2-ci Dünya kuboku

2-ci Dünya kubokunda şahmat bəstəçilərimizin uğuru!

FIDE-nin (Beynəlxalq Şahmat Federasiyası) “Şahmat bəstəçiliyi” xüsusi layihəsi şahmat bəstəçiliyi üzrə 2-ci Dünya kubokunun nəticələrini elan edib. Səkkiz bölmə üzrə keçirilən yarışlarda artıq üç bölmənin nəticələri məlumdur.
Sevindirici haldır ki, ölkəmizin üç şahmat bəstəçisi bu yarışda uğur qazanıb. Etüd bölməsində 23 ölkədən 38 etüdün iştirak etdiyi yarışda İlham Əliyevin (Sumqayıt) etüdü 2-ci Xüsusi Mükafat, üçgedişli bölmədə 12 ölkədən 28 məsələnin iştirak etdiyi yarışda Kənan Vəlixanovun (İmişli) məsələsi 1-ci fəxri rəy, çoxgedişli bölməsində isə 18 ölkədən 30 məsələnin iştirak etdiyi yarışda isə Vidadi Zamanovun (Göyçay) məsələsi miniatürə görə mükafat qazanıb. Fürsətdən istifadə edib, şahmat bəstəçilərimizi təbrik edirik və onlara yeni yaradıcılıq uğurları arzulayrqırıq.
Şahmat bəstələrini müstəqil həll edin, cavabları ilhamaliev@mail.ru ünvanına göndərə bilərsiniz.
dunya-kuboku.doc [0 b] (downloads: 106)
See the file online: dunya-kuboku.doc


Add comment

Add comment

Кликните на изображение чтобы обновить код, если он неразборчив