ŞAHMAT BƏSTƏÇİLİYİ ÜZRƏ ŞƏXSİ DÜNYA ÇEMPİONATI

ŞAHMAT BƏSTƏÇİLİYİ ÜZRƏ ŞƏXSİ DÜNYA ÇEMPİONATI 2013-15

WORLD CHAMPIONSHIP IN COMPOSING FOR INDIVIDUALS (WCCI) 2013-15
http://www.wfcc.ch/competitions/composing/wcci2013-15

Hər bir bəstəçi məsələ və etüdlərini şahmat bəstəçiliyi üzrə şəxsi Dünya çempionatına göndərərkən aşağıdakılara diqqət yetirməlidir.
Şahmat bəstəçiliyi üzrə şəxsi Dünya çempionatı

1. Hər bölmədə bəstəçi 6-dan çox və 4-dən az olmayan məsələ və etüd göndərə bilər.
Birgə bəstələr qəbul edilmir.
2. Başqa bəstəçinin məsələ və etüdlərini, onun yazılı razılığı olmadan yarışa göndərmək olmaz.
3. Məsələ və etüdləri çempionatın direktoruna yalnız PDF formatında göndərmək lazımdır.
4. Hər bir bölmə üçün bir PDF-faylı göndərmək lazımdır - hər səhifədə bir məsələ olmaqla. Bu zaman bu bölmədə hər bəstəni 1-dən 6-dək nömrələmək lazımdır. Bəstələrin diaqramları eyni ölçülü təsvir olunmalıdır.
5. Müəllifin adı və soyadı, tapşırıq, tam həlli və şərhi, elektron poçt ünvanı, dərc olunduğu mənbə, qazandığı təltif göstərilməlidir.
6. D (etüdlər) bölməsində bəstəçi alternativ olaraq PGN fayl göndərə bilər.
7. Diqqət! 9-cu WCCT-nin (9-cu komanda Dünya çempionatı) 2013-2015-ci illərə aiddir.
Şəxsi Dünya çempionatının iş qrafiki
Sentyabr 2015: Çempionatın elanı.
20 Yanvar 2016: Direktora məsələ və etüdlərin təqdim olunması üçün son tarix.
1 fevral 2016: Qiymətləndirilməsi üçün bəstələr və cədvəllər hakimlərə elektron poçtla göndərilir
1 iyun 2016: Hakimlər qiymətləndirməni direktora göndərir.
15 iyun 2016: İlkin nəticələr "Müşahidə şurasına" və WFCC prezidentinə göndərilir.
30 iyun 2016: Yekun nəticələr WFCC saytında dərc olunur.
Hakimlər:

A) İkigedişli: Paz Einat (ISR), Zoran Gavrilovski (MKD), Vasil Markovtsy (UKR), Valery Shanshin (RUS), Touw Hian Bwee (INA);
B) Üçgedişli: Viktor Kapusta (UKR), Henk le Grand (NED), C.G.S. Narayanan (IND), Ladislav Salai Jr (SVK), Aleksandr Sygurov (RUS);
C) Çoxgedişli: Anatoly Karamanits (UKR), Leonid Makaronez (ISR), Grigory Popov (RUS), Olivier Schmitt (FRA), Viktor Volchek (BLR);
D) Etüdlər: Yury Bazlov (RUS), Sergey Didukh (UKR), Martin Minski (GER), Alain Pallier (FRA), Pauli Perkonoja (FIN);
E) Yardımmat: Viktor Chepizhny (RUS), Michal Dragoun (CZE), Jorge Lois (ARG), Valery Kopyl (UKR), Zlatko Mihajloski (MKD);
F) Əks-mat: Mark Erenburg (ISR), Gennady Kozyura (UKR), Aleksandr Mikholap (BLR), Andrey Selivanov (RUS), Waldemar Tura (POL);
G) Nağıl: Juraj Brabec (SVK), Aleksandr Bulavka (BLR), Georgy Evseev (RUS), Yury Gordian (UKR), Kjell Widlert (SWE);
H) Retro: Dmitry Baibikov (ISR), Nicolas Dupont (FRA), Andrey Frolkin (UKR), Bernd Graefrath (GER), Kostas Prentos (GRE).

Müşahidə şurası:
Zvonimir Hernitz (CRO), Mikalai Sihnevich (BLR), Bojan Vučković (SRB)
Add comment

Add comment

Кликните на изображение чтобы обновить код, если он неразборчив