» » 14-cü Beynəlxalq Həlletmə yarışı / 14th International Solving Contest

 
 
 

14-cü Beynəlxalq Həlletmə yarışı / 14th International Solving Contest

Автор: ilham от 5-01-2018, 21:01, посмотрело: 122

0
14-cü Beynəlxalq Həlletmə yarışı

28 yanvar 2018 tarixində Sumqayıt Şahmat Məktəbində 14-cü Beynəlxalq həlletmə yarışı keçiriləcək. Yarışın maraqlı tərəfi odur ki, o ənənəvi olaraq dünyanın bir çox ölkələrində eyni zamanda keçirilir.Yarışlar 11.00-da başlayacaq.
Yarış 3 kateqoriyada keçirilir:
1) 1-ci kateqoriyada təcrübəli həllçilər iştirak edir, bu yarışda beynəlxalq həlletmə reytinqi toplamaq olar. İştirakçılara hər bölmədə 6 məsələdən (#2, #3, N#, etüd, H# və S#) ibarət olaraq 12 məsələ təqdim ediləcək.
2) 2-ci kateqoriya təcrübəsiz həllçilər üçün nəzərdə tutulub və burada 1700-dən aşağı həlletmə əmsalı (yarım reytinq və qeyri fəal reytinq də) olanlar iştirak edə bilər. İştirakçılara hər bölmədə 6 məsələdən ibarət olaraq 12 məsələ (2 ədəd ≠2, #3, N≠, etüd və bir tur H#, digər turda isə S#) təqdim ediləcək.
3) 3-cü kateqoriyada 31.12.2004 tarixindən sonra anadan olanlar iştirak edə bilər. İştirakçılara 1 bölmədə 6 məsələ (4 ədəd #2, #3 və etüd) təqdim ediləcək.
Tapşırıqların həllinə hər bölmədə 2 saat vaxt ayrılacaq. Turlar arası fasilə 30 dəqiqə olacaq.
Yerli yarışların qaliblərinə pul mükafatları, fəxri fərmanlar və hədiyyələr təqdim ediləcək.
Sonda ölkə yarışnın nəticələri təşkilatçılara göndəriləcək və müəyyən müddətdən sonra ümumi yarışların nəticələri elan ediləcək.
Yarışlarda iştirak üçün üzvlük haqqı yoxdur.
Yerlər məhdud olduğuna görə iştirakçılardan xahiş olunur vaxtında qeydiyyatdan keçsinlər. Qeydiyyatda gecikənlər 5 manat cərimə olunacaq. Son qeydiyyat tarixi: 27 yanvar, saat 12.00.
Qeydiyyat: E-mail: bestechi@mail.ru Whatsapp, SMS 050 515 40 99
скачать dle 10.5фильмы бесплатно

Категория: Chess Composition

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
Информация
Посетители, находящиеся в группе Гости, не могут оставлять комментарии к данной публикации.
 
: