Şahmat bəstəçiliyi üzrə şəxsi 11-ci Azərbaycan çempionatı 2011-2014

Şahmat bəstəçiliyi üzrə şəxsi 11-ci Azərbaycan çempionatı 2011-2014

11th Azerbaijan Individual Chess Composing Championship 2011-2014

ƏSASNAMƏ


1.Çempionatı Azərbaycan Şahmat Federasiyası Şahmat Bəstəçiliyi komissiyası keçirir.

2.Çempionat Beynəlxalq Şahmat Bəstəçiliyi Federasiyasının (WCCF) qaydalarına əsasən keçirilir.

3.Çempionat 6 bölmədə (#2- ikigedişli, #3- üçgedişli, N#- çoxgedişli, etüdlər, H#- yardımmat, S#- əks-mat) keçirilir.

4.Yarışlarda 2011-2014-cu illər ərzində dərc olunmuş və ya orijinal şahmat bəstələri iştirak edə bilər. Şərikli əsərlərin də iştirakına icazə verilir.
5.Çempionat qapalı keçirilir, yarışlarda yalnız Azərbaycan vətəndaşları iştirak edə bilər. İstisna yalnız müştərək əsərlərə edilir

6.Bəstələr 10 ballı sistemlə (0-dan 10-a kimi yarım xal da daxil olmaqla)qiymətləndiriləcək.
7.Hər bölmədə iştirak üçün hər müəllif tərəfindən 3 (üç) şahmat bəstəsi təqdim oluna bilər.

8.Hər bölmədə üç məsələ zaçota daxil ediləcək.

9.Bölmədə bəstələrin və iştirakçıların sayı az olarsa, həmin bölmə üzrə zaçota daxil olan bəstələrin sayı azaldıla bilər.

10.Bölmədə iştirakçıların sayı üç nəfərdən az olarsa, həmin bölmə üzrə çempionatın nəticələri ləğv edilə bilər.
11.Yarışlarda iki və daha çox bəstəçi eyni xal toplayarsa, yerlər daha yüksək xal almış bəstəyə görə müəyyən ediləcək.

12.Çempionatda ilk üç yeri tutan şahmat bəstəçilərinə müvafiq dərəcəli fəxri fərmanlar təqdim olunacaq. Çempionatın mükafat fondu barədə əlavə məlumat veriləcək.
13.Hakimlərlə əlaqə yalnız çempionatın direktoru vasitəsi ilə aparılır.

14.Direktorun icazəsi omadan hakimlərlə əlaqə saxlayan iştirakçı yarışdan çıxarılacaq.

15.Anonimliyi qorumaq üçün hakimlər yalnız yarışların nəticəsi zamanı bildiriləcək.

16.Çempionatın direktoru Elmar Abdullayev-dir (Şirvan). E-mail: abdullaev-elmar@bk.ru

17.Məsələ və etüdlər yanlız elektron formatda qəbul edilir. Notasiya yalnız Azərbaycan (Times New Roman) və ya ingilis şrifti ilə olmalıdır.

18.Məsələ və etüdləri 1.05.2015 tarixədək çempionatın direktorunun elektron ünvanına göndərmək lazımdır.

19.İştirakçıların sayı az olarsa, çempionatın müddəti uzadıla bilər.