» » 3-cü Azərbaycan kuboku, 2017

 
 
 

3-cü Azərbaycan kuboku, 2017

Автор: ilham от 5-03-2017, 14:37, посмотрело: 242

0

Şahmat bəstəçiliyi üzrə 3-cü Azərbaycan kubokunun

REQLAMENTİ

1.3-cü Azərbaycan kubokunu Azərbaycan Şahmat Federasiyası Bəstəçilik komissiyası keçirir.

2.Yarış 6 bölmə üzrə (ikigedişli-#2, üçgedişli-#3, çoxgedişli-N#, etüdlər -+=, yardımmat – H#, əksmat- S#) keçirilir.

3.Hər müəllif hər bölməyə yalnız bir orijinal (heç yerdə dərc olunmamış) məsələ və ya etüd göndərə bilər. Birgə (şərikli) əsərlərin iştirakına icazə verilmir.

4.Hər hansı bir bölmədə iştirakçıların sayı üç nəfərdən az olarsa, həmin bölmə üzrə yarış keçirilməyəcək.

5.Bəstələr hakimlərə anonim olaraq, yəni müəlliflər göstərilmədən göndəriləcək.

6.Anonimliyi qorumaq üçün 3-cü Azərbaycan kubokunun hakimləri barədə əlavə məlumat veriləcək.

7.Yarışın elan tarixi: 5.03.2017.

8.Şahmat bəstələrinin yarışın direktoruna son göndəriş tarixi – 31.05.2017.

9.Nəticələrin ilkin elanı – 31.06.2017.

10.3-cü Azərbaycan kubokunun direktoru – Elmar Abdullayev (Şirvan).

11.Məsələ və etüdləri aşağıda göstərilən elektron ünvana, vhatsapa və ya telefona göndərmək olar.

E-mail: abdullaev-elmar@bk.ru Tel: 070 324 16 50.

12.Hakimlərlə əlaqə yalnız çempionatın direktoru vasitəsi ilə aparılacaq. Hakimlə birbaşa əlaqə yaradan şəxs cəzalandırılacaq.

13.Yarışda hakimlər yalnız qalib 1-3-cü yerləri müəyyən edəcəklər, təltifə düşməyən digər məsələ və etüdlər müəlliflərə qaytarılacaq və onlar həmin bəstələrdən digər yarışlarda istifadə edə bilərlər.

14.Qaliblər fəxri fərman, medal vəkubokla təltif olunacaqlar.

15.3-ci Azərbaycan kubokunun bağlanışı A.Sarıçevin xatirəsinə həsr olunmuş şahmat həlletməsi 2-ci Azərbaycan kuboku zamanı keçiriləcək.

Azərbaycan Şahmat Federasiyası Bəstəçilik komissiyası

 
3-cü Azərbaycan kuboku, 2017
Kuboklar və medallar


скачать dle 10.5фильмы бесплатно

Категория: Chess Composition

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
Информация
Посетители, находящиеся в группе Гости, не могут оставлять комментарии к данной публикации.
 
: