Şahmat bəstəçiliyi üzrə 4-cü Azərbaycan kuboku, 2019

Şahmat bəstəçiliyi üzrə 4-cü Azərbaycan kuboku, 2019

4th Azerbaijan Chess Composition Cup, 2019


   Şahmat bəstəçiliyi üzrə növbəti 4-cü Azərbaycan kubokunun ilkin nəticələrini elan edirik. İki ildən bir keçirilən bu yarışı Şahmat Bəstəçiliyi komissiyamızın əsas uğurlarından sayıram. Bu il də yarışımızı qoruya bildik. Bütün bölmələrdə yarışlar alındı, yəni reqlamentə uyğun olaraq hər bölmədə üç qalib var. Əlbəttə çox istərdim ki, kubokumuzun səviyyəsi daha yüksək olsun, gələcəkdə inşallah buna da nail olacayıq. Təəssüf ki, bir neçə tərtibçimiz bu yarışa öz məsələlərini göndərməməkdə israrlıdır. Bir daha qeyd edim ki, ölkə yarışlarında iştirak etməyən şəxslər şahmat bəstəçiliyi üzrə yığma komandaya daxil edilməyəcək. Ancaq incə məqamlar da var. Bu bəstəçilərimiz yarışda iştirak etməsə də yaradıcılıqları göz qabağındadır. Daha açıq desək, yəni bu kubokda başqasının yerinə məsələ tərtib edərək iştirak ediblər. Əlbəttə buna tam sübut olmasa da məsələlərə baxdıqda hər şey aydın olur. Bu əlbəttə ki, bəstəçi etikasından çox uzaqdır və bəstəçiliyin inkişafına ziyandan başqa bir şey gətirməz.   

   Fürsətdən istifadə edib yarışda iştirak edən bütün şahmat bəstəçilərinə öz minnətdarlığımı bildirir və yeni yaradıcılıq uğurları arzu edirəm! 

TƏLTİF / AWARD: 4-cu-aze-kuboku-2019.pdf [442,44 Kb] (downloads: 13)
See the file online: 4-cu-aze-kuboku-2019.pdf
4-cu-aze-kuboku-2019.pdf [442,44 Kb] (downloads: 13)
See the file online: 4-cu-aze-kuboku-2019.pdf


Hörmətlə, İlham Əliyev.

Şahmat Bəstəçiliyi komissiyasının sədri.


Add comment

Add comment

Кликните на изображение чтобы обновить код, если он неразборчив