35-ci AZƏRBAYCAN ÇEMPİONATI

                                            Şahmat bəstələrinin həlli üzrə 35-ci Azərbaycan çempionatı

5-6 aprel Respublika Şahmat Mərkəzində (klubu) mükafat fondu 800 manat olan 35-ci Azərbaycan çempionatı keçirildi. Qələbə uğrunda ölkəmizin 9 şəhərindən 28 şahmatçı mübarizəyə qatıldı. Çempionat dünya və Avropa çempionatlarında olduğu kimi, hər birində 3 məsələ olmaqla 6 bölmə üzrə (ikigedişli -20 dəq, üçgedişli -60 dəq, etüdlər -80 dəq, çoxgedişli-80 dəq, yardımmat-50 dəq, əksmat-50 dəq) ümumi 18 məsələ təqdim olundu. Hər düzgün həll edilmiş tapşırığa görə 5 xal verilirdi. 1-ci yeri 90 mümkün xaldan 75 ( 324 dəq) toplayaraq Araz Alməmmədov (Qəbələ) tutdu və bununla da 15 qat ölkə çempionu oldu. 2-ci 73,25 (324 dəq) xalla ötən ilki ölkə çempionu, beynəlxalq usta Misrətdin İskəndərov (Sumqayıt), 3-cü 70 (283 dəq) xalla beynəlxalq usta Zaur Məmmədov (Bakı) oldu. 
Bölmələrdə çempion adını aşağıdakı şahmatçılar qazandılar: ikigedişli, əksmat - Misrətdin İskəndərov (Sumqayıt), üçgedişli və yardımmat Ramil Cavadov, etüdlər Bəhruz Rzayev (Bakı), çoxgedişli Zaur Məmmədov (Bakı).
Qadınlar arasında 1-ci Nərmin Məmmədova (Bakı), 2-ci 21,5 xalla Vüsalə Quliyeva (Şabran), 3-cü isə 14,5 xalla Xatun Bağırova (Bakı) oldu. Veteranlar arasında ən yaxşı nəticəni 36 xalla Anatoli Piriverdiyev (Bakı), yeniyetmələr arasında (12 yaş) isə 23 xalla Fərid Aslanov (Sumqayıt) göstərdi.
Ölkə çempionatı ilə yanaşı paytaxt çempionatının da nəticələri müəyyən oldu. 1-ci Zaur Məmmədov, 2-ci Nərmin Məmmədova, 3-cü isə Bəhruz Rzayev oldu. Bölmələrdə qaliblər: ikigedişli - Rəşad Zeynallı, üçgedişli, çoxgedişli, yardımmat - Zaur Məmmədov, etüdlər Bəhruz Rzayev, əsk-mat- Nərmin Məmmədova. 
Qaliblərə pul mükafatları, qiymətli hədiyyələr təqdim olundu.


cedvel-35th-azch-excel-esas.pdf [89,16 Kb] (downloads: 43)
See the file online: cedvel-35th-azch-excel-esas.pdf

35azch-tapshiriqlar.doc [90 Kb] (downloads: 45)
See the file online: 35azch-tapshiriqlar.doc

35azch-cavablar1.pdf [260,88 Kb] (downloads: 40)
See the file online: 35azch-cavablar1.pdf

AZƏRBAYCAN ŞAHMAT FEDERASİYASI BƏSTƏÇİLİK KOMİSSİYASI

Add comment

Add comment

Кликните на изображение чтобы обновить код, если он неразборчив