Dünya kuboku














Zaur Məmmədov Dünya kubokunun sahibi oldu
Fevralın əvvəllərində Rusiyanın paytaxtı Moskva şəhərində şahmat məsələ və etüdlərinin həlli üzrə 7-ci Dünya kuboku keçirildi.Dünya kubokunda ölkəmizi Araz Alməmmədov (Qəbələ), Ramil Cavadov (İsmayıllı), Zaur Məmmədov, Nərmin Məmmədova (hər ikisi Bakı), Misrətdin İskəndərov (Sumqayıt) və şahmat bəstəçiliyi üzrə yığma komandanın baş məşqçisi İlham Əliyev (Sumqayıt) təmsil edib.
Yarışda 24 nəfər 200 000 rubl mükafat fondu uğrunda mübarizə aparırdı. Yarış 4 turdan ibarət idi və hər turda həll üçün altı tapşırıq təqdim olunurdu. Bakı şahmatçısı Zaur Məmmədov bir çox tanınmış şahmat həlçilərini geridə qoyaraq, ölkəmizin tarixində ilk dəfə dünya kubokunun sahibi adına layiq görüldü. O, 120 mümkün xaldan 93,5 xalla iki rusiyalını Yevgeni Fomiçevi (91,25) və Aleksandr Leontyevi (89,25) qabaqlayaraq ölkəmizə yüksək mükafat qazandırdı.
Misrətdin İskəndərov 80,25 xalla 6-cı, Araz Alməmmədov isə 74,75 xalla 7-ci yeri tutaraq pul mükafatçıları sırasına daxil oldular. Komandanın digər üzvləri Ramil Cavadov 58,75 xalla 17-ci, Nərmin Məmmədova 52,5 xalla 20-ci yeri tutdular.

worldcup-2015.xls [49 Kb] (downloads: 39)
See the file online: worldcup-2015.xls