» » 9-cu Beynəlxalq Həlletmə yarışı / 9th International Solving Contest

 
 
 

9-cu Beynəlxalq Həlletmə yarışı / 9th International Solving Contest

Автор: ilham от 15-01-2013, 12:25, посмотрело: 1560

0

9-cu Beynəlxalq Həlletmə yarışı / 9th International Solving Contest

27 yanvar tarixdə Beynəlxalq Şahmat Bəstəçiliyi Federasiyasının (World Federation for Chess Composition) təşkilatçılığı ilə 9-cu Beynəlxalq həlletmə yarışı (9th International Solving Contest) keçiriləcək. Yarışın baş direktoru almaniyalı Axel Steinbrink-dir. Yarışda iştirak üçün 27 ölkə qeydiyyatdan keçib. Həll üçün bütün dünyada eyni tapşırıqlar təqdim ediləcək. Sonra yarışın ümumi nəticəsi elan olunacaq.

Ölkəmizdəki həlletmə yarışı Sumqayıt şəhər şahmat məktəbində saat 13.00-da start götürəcək. Yarış iki kateqoriyada keçirilir: təcrübəli və təcrübəsiz həllçilər üçün.

İki mərhələdən ibarət olan yarışda təcrübəli həllçilərə hər birində 6 məsələ olmaqla 12 tapşırıq, təcrübəsiz həllçilərə isə hər birində 4 məsələ olmaqla 8 tapşırıq təqdim ediləcək. Hər mərhələdə həll üçün 2 saat, ümumi isə 4 saat vaxt verilir.

Ölkəmizdə keçirilən yerli yarışın mükafat fondu 160 manat-dır. Yarışda üzvlük haqqı 5 manatdır. Həlletmə üzrə yığma komandanın üzvləri və yarışa dəvət olunan şahmatçılar üzvlük haqqından azaddır.

Yarışda qeydiyyat üçün Beynəlxalq Şahmat Bəstəçiliyi Federasiyasının ölkəmizdəki nümayəndəsi İlham Əliyevlə (Sumqayıt) əlaqə saxlamaq lazımdır:

E-mail: ilhamaliev@mail.ru Mobil: 050 515 40 99.

скачать dle 10.5фильмы бесплатно

Категория: Chess Composition

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
Информация
Посетители, находящиеся в группе Гости, не могут оставлять комментарии к данной публикации.
 
: