» » Aqşin Məsimov–55 yubiley yarışı, 2017 (etüdlər)

 
 
 

Aqşin Məsimov–55 yubiley yarışı, 2017 (etüdlər)

Автор: ilham от 21-08-2017, 23:17, посмотрело: 170

0

Aqşin Məsimov–55 YY, 2017 (etüdlər) / Agshin Masimov–55 JT, 2017 (studies) İLKİN TƏLTİF / PROVISIONAL AWARD

Şahmat Bəstəçiliyi Komissiyası ölkəmizin tanınmış şahmat bəstəçisi və həllçisi Aqşin Məsimovun  55 illiyinə həsr olunmuş etüdlərin tərtibi üzrə yubiley yarışının nəticələrini elan edir. Yarışa 13 ölkədən 26 müəllif 33 etüd göndərmişdi, təltifə hakim-yubilyar 15 etüd seçib.
Aqşin Məsimov 1962-ci il iyulun 1-də Gürcüstanın Bolnisi (Borçalı mahalı) rayonunun Abdallı kəndində dünyaya göz açıb. 1980–85-ci illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb. Ali təhsil aldığı illərdə "Bakı", "Baku", "Kommunist", "Şahmat–Şaxmatı" qəzetlərinin təşkil etdiyi şahmat bəstələrinin qiyabi həlli üzrə müsabiqələrin dəfələrlə qalibi olub. A.Məsimov şahmat həlletməsi üzrə Azərbaycanın 9-cu çempionu, idman ustasıdır (1998).
A.Məsimov şahmat həlletməsi üzrə Azərbaycan çempionatlarında 7 dəfə 2-ci (1993, 1995, 1996, 1997, 1999, 2001, 2002), 8 dəfə 3-cü (1987, 1991, 1994, 2003, 2005, 2006, 2007, 2010) yeri tutub. O həmçinin 1990-cı ildə Gürcüstanın 1-ci çempionatının bürünc mükafatçısı olub.
Şahmat həlletməsi üzrə dünya çempionatlarında Azərbaycanı ilk dəfə məhz Aqşin Məsimov təmsil edib: 5–15 sentyabr 1997-ci il – Pula şəhəri, Xorvatiya. O, 40-cı beynəlxalq konqresdə Azərbaycanı FİDE nəzdində Şahmat Bəstəçiliyi Daimi Komissiyasına 35-ci üzv seçdirib və 1997–2010-cu illər ərzində bu təşkilatda ölkəmizin nümayəndəsi olub.
Aqşin Məsimov ölkəmizi həlletmə üzrə dünya çempionatlarında 7 dəfə, Avropa çempionatlarında 4 dəfə, Dünya kubokunda isə 2 dəfə təmsil edib.
İlkin təltif / Provisional award: agshin-masimov-55-jt-2017-award.pdf [519,17 Kb] (cкачиваний: 73) скачать dle 10.5фильмы бесплатно

Категория: Chess Composition

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
Информация
Посетители, находящиеся в группе Гости, не могут оставлять комментарии к данной публикации.
 
: