» » Həlletmə üzrə 32-ci Azərbaycan çempionatı

 
 
 

Həlletmə üzrə 32-ci Azərbaycan çempionatı

Автор: ilgar от 20-04-2011, 23:54, посмотрело: 1669

0

Respublika Şahmat Mərkəzində keçirildi. Yarışda ölkəmizin 12 şəhərindən 30 şahmatçı
öz qüvvələrini sınadı. Milli çempionat dünya çempionatının reqlamentinə uyğun olaraq altı
bölmədə keçirilirdi. Hər bölmədə 3, ümumi isə 18 tapşırıq təqdim edildi. İlk gün ikigedişli (20 dəq), üçgedişli (60 dəq) və etüdlər (100 dəq), ikinci gün isə çoxgedişli (80 dəq), yardımlı mat (50 dəq) və əks mat (50 dəq) məsələləri təqdim edildi. Heyiflər olsun ki, yardımlı mat janrında çoxgedişli məsələdə diaqramda səhv edildiyi üçün, həmin məsələ yarışdan çıxarıldı.
FİDE ustası Ramil Cavadov (İsmayıllı) ilk bölmələrdən uğurlu start götürdü. O, 85 mümkün xaldan 69 xal toplayaraq və 13 dəfə ölkə çempionu Araz Alməmmədovun (Qəbələ) çempionluq seriyasını bir daha qıraraq, üçqat ölkə çempionu adını qazandı. Araz isə 65 xalla ikinci yeri tutdu. 3-cü yer uğrunda gərgin mübariz getsə də, son turlarda uğurla çıxış edən
şahmat üzrə beynəlxalq usta, həlletmə üzrə millimizin gənc üzvü, çempionatın ilk günü 17 yaşı tamam olmuş Zaur Məmmədov (Bakı) 58 xalla heç kimə şans vermədi. Məhz bu üç qalib 20-27 avqustda İtaliyanın Jesi şəhərində keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək.4-cü yeri 48.5 xalla Aqşin Məsimov (Bakı), 5-ci yeri 46,75 xalla daha bir istedadlı, gənc həllçimiz Misrəddin İsgəndərov (1995), 6-cı yeri isə 31,5 xalla 1979-cu ildə həlletmə üzrə ilk
ölkə çempionatımızın iştirakçısı Eldar Cabbarov (Gəncə) tutdu.
Qadınlar arasında ən yaxşı nəticəni ötən il olduğu kimi 19,5 xalla Nərminə Ruzicəng (Naftalan) göstərdi. Veteranlar arasında 1-ci 26,25 xalla Anatoli Piriverdiyev (Bakı), yeniyetmələr arasında isə 28,75 xalla Miradil Zeynallı (Bakı) ümumi hesabda 8-ci yeri tutaraq, qalib oldu.
Bölmələr üzrə çempion adını aşağıdakı şahmatçılar qazandı. İkigedişli Misrəddin İsgəndərov (Sumqayıt), üçgedişli, çoxgedişli və əks-mat Ramil Cavadov (İsmayıllı), etüdlər Murad Nuri (Sumqayıt), yardımlı mat Araz Alməmmədov (Qəbələ).
Çempionatın qaliblərinə pul mükafatları, fəxri fərmanlar və medallar təqdim edildi.
Çempoionatın pul mükafatı:
1-ci yer : 120 manat + 30 manat Gənclər və İdman Nazirliyi (medal və fəxri fərman)
2-ci yer : 100 manat (medal və fəxri fərman)
3-cü yer : 75 manat (medal və fəxri fərman)
4-cü yer : 60 manat
5-ci yer : 50 manat
6-cı yer : 45 manat
7-ci yer : 35 manat
8-ci yer : 25 manat
Qadınlar – Nərminə Ruzicəng (Naftalan) 30 manat,
Veteran- Anatoli Piriverdiyev (Bakı) - 30 manat,
2 Həvəsləndirici mükafat –
10 manat – (veteran) İslam Kazımov (Bakı)
10 manat (yeniyetmə) – Murad Nuri (Sumqayıt).

Ənənəvi olaraq eyni zamanda Bakı çempionatının qalibləri də müəyyən edildi.
1-ci Zaur Məmmədov, 2-ci Aqşin Məsimov, 3-cü isə 14 yaşlı Miradil Zeynallı oldu. Bölmələr üzrə paytaxt çempionu adını ikigedişli, üçgedişli, çoxgedişli janrlarında Zaur Məmmədov, etüdlərdə İslam Kazımov, yardımlı matda Anatoli Piriverdiyev, əks-matda isə Aqşin Məsimov qazandı.
Paytaxt çempionatının qaliblərinə də fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edildi.

Çempionatın baş hakimi:
İlham Əliyev (Sumqayıt)
Şahmat bəstəçiliyi üzrə beynəlxalq hakim

32th-aze-problems.pdf [0 b] (cкачиваний: 192)
32th-aze-solutions.pdf [0 b] (cкачиваний: 189)
32th-aze-table.pdf [0 b] (cкачиваний: 143)

скачать dle 10.5фильмы бесплатно

Категория: Chess Composition

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
Информация
Посетители, находящиеся в группе Гости, не могут оставлять комментарии к данной публикации.
 
: