» » 2-ci Dünya kubokunda bürünc medal

 
 
 

2-ci Dünya kubokunda bürünc medal

Автор: ilham от 9-09-2011, 21:24, посмотрело: 1469

0

 2-ci Dünya kubokunda bürünc medal


 19-27 avqust İtaliyanın Jesi şəhərində keçirilən 54-cü Ümumdünya Şahmat Bəstəçiliyi konqresində şahmat bəstələrinin tərtibi üzrə FİDE-nin 2-ci Dünya kubokunun təltif mərasimi keçirildi. Ötən il olduğu kimi, bu il də dünya kubokunun direktoru və təşkilatçısı kimi məşhur şahmat bəstəçisi Petko Petkov (Bolqarıstan) çıxış etdi.

 Xatırladım ki, səkkiz bölmə üzrə keçirilən yarışda üç şahmatçımız uğur qazanıb. 23 ölkədən 38 etüdün iştirak etdiyi etüd bölməsində İlham Əliyevin (Sumqayıt) etüdü 2-ci Xüsusi mükafat, 18 ölkədən 30 məsələnin iştirak etdiyi çoxgedişli bölmədə isə Vidadi Zamanovun (Göyçay) məsələsi miniatürə görə mükafat qazanıb.
Ən böyük uğuru isə İmişli şahmatçısı Kənan Vəlixanov qazanıb. Onun üçgedişli məsələsi 13 ölkədən 28 məsələnin iştirak etdiyi Dünya kubokunda 3-cü yer tutub.
Qeyd edim ki, Kənan 1998-ci ildən Ukraynada yaşasa da, Azərbaycan vətəndaşıdır və bütün yarışlarda ölkəmizi təmsil edir. K.Vəlixanovu təbrik edirik və ona yeni yaradıcılıq uğurları arzulayırıq!

скачать dle 10.5фильмы бесплатно

Категория: Chess Composition

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
Информация
Посетители, находящиеся в группе Гости, не могут оставлять комментарии к данной публикации.
 
: