Azərbaycan Şahmat Bəstəçiliyi Komissiyası – 45 yubiley yarışı

Azərbaycan Şahmat Bəstəçiliyi Komissiyası – 45 YY, 2015

Azerbaijan Chess Composition Commission -45 JT, 2015


Azərbaycan Şahmat Federasiyasının Şahmat Bəstəçiliyi komissiyası Azərbaycan Şahmat Bəstəçiliyi Komissiyasının 45 illik yubileyinə həsr olunmuş şahmat məsələ və etüdlərinin tərtibi üzrə yarışları elan edir. Yarışlar iki bölmədə keçirilir: ikigedişli və etüdlər.
Yarışın direktoru: Elmar Abdullayev (Şirvan).
Hakimlər:
İkigedişli (#2) Hacı Məmmədov (Qobustan, Azərbaycan),
Etüdlər (+=) Bəxtiyar Rüstəmov (Bakı, Azərbaycan).
Mükafat:Şahmat diskləri.
Məsələ və etüdlərin son göndəriş günü: 15.03.2015.
Yarışların nəticəsi son göndəriş tarixindən, ən geci 2 ay sonra elan olunacaq.
Orijinal şahmat bəstələrini hər müəllifdən 2-dən artıq olmayaraq, yarışın direktorunun elektron ünvanına göndərmək lazımdır: abdullaev-elmar@bk.ru

Add comment

Add comment

Кликните на изображение чтобы обновить код, если он неразборчив