» » 38th Azerbaijan Chess Solving Championship

 
 
 

38th Azerbaijan Chess Solving Championship

Автор: ilham от 11-04-2017, 20:49, посмотрело: 184

0

38-ci Azərbaycan Şahmat Həlletməsi Çempionatı

38th Azerbaijan Chess Solving Championship

Bakı, 8-9 Aprel 2017 

Sumqayıt şahmatçısı üçqat Azərbaycan çempionu oldu

8-9 aprel tarixlərdə Respublika Şahmat Mərkəzində şahmat həlletməsi üzrə 38-ci Azərbaycan çempionatı keçirildi. Qələbə uğrunda ölkəmizin 8 şəhərindən (Bakı, Sumqayıt, Gəncə, İsmayıllı, Qəbələ, Şabran, Qobustan, Naftalan) 27 şahmatçı mübarizəyə qatıldı.
Çempionatımız dünya və Avropa çempionatlarında olduğu kimi, hər birində 3 şahmat məsələsi olmaqla 6 bölmə üzrə (ikigedişli -20 dəq, üçgedişli -60 dəq, etüdlər -100 dəq, çoxgedişli-80 dəq, yardımmat-50 dəq, əks-mat-50 dəq), ümumi 18 məsələ təqdim olunmaqla keçirilir. Hər düzgün həll edilmiş tapşırığa görə 5 xal verilirdi. Ölkə çempionatımız şahmat həlletməsi üzrə Dünya kubokunun mərhələlərindən biri kimi qeydiyyatdan keçmişdi.
Çempionatda əsas mübarizənin ənənəvi olaraq, həlletmə üzrə ölkə yığma komandasının üzvləri arasında gedəcəyi gözlənilirdi. Şahmat üzrə millimizin üzvü beynəlxalq qrossmeyster Rauf Məmmədovun çempionatda iştirakı onu daha da maraqlı etdi. 1-ci yeri 90 mümkün xaldan 81 ( 309 dəq) xal toplayaraq, Sumqayıt şahmatçısı şahmat və şahmat həlletməsi üzrə beynəlxalq usta Misrətdin İskəndərov tutdu və bununla da üçqat ölkə çempionu oldu. Gümüş medalı 69,75 (326 dəq) 15 qat ölkə çempionu, beynəlxalq usta Araz Alməmmədov (Qəbələ), bürünc medalı isə, ötən il olduğu kimi, şahmat üzrə beynəlxalq usta Nərmin Məmmədova 58,75 (304) xalla qazandı. 4-cü yeri 58,25 (340 dəq) xalla, şahmat həlletməsi üzrə gənclər arasında Avropa çempionu Rəşad Zeynallı (Bakı), 5-ci yeri isə 57,5 xalla (358) beynəlxalq qrossmeyster Rauf Məmmədov tutdu.

Qadınlar arasında 1-ci Nərmin Məmmədova (Bakı), 2-ci Səbinə İbrahimova (Gəncə), 3-cü isə Aydan Hüseynzadə (Qəbələ) oldu.

Bölmələrdə çempion adını aşağıdakı şahmatçılar qazandılar: ikigedişli - Nərmin Məmmədova (Bakı), etüdlər - Rauf Məmmədov (Bakı), üçgedişli, çoxgedişli, yardımmat - Misrətdin İskəndərov (Sumqayıt), əks-mat- Araz Alməmmədov (Qəbələ).

Ölkə çempionatı ilə yanaşı 35-ci Bakı çempionatının da nəticələri müəyyən edildi. 1-ci Nərmin Məmmədova, 2-ci Rəşad Zeynallı, 3-cü isə Rauf Məmmədov oldu.

Çempionatın qalibləri ölkəmizi avqust ayında Almaniyanın Drezden şəhərində keçiriləcək dünya çempionatında təmsil edəcəklər.

 

İlham Əliyev (Sumqayıt)

Yarışın baş hakimi (beynəlxalq hakim, əməkdar məşqçi)

38th-azch-excel-table-eng-2017.pdf [220,17 Kb] (cкачиваний: 9)
38th-tapshiriqlar.pdf [267,83 Kb] (cкачиваний: 9)
38azch-cavablar.pdf [343,93 Kb] (cкачиваний: 7)
скачать dle 10.5фильмы бесплатно

Категория: Chess Composition

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
Информация
Посетители, находящиеся в группе Гости, не могут оставлять комментарии к данной публикации.
 
: