Şahmat bəstəçiliyi üzrə 9-cu komanda dünya çempionatı

Şahmat bəstəçiliyi üzrə 9-cu komanda dünya çempionatı

Beynəlxalq Şahmat Bəstəçiliyi Federasiyası şahmat bəstəçiliyi üzrə 9-cu komanda dünya çempionatının reqlamentini elan edib. Çempionat 7 bölmədə keçirilir:
A) ikigedişli (#2),
B) üçgedişli (#3),
C) çoxgedişli (N#),
D) etüdlər (+=),
E) yardımlı mat (H#3),
F) əks-mat (S#3),
G) Nağıl.

Turnirin direktoru – Harry Fougiaxis (Yunanıstan). Şahmat bəstələrinin son göndəriş günü 15 aprel 2012, Azərbaycan yığmasının baş məşqçisi İlham Əliyevə (Sumqayıt) son göndəriş tarixi isə 1 mart 2012-dir. Təltif bukleti 1 Oktyabr 2013-cü ildə nəşr ediləcək və bütün komandalara göndəriləcək. Qaliblərin mükafatlandırılması isə 2013-cü ildə Şahmat bəstəçiliyi konqresində keçiriləcək..
Dünya çempionatının mövzuları ilə tanış olmaq istəyənlər fayla baxa bilərlər.

9th-wcct.doc [0 b] (downloads: 78)
See the file online: 9th-wcct.doc

Add comment

Add comment

Кликните на изображение чтобы обновить код, если он неразборчив