Dünya kubokuna həsr olunur
Bakıda keçirilən şahmat üzrə Dünya kubokundan ölkəmizin şahmat bəstəçiləri də kənarda qalmayıblar. Dəfələrlə Azərbaycan çempionu Araz Alməmmədov (Qəbələ) Dünya kubokuna həsr olunmuş skaxoqrafik (şahmatla yazıram deməkdir) şahmat məsələləri tərtib edib. Şahmat mövqeyində olan fiqurların düzülüşü "BAKU WORLD CUP 2015”-i göstərir. Bütün məsələlərdə ağlar başlayır və qaraları iki gedişə mat edir.
Məsələlərlə Dünya kubokunun rəsmi saytında tanış olmaq olar.
Azərbaycanca: http://bakuworldcup2015.com/az/news/8/164
İngiliscə: http://bakuworldcup2015.com/en/news/8/164