» » Şahmat məsələlərinin həlli üzrə 35-ci dünya çempionatı

 
 
 

Şahmat məsələlərinin həlli üzrə 35-ci dünya çempionatı

Автор: ilham от 6-09-2011, 23:39, посмотрело: 1713

0

 

                          Şahmat məsələlərinin həlli üzrə 35-ci dünya çempionatı


 19-27 avqust İtaliyanın Jesi şəhərində 54-cü ümumdünya şahmat bəstəçiliyi konqresi keçirildi. Konqresin proqramına şahmat məsələlərinin həlli üzrə 35-ci dünya çempionatı, Open-turnir, çoxsaylı həlletmə, tərtib yarışları və Beynəlxalq Şahmat Bəstəçiliyi Federasiyasının (BŞBF) iclasları daxil idi. Ölkəmizi bu yarışda Ramil Cavadov (İsmayıllı), Araz Alməmmədov (Qəbələ) Zaur Məmmədov (Bakı), Misrətdin İskəndərov (Sumqayıt), Lütfiyar Rüstəmov (Bakı), baş məşqçi və ölkəmizin bu təşkilatda nümayəndəsi İlham Əliyevdən (Sumqayıt) ibarət yığma komanda təmsil etdi.
 Ənənəvi olaraq, komandanın tərkibi Open turnirdən sonra müəyyənləşdirildi. 30 ölkədən 93 nəfərin iştirak etdiyi yarış iki mərhələdən ibarət oldu. Hər mərhələdə şahmatçılara 90 dəqiqə ərzində 6 tapşırıq həll etmək tələb olunurdu. Həllçilərimiz arasında ən yaxşı nəticəni A.Alməmmədov 53,5 xalla 11-ci yeri tutaraq göstərdi, Z.Məmmədov 48,5 xal, R.Cavadov isə 41 xal, M.İskəndərov 40 xal, L.Rüstəmov isə 38 xal topladı. Beləliklə, dünya çempionatı üçün milli komandanın üç nəfərdən ibarət heyəti məlum oldu.
Open turnirin qalibi isə 60 xalla (169 dəq) Kacper Piorun (Polşa) oldu, 2-ci eyni xal toplayan, lakin tapşırıqların həllinə 176 dəqiqə sərf edən Georgi Evseev (Rusiya), 3-cü isə 59,5 xalla (134 dəq) Ofer Comay (İsrail) oldu.
 35-ci dünya çempionatında iştirakçılara 6 bölmə üzrə (ikigedişli, üçgüdişli, etüdlər, yardımlımat, çoxgedişli, əksmat) 18 məsələ təqdim edilmişdi. Komandamızın lideri R.Cavadov burada nəhayət ki, öz sözünü dedi və 69,5 xalla (320 dəq) 18-ci yeri tutdu, A.Alməmmədov 58 xalla 38-ci (334 dəq), Zaur Məmmədov 49,5 xalla 54-cü oldu. İlk dəfə belə yarışlarda çıxış edən 16 yaşlı Sumqayıt şahmatçısı Misrətdin İskəndərov yığma komandanın iki üzvündən daha yaxşı nəticə göstərərək 58 xalla (314 dəq) 37-ci oldu.
 Şəxsi hesabda 83 xalla (337 dəq) Kacper Piorun (Polşa) ilk dəfə olaraq çempion adını qazandı, 2-ci 80 xalla (288 dəq) şahmat üzrə beynəlxalq qrossmeyster və həlletmə üzrə dünya və Avropa çempionu John Nunn (Böyük Britaniya), 3-cü isə eyni xalla, lakin 319 dəqiqə ilə dəfələrlə dünya və Avropa çempionu Piotr Murdzia (Polşa) oldu.
 Komanda hesabında çempion 164 xalla Polşa (P.Kacper, P.Murdzia, A.Mista) oldu, Böyük Britaniya (J.Nunn, J.Mestel, M.McDowell) 154 xalla 2-ci, Serbiya (V.Podinic, B.Vuckovic, M.Kovacevic) isə 152 xalla 3-cü oldu.
 Çox heyiflər olsun ki, komandamızın gənc üzvü Z.Məmmədov məsələnin həllində notasiya səhvi etdi ki, bu da bizim 5 xal itirməyimizə səbəb oldu və beləliklə Azərbaycan komandası 130,5 xalla 11-ci yeri tutdu, halbuki bu səhv olmasa idi, biz 10-cu olurduq. Maraqlıdır ki, M.İskəndərovun nəticəsi ilə biz ümumi hesabda Almaniya (136,5 xal) və Xorvatiyanı (135 xal) ötərək 9-cu olurduq.
Mənim fikrimcə, həllçilərimizin qeyri-stabil nəticələrini onların təcrübəsizliyi və il boyu çox az yarışlarda iştirakı ilə izah etmək olar. Əksər mütəxəssislərin qeyd etdiyi kimi gənc şahmatçılardan ibarət olan yığmamızın çox böyük potensialı var.
 Sevindirici haldır ki, Open turnirin nəticəsinə görə Araz Alməmmədov, dünya çempionatının nəticəsinə görə isə Ramil Cavadov ölkə tarixində ilk dəfə olaraq beynəlxalq usta normasını topladılar. İndi onların bu ada sahib olması üçün yalnız əmsallarını 2500-ə çatdırması qalır. Araz bu yarışın nəticəlirinə əsasən həlletmə üzrə FİDE ustası adını, Zaur isə FİDE ustasının ilk balını aldı.

 

скачать dle 10.5фильмы бесплатно

Категория: Chess Composition

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
Информация
Посетители, находящиеся в группе Гости, не могут оставлять комментарии к данной публикации.
 
: