» » MƏCNUN VAHİDOV- 70 XATİRƏ YARIŞLARI

 
 
 

MƏCNUN VAHİDOV- 70 XATİRƏ YARIŞLARI

Автор: ulvich от 7-10-2016, 08:07, посмотрело: 579

0
MƏCNUN VAHİDOV- 70 XATİRƏ YARIŞLARI

Azərbaycan Şahmat Federasiyasının Şahmat Bəstəçiliyi Komissiyası ölkəmizin məşhur şahmat bəstəçisi, uzun illər Şahmat Bəstəçiliyi Komissiyasının sədri olmuş Məcnun Vahidovun 70 illiyinə həsr olunmuş şahmat bəstələrinin tərtibi üzrə beynəlxalq yarışlar keçirdi.

Məcnun Abdulvahid oğlu Vahidov (27.07.1946 - 30.04. 2009) 1969-cu ildə AzNKİ-nun Neft-mexanika fakültəsini bitirib və ömrünün sonuna kimi də bu təhsil ocağında çalışıb. Mancanaq dəzgahların optimal layihələşdirilməsi ilə məşğul olub. 80 elmi əsərin və 10 ixtiranın müəllifidir. Şahmat bəstəçiliyi üzrə idman ustası idi. "Şahmat bəstəçiliyi" və "Mənsubələr karvanı Böyük İpək yolunda" (azərbaycan və rus dillərində) kitablarının müəllifidir. Azərbaycan Şahmat Federasiyası şahmat bəstəçiliyi komissiyasının sədri və şahmat bəstəçiliyi üzrə Azərbaycan yığmasının kapitanı olub. 200-ə qədər şahmat məsələsi tərtib edib və bunların bir qismi beynəlxalq müsabiqələrdə mükafat qazanıb. Bir neçə əsəri FİDE-nin Qızıl kitabı olan "FİDE Albomu”-na daxil edilib. Şahmat bəstəçiliyinə aid bir sıra nəzəri məqalələr dərc edib. Həmmüəllifləri ilə birgə şahmat bəstəçiliyində iki yeni mövzu kəşf edib və bunlar şahmat üzrə bir çox məlumat kitablarına daxil edilib. Bir sıra beynəlxalq yarışlarda hakimlik edib.
Məcnun Vahidov ədəbi yaradıcılıqla da məşğul olub. O, bir çox yumoristik hekayələrin və ölkəmizdə məşhur "Yarımştat" televiziya tamaşasının müəllifidir. Məcnun Vahidov eyni zamanda türkologiya ilə yaxından maraqlanıb və bu sahəyə bir neçə maraqlı məqalə həsr edib.
Məcnun Vahidov 30 aprel 2009-cu ildə Bakı şəhərində Neft və Sənaye Universitetində törədilən terror aktı nəticəsində həlak olub.

Xatirə yarışı şahmat bəstəçiliyinin ikigedişli və üçgedşli bölmələri üzrə keçirildi. Yarışların direktoru: Elmar Abdullayev (Şirvan), ikigedişli bölmənin hakimi Anatoli Stepoçkin (Rusiya), üçgedişli bölmənin hakimi isə Aleksandr Melniçuk (Rusiya) idi.
İkigedişli bölmədə 14 olkədən 28 muəllifin 39 şahmat məsələsi, üçgedişli bölmədə isə 13 ölkədən 31 müəllifin 40 şahmat məsələsi iştirak etdi. Yarış çox yüksək səviyyədə keçirildi, buna həm də yarışın iştirakçıları və qalibləri arasında dünyanın məşhur şahmat bəstəçilərinin olması göstərir.
Sevindirici haldır ki, qaliblər arasında ölkəmizin də şahmat bəstəçiləri var. Süleyman Abdullayev (Bakı) və Araz Alməmmıdov (Qəbələ) ikigedişli bölmədə, Elmar Abdullayev (Şirvan) və Salman Cavadzadə (Gəncə) isə üçgedişli bölmədə qaliblər sırasındadır.
Yarışın qalibləri və şahmat bəstələri ilə daha ətraflı AŞF Bəstəçilik komissiyasının rəsmi səhifəsində tanış ola bilərsiniz: http://ulvichess.az/dle/ulvichess/chess-composition

İlham Əliyev
Əməkdar məşqçi, AŞF Şahmat bəstəçiliyi komissiyasının sədri
скачать dle 10.5фильмы бесплатно

Категория: Chess Composition

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
Информация
Посетители, находящиеся в группе Гости, не могут оставлять комментарии к данной публикации.
 
: