» » JAN TİMMAN - 65 İLDÖNÜMÜ YARIŞI (ETÜDLƏR)

 
 
 

JAN TİMMAN - 65 İLDÖNÜMÜ YARIŞI (ETÜDLƏR)

Автор: ilham от 17-01-2017, 23:15, посмотрело: 446

0

JAN TİMMAN - 65 YUBİLEY YARIŞI (ETÜDLƏR)

 

 

Məşhur şahmat qrossmeysteri və şahmat bəstəçisi Jan Timman-ın 65 illik ildönümünə həsr edilmiş şahmat etüdlərinin tərtibi üzrə beynəlxalq yarış elan edilib. Yarış iki bölmə üzrə keçirilir:

1. Müəlliflər yalnız əməli (praktik) şahmat üzrə beynəlxalq adları olan şahmatçılar ola bilər (kişilər və qadınlar arasında beynəlxalq qrossmeysterdən FİDE ustasına kimi).

Mövzu: Azaddır.

Hakim: Yochanan Afek və Hans Böhm.

Direktor: Harold van der Heijden.

Mükafat fondu: 1000 Avro.

 

2. Hər kəs iştirak edə bilər.

Mövzu: Fillə mat (və ya fillə mat təhlükəsinə qarşı mübarizə).

Hakim: Jan Timman və Hans Böhm.

Direktor: Harold van der Heijden.

Mükafat fondu: 1000 Avro.

 
 

Orijinal əsərləri 1.07.2017 tarixə kimi yarışların direktorunun elektron ünvanına göndərmək lazımdır (PGN formatda göndərilməyi məsləhət bilinir): heijdenharold@gmail.com

Hər bölmədə hər müəllifdən 3 etüddən artıq göndərmək olmaz. Birgə etüdlər yarışa buraxılır, ancaq o şərtnən ki, 1-ci bölmənin bütün müəllifləri əməli şahmat üzrə beynəlxalq adlara malik olmalıdır.

Son nəticə 14.12.2017 tarixdə, Jan Timmanın 66 illik ildönümünə, məlum olacaq.Yarışın mükafat fondu "Böhm Communications BV” (www.hansbohm.com) şirkəti tərəfindən təqdim edilib. Hans Böhm, bu yolla özünün Jan Timmanla 50 illik yaxın dostluğunu qeyd etməyi qərara alıb.

скачать dle 10.5фильмы бесплатно

Категория: Chess Composition

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
Информация
Посетители, находящиеся в группе Гости, не могут оставлять комментарии к данной публикации.
 
: