Bakı şahmatçısı gənclər arasında Dünya kubokunun qalibidir

Bakı şahmatçısı gənclər arasında Dünya kubokunun qalibidir

3-7 fevral Moskva şəhərində mükafat fondu 150000 rubl olan şahmat bəstələrinin həlli üzrə 4-cü Dünya kuboku keçirildi. Yarışda Rusiya, Ukrayna, Belarus, Polşa, Ermənistan və Azərbaycandan 37 şahmatçı iştirak etdi. Ölkəmizi bu yarışda Ramil Cavadov (İsmayıllı), Araz Alməmmədov (Qəbələ), Lütfiyar Rüstəmov (Bakı), Zaur Məmmədov (Bakı), Aqşin Məsimov (Bakı), Misrətdin İskəndərov (Sumqayıt) və yığmanın baş məşqçisi İlham Əliyevdən ibarət komanda təmsil etdi. Yarış hər birində altı tapşırıq olmaqla dörd turdan ibarət idi. Hər turda tapşırıqların həllinə 1,5 saat vaxt verilmişdi.
Gərgin keçən mübarizədə 1-ci yeri 120 mümkün xaldan 88,5 xal toplayaraq Qeorgi Yevseyev (Rusiya) qalib gəldi. ikinci 72,5 xalla Yevgeni Viktorov (Rusiya), 3-cü isə 71,5 xalla Piotr Murdzia (Rusiya) oldu. Azərbaycan həllçiləri arasında ən yaxşı nəticəni Ramil Cavadov 68,25 xalla 4-cü yeri tutaraq göstərdi. Heyiflər olsun ki, Araz Alməmmədov son turda 30 mümkün xaldan cəmi 7 xal topladı və son nəticədə 8-ci oldu, halbuki o 3-cü turdan sonra 4-cü yerdə gedirdi.
Gənclər arasında Dünya kubokunun qalibi adını komandamızın gənc həllçisi şahmat üzrə beynəlxalq usta Zaur Məmmədov (52 xal), qadınlar arasında isə rusiyalı Anna Bılinkina 31,6 xalla qazandı.Digər şahmatçılarımıza gəldikdə isə, Aqşin Məsimov 50,1 xalla 17-ci, Lütfiyar Rüstəmov 47 xalla 20-ci, Misrətdin İskəndərov isə 42,25 xalla 24-cü oldu.

İlham Əliyev (Sumqayıt)
Beynəlxalq hakim


P.S File with Full Size problems-and-solutions.pdf [4,18 Mb] (downloads: 66)
See the file online: problems-and-solutions.pdf





Add comment

Add comment

Кликните на изображение чтобы обновить код, если он неразборчив