Şahmat bəstəçiliyi üzrə şəxsi 10-cu Azərbaycan çempionatı

Şahmat bəstəçiliyi üzrə şəxsi 10-cu Azərbaycan çempionatı, 2011

10th Azerbaijan individual chess composing championship 2011

 

Reqlamenti ilin əvvəlindən elan edilmiş şahmat bəstələrinin tərtibi üzrə şəxsi 10-cu Azərbaycan çempionatı başa çatır. Sizə çempionatın ilkin nəticələrini təqdim edirik. Çempionatın tam nəticəsi ilə Azərbaycan Şahmat Federasiyası Bəstəçilik komissiyasının “Şahmat Bəstəçiliyi” jurnalının 15-ci sayında tanış ola bilərsiniz.

Xatırladaq ki, çempionatda 2007-2010-cu illərdə dərc olunmuş (etüdlər istisna olmaqla) və ya orijinal bəstələr iştirak edirdi. Bəstələr hakimlər tətəfindən 10 ballı  sistemlə (0-dan 10-a kimi yarım xal da daxil olmaqla) qiymətləndirilib. Hər bölmədə iştirak üçün hər müəllif tərəfindən 6 əsər təqdim oluna bilərdi ki, bunlardan üçü zaçota daxil olub. Yarışlarda iki və daha çox bəstəçi eyni xal topladıqda, yerlər daha yüksək xal almış bəstəyə görə müəyyən edilib. Əgər zaçota düşən bəstələrin xalı eyni olubsa, onda zaçota düşməyən məsələyə görə, daha çox xal toplayan mübarizədə qalib gəlib.

Çempionatın mükafat fondu: 500 ABŞ dolları.

 

Şahmat bəstəçiliyi üzrə şəxsi 10-cu Azərbaycan çempionatının qalibləri

 

A-ikigedishli (#2), Hakim: Bəxtiyar Rüstəmov ( Bakı, Azərbaycan).
1.Mahir Məmmədov (Bakı) 23 xal, 2.Hacı Məmmədov (Qobustan) 22 xal, 3.Salman Cavadzadə (Gəncə) 21,5
B-ucgedishlii (#3), Hakim: Aleksandr Sıqurov (Rusiya).
1.Hacı Məmmədov (Qobustan) 22,5 xal, 2.Mübariz Səfərov (Cəlilabad) 21,5 xal, 3.Araz Alməmmədov (Qəbələ) 16,5 xal.
C -Çoxgedişli (N#), Hakim: Rauf Əlövsətzadə (ABŞ).
1.Araz Alməmmədov (Qəbələ) 27,5 xal, 2.İlham Əliyev (Sumqayıt) 17 xal, 3.Kənan Vəlixanov (İmişli) 17 xal.
D - Etüdlər (+=), Hakim: Muradxan Muradov (Qobustan, Azərbaycan).
1.İlham Əliyev (Sumqayıt) 27 xal, 2.Samir Bədəlov (Bakı) 20,5 xal, 3.Araz Alməmmədov (Qəbələ) 18,5 xal.
E - Yardımlımat (H#), Hakim: Vladimir Persiyanov (Rusiya).
1.Kənan Vəlixanov (İmişli) 17 xal, 2.Anatoli Piriverdiyev (Bakı) 15 xal, 3.Salman Cavadzadə (Gəncə) 14,5 xal.
F - Əksmat (S#), Hakim: Rauf Əlövsətzadə (ABŞ).
1.Araz Alməmmədov (Qəbələ) 25,5 xal, 2.Salman Cavadzadə (Gəncə) 24 xal, 3.Kənan Vəlixanov (İmişli) 21 xal.
Daha ətraflı məlumat üçün aşağıdakı faylı dartın:

cedvel-table-10-azch.pdf [0 b] (downloads: 156)
See the file online: cedvel-table-10-azch.pdf

Add comment

Add comment

reload, if the code cannot be seen