“Olimpiya dünyası”nın etüdü İtaliyada “İlin etüdü” seçildi

 “Olimpiya dünyası”nın etüdü İtaliyada “İlin etüdü” seçildi

 

  19-27 avqust İtaliyanın Jesi şəhərində keçirilən 54-cü Ümumdünya Şahmat Bəstəçiliyi konqresinin maraqlı tərəflərindən biri də Beynəlxalq Şahmat Bəstəçiliyi Federasiyasının (BŞBF) iclasları idi. Burada şahmat bəstəçiliyinin bir çox problemləri müzakirə olundu, şahmat bəstəçiliyi kodeksinə əlavələr və dəyişikliklər edildi.

  Ənənəvi olaraq, hər il konqresdə ilin etüdü də seçilir. Etüd komissiyasının üzvlərinə 2010-cu ilin etüdü namizədliyinə 10 etüd təqdim edilmişdi. Sevindirici haldır ki, bu etüdlər arasından 2010-cu ildə Azərbaycan Milli Olimpiya komitəsinin mətbuat orqanı olan “Olimpiya dünyası” qəzetində 1-ci fəxri rəy almış etüd yekdilliklə “İlin etüdü” seçildi.

  İlin etüdü BŞBF-nın rəsmi saytında wfcc.ch, www.saunalahti.fi/~stniekat/pccc/study10.htm yerləşdirilib və konqresin xüsusi buraxilmış bülletenində dərc olunub.

  Bu xoş hadisə bir daha ölkəmizin qəzetimizdə keçirilən yarışların səviyyəsinin yüksək olmasını göstərir.


ilin-etudu.pdf [0 b] (downloads: 94)
See the file online: ilin-etudu.pdf

Add comment

Add comment

Кликните на изображение чтобы обновить код, если он неразборчив