Balakən Respublika Şahmat Olimpiadasında həlletmə çempionatı

 

 

Respublika Şahmat Olimpiadasında həlletmə çempionatı

Balakən,  17 iyul 2013


Ənənəvi olaraq, 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasının proqramına şahmat məsələ və etüdlərinin həlli üzrə çempionat daxil edilmişdir. Həlletmə çempionatı dörd bölmədə keçirilir (ikigedişli, üçgedişli, çoxgedişli və etüdlər).

Həlletmə yarışı 17 iyul saat 17.30-da keçiriləcək. Yarışın müddəti 90 dəqiqədir.

 

Çempionatın mükafat fondu 160 manat.

Qaliblər həmçinin fəxri fərman və medallarla təltif olunacaqlar.


  Yarışda 8 tapşırığı 90 dəqiqə ərzində həll etmək tələb olunur. Hər tapşırığa yazılan düzgün cavab 5 xalla qiymətləndiriləcək. Qaliblər 12 və 16 yaş qruplarında (oğlanlar və qızlar) müəyyənləşdiriləcək.

  Yarışda  bir və ya iki şahmatçı eyni xal toplayarsa, üstünlük vaxtı az olan şahmatçıya verilir. Xallar və vaxt eyni olarsa, pul mükafatı bölünür.

  Yarışda 2-ci və daha yüksək dərəcəli şahmatçılar iştirak edə bilərlər. Yarışın ümumi hesabda qalibləri həlletmə üzrə 35-ci Azərbaycan çempionatında (aprel 2014) iştirak etmək hüququ qazanacaqlar.

  Qeydiyyatdan keçmək üçün baş hakim İlham Əliyevə (Sumqayıt) müraciət etmək olar: Tel: (050) 515 40 99. Email: bestechi@mail.ru  Yarışda üzvlük haqqı yoxdur!


Qeydiyyatdan keçməyənlər yarışa buraxılmayacaq!


Tapşırıqların həlləri bu tərzdə yazılmalıdır:


İkigedişli (#2): Ancaq ağların ilk gedişi.

Üçgedişli (#3) və çoxgedişli (#N): ilk gedişi, mümkün olan təhlükəni və bütün variantları (təhlükə ilə eyni olan mat variantlarını yazmaq lazım deyil), ağların sonuncudan əvvəlki gedişi daxil olmaqla verin. Qaraların son və ağların mat edən gedişini yazmaq vacib deyil.

Etüdlər (+=): aşkar, aydın qələbəyə qədər bütün gedişləri yazın.

Məsələ və etüdlərin həlli vərəqə yerləşmirsə, ox işarəsi qoyub həlli vərəqin arxasından yazmaq olar.


AZƏRBAYCAN ŞAHMAT FEDERASİYASI

BƏSTƏÇİLİK KOMİSSİYASI

Add comment

Add comment

Кликните на изображение чтобы обновить код, если он неразборчив