Şahmat bəstəçiliyi üzrə şəxsi 10-cu Azərbaycan çempionatı

Şahmat bəstəçiliyi üzrə şəxsi 10-cu Azərbaycan çempionatı

(10th Azerbaijan individual chess composing championship) 2007-2010

ƏSASNAMƏ

1. Çempionatı AŞF Şahmat bəstəçiliyi komissiyası Beynəlxalq Şahmat Bəstəçiliyi Federasiyasının (BŞBF) qaydalarına əsasən keçirir.
2. Yarışlarda dərc olunmuş və orijinal bəstələr iştirak edə bilər (etüdlər 2007-2009, ikigedişli, üçgedişli, çoxgedişli, yardımlımat, əksmat 2007-2010). Birgə əsərlərin də iştirakına icazə verilir.
3. Çempionat qapalı keçirilir, yarışlarda yalnız Azərbaycan vətəndaşları iştirak edə bilər. İstisna yalnız birgə əsərlərə edilir.
4. Bəstələr 10 ballı sistemlə (0-dan 10-a kimi yarım xal da daxil olmaqla) qiymətləndiriləcək.
5. Hər bölmədə iştirak üçün hər müəllif tərəfindən yalnız 6 əsər təqdim oluna bilər ki, bunlardan üçü zaçota daxil olacaq. Bölmədə bəstələrin sayı az olarsa, onda zaçota daxil olan əsərlərin sayı azaldıla bilər.
6. Bölmələrdə iştirakçıların sayı az olarsa, həmin bölmə üzrə zaçota düşən bəstələrin sayı azaldılıa bilər.
7. Yarışlarda iki və daha çox bəstəçi eyni xal toplayarsa, yerlər daha yüksək xal almış bəstəyə görə müəyyən ediləcək. Əgər zaçota düşən bəstələrin xalı eyni olarsa, onda digər zaçota düşməyən məsələyə görə, daha çox xal toplayan mübarizədə qalib gəlir.
8. Çempionatda ilk üç yeri tutan şahmat bəstəçilərinə müvafiq dərəcəli fəxri fərmanlar və pul mükafatları təqdim olunacaq.
9. Çempionatın mükafat fondu: 500 ABŞ dolları.
10. Hakimlərlə əlaqə yalnız çempionatın direktoru İlham Əliyev (Sumqayıt) vasitəsi ilə aparılır.

Şahmat bəstəçiliyi üzrə şəxsi 9-cu Azərbaycan çempionatının hakimləri:
(#2) İkigedişli - Bəxtiyar Rüstəmov (Bakı, Azərbaycan)
(#3) Üçgedişli - Aleksandr Sıqurov (Rusiya)
(N#) Çoxgedişli - Rauf Əlövsətzadə (ABŞ)
(+ =) Etüdlər - Muradxan Muradov (Qobustan, Azərbaycan)
(H#) Yardımlımat - Vladimir Persiyanov (Rusiya)
(S#) Əksmat - Rauf Əlövsətzadə (ABŞ)

Add comment

Add comment

reload, if the code cannot be seen