» » 37-ci AZƏRBAYCAN ŞAHMAT HƏLLETMƏSİ ÇEMPİONATI

 
 
 

37-ci AZƏRBAYCAN ŞAHMAT HƏLLETMƏSİ ÇEMPİONATI

Автор: ilham от 6-03-2016, 21:41, посмотрело: 819

0

37-ci AZƏRBAYCAN ŞAHMAT HƏLLETMƏSİ ÇEMPİONATI

 

9-10 aprel (şənbə, bazar) 2016 tarixdə RESPUBLİKA ŞAHMAT MƏRKƏZİNDƏ ( klubunda ) şahmat məsələ və etüdlərinin həlli üzrə 37-ci AZƏRBAYCAN ÇEMPİONATI keçiriləcək. Çempionata I və daha yüksək dərəcəli şahmatçılar buraxılır. Xahiş olunur, 10 yaşdan aşağı şahmatçılar müraciət etməsinlər. Çempionat 9 aprel saat 10.00-da başlayacaq. Çempionat 6 (altı) bölmədə keçirilir. Hər bölmədə 3 (üç), ümumi 18 tapşırıq verilir.

I gün – ikigedişli (20 dəq), üçgedişli (60 dəq) və etüdlər (100 dəq),

II gün – yardımmat (50 dəq), çoxgedişli (80 dəq) və əks mat (50 dəq).

Qaliblərə pul mükafatları, hədiyyələr, kitablar və fəxri fərmanlar təqdim ediləcək.

Mükafat fondu barədə əlavə məlumat veriləcək.

Ölkə çempionatı ilə eyni zamanda Bakı çempionatının da nəticələri elan olunacaq. Qaliblərə qiymətli hədiyyələr təqdim olunacaq. Qeydiyyat 8 aprel saat 15.00-dək aparılır. Qeydiyyatdan keçməyənlər yarışa buraxılmayacaq.

TEL: SMS ilə (050) 515-40-99, WhatsApp, E-MAIL: bestechi@mail.ru

Baş hakim: İlham Əliyev (Beynəlxalq hakim - Sumqayıt),

Baş katib: Elmar Abdullayev (Respublika dərəcəli hakim - Şirvan).

 

AZƏRBAYCAN ŞAHMAT FEDERASİYASI BƏSTƏÇİLİK KOMİSSİYASI

скачать dle 10.5фильмы бесплатно

Категория: Chess Composition

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
Информация
Посетители, находящиеся в группе Гости, не могут оставлять комментарии к данной публикации.
 
: