Sumqayıtda etüd həlletməsi yarışı

Aleksandr Sarıçevin xatirəsinə həsr olunmuş etüd həlletməsi yarışı

 

2 avqustda Sumqayıt şahmat məktəbində Aleksandr Sarıçevin (1909-1986) xatirəsinə həsr olunmuş (mükafat 200 manat) olan etüd həlletməsi yarışı keçirilidi. Yarışda 6 şəhərdən (Bakı, Sumqayıt, Qəbələ, İsmayıllı, Şabran, Samux) 28 şahmatçı iştirak etdi. 2 yarışın ümumi nəticəsinə görə (sürətli və klassik həlletmə), qalib adını 81 xalla (42 dəq) Miradil Zeynallı (Bakı) qazandı. 2-ci eyni xal toplayan, lakin daha çox vaxt (57 dəq) sərf edən Misrətdin İskəndərov (Sumqayıt), 3-cü isə 71 xalla Murad Nuri (Sumqayıt) oldu.
Qadınlar arasında 1-ci yeri 34 xalla Nigar Mustafazadə (Bakı), 2-ci yeri 25 xalla Şölə Məmmədova (Şabran), 3-cü yeri isə 24 xalla Səbinə Rzalı (Sumqayıt) tutdu.
Yarışda həmçinin şahmat bəstəçiliyi üzrə 1-ci Azərbaycan kubokunun bağlanışı keçirildi. Qaliblərə diplomlar, medallar və kuboklar təqdim olundu.

video

cədvəlsarichev-2013-cedvel.pdf [318,63 Kb] (downloads: 59)
See the file online: sarichev-2013-cedvel.pdf



AZƏRBAYCAN ŞAHMAT FEDERASİYASI

BƏSTƏÇİLİK KOMİSSİYASI

Add comment

Add comment

Кликните на изображение чтобы обновить код, если он неразборчив