllçilərinin beynəlxalq əmsalı
13. 2012-ci ilin etüdü
14. Mahir Məmmədov və şahmat bəstəçiliyi
15. Azərbaycan şahmat bəstəçilərinin uğurları
16. Çoxsaylı şəkillər və xəbərlər.

Jurnalı əldə etmək istəyənlər müraciət edə bilərlər: bestechi@mail.ru

Read more

Kənan Vəlixanov dünya kubokunun qalibidir

 Kənan Vəlixanov (İmişli) şahmat bəstəçiliyi üzrə FIDE Dünya kubokunun qalibidir!

O, şahmat bəstəçiliyinin ikigedişli bölməsində dünyanın bir çox məşhur şahmat bəstəçilərini geridə qoyaraq, çempion adını qazanmışdır! Xatırladım ki, Kənan ötən Dünya kubokunda üçgedişli bölmədə bürünc medal qazanmışdı.

 Şahmatçımızı ürəkdən təbrik edirik və yeni uğurlar arzulayırıq!
Dünya kubokunun nəticələri ilə burada tanış ola bilərsiniz: 

 




The 3rd FIDE World Cup in Composing 2013,
Section A – Twomovers (#2) 
1st Prize - The Cup winner

 KENAN VELIKHANOV (Azerbaijan)

Read more