Şahmat həlletməsi üzrə 1-ci Azərbaycan kuboku 2016

Şahmat həlletməsi üzrə 1-ci Azərbaycan kuboku 2016
25 iyulda Sumqayıt Şahmat Məktəbində şahmat həlletməsi üzrə 1-ci Azərbaycan kuboku keçirildi. Qeyd edək ki, bu yarış artıq uzun illərdir ki, müasir Azərbaycan Şahmat Bəstəçiliyinin banisi Aleksandr Sarıçevin Sarıçevin (2.8.1909 - 7.12.1986) xatirəsinə həsr olunurdu. Bu ildən yarış artıq rəsmi xarakter daşıyır.
Yarışda şahmat bəstəçiliyinin 6 bölməsi üzrə (ikigedişli, üçgedişli, çoxgedişli, etüdlər, yardımmat, əks-mat), hər bölmədən 2, ümumi 12 tapşırıq təqdim edildi. Yarış 2 turdan ibarət idi. Hər turda 6 tapşırıq 2 saat ərzində həll edildi.
Qalib adını 60 mümkündən 44,25 xal toplayan 15 qat Azərbaycan çempionu Araz Alməmmədov (Qəbələ, Vəndam) qazandı. 2-ci yeri qalibdən 0,75 xal geri qalan gənclər arasında Dünya çempionu Misrətdin İskəndərov (Sumqayıt) tutdu. Onun ilk turda zəif çıxışı, hərbi qulluğa aparıldığı üçün yarışa 1 saat gec gəlməsi ilə bağlı idi. 3-cü yeri isə 40,25 xalla gənclər arasında Avropa çempionu Rəşad Zeynallı (Bakı) tutdu.
16 yaşadək gənclər arasında ən yaxşı nəticəni Ceyhun Hüseynzadə (Sumqayıt) göstərdi.
Xatırladaq ki, bu yarış həm də, 30 iyul - 6 avqust Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək 40-cı Şahmat Həlletməsi Dünya çempionatına hazırlıq mərhələsi daşıyırdı. Qeyd edək ki, şahmat həlletməsi Millimiz 2014-cü ildə Berndə (İsveçrə) Dünya çempionatında və 2016-cə ildə Afinada (Yunanıstan) Avropa çempionatında gümüş medal qazanıb.
Qaliblərə pul mükafatları, diplom və medallar təqdim edildi.
Son Cədvəl 1st-azerbaijan-chess-solving-cup-table-2016.pdf [170,29 Kb] (downloads: 23)
See the file online: 1st-azerbaijan-chess-solving-cup-table-2016.pdf

1-ci tur məsələlər 1st-round-problems.pdf [164,54 Kb] (downloads: 39)
See the file online: 1st-round-problems.pdf

1-ci tur cavablar 1st-round-solutions.pdf [170,33 Kb] (downloads: 38)
See the file online: 1st-round-solutions.pdf

1-ci tur cədvəl 1st-round-solving-sheet.pdf [62,01 Kb] (downloads: 28)
See the file online: 1st-round-solving-sheet.pdf

2-ci tur məsələlər 2nd-round-problems.pdf [155,4 Kb] (downloads: 30)
See the file online: 2nd-round-problems.pdf

2-ci tur cavablar 2nd-round-solutions.pdf [179,4 Kb] (downloads: 34)
See the file online: 2nd-round-solutions.pdf

2-ci tur cədvəl 2nd-round-solving-sheet.pdf [62,08 Kb] (downloads: 24)
See the file online: 2nd-round-solving-sheet.pdf
Click to link for enlarge / Shekli boyutmek ucun shekle tiklayinClick to link for enlarge / Shekli boyutmek ucun shekle tiklayin
Add comment

Add comment

Кликните на изображение чтобы обновить код, если он неразборчив