» » 8-ci Beynəlxalq Həlletmə yarışı

 
 
 

8-ci Beynəlxalq Həlletmə yarışı

Автор: ilham от 1-02-2012, 21:09, посмотрело: 1466

0

8-ci Beynəlxalq Həlletmə yarışı

 

 29 yanvar Beynəlxalq Şahmat Bəstəçiliyi Federasiyasının himayəsi ilə 8-ci Beynəlxalq həlletmə yarışı keçirildi. Yarışın baş direktoru almaniyalı Axel Steinbrink idi. Orta Avropa vaxtı ilə saat 11-də (Bakı vaxtı ilə 14.00) dünyanın bir çox ölkələrində yarışa start verildi. Ölkəmizdəki həlletmə yarışı Sumqayıt şəhər şahmat məktəbində keçirildi. Yarış iki kateqoriyada keçirildi: təcrübəli və təcrübəsiz həllçilər üçün.

 İki mərhələdən ibarət olan yarışda təcrübəli həllçilərə hər birində 6 məsələ olmaqla 12 tapşırıq, təcrübəsiz həllçilərə isə hər birində 4 məsələ olmaqla 8 tapşırıq təqdim edildi. Hər mərhələdə həll üçün 2 saat, ümumi isə 4 saat vaxt verildi.

 Ölkə yarışında 12 şəhərdən 17 şahmatçı mübarizə apardı. Yarışın mükafat fondu 165 manat idi. 1-ci kateqoriyada yığma komandanın lideri Ramil Cavadov (İsmayıllı) 60 mümkün xaldan 38,5 xal toplayaraq 1-ci yeri tutdu. 2-ci 37,5 xalla Araz Alməmmədov (Qəbələ), 3-cü isə 30 xalla milli komandanın gənc üzvü Misrətdin İskəndərov (Sumqayıt) oldu. 4-cü 27, 5 xalla Aqşin Məsimov (Bakı), 5-ci yeri isə 23,5 xalla veteran həllçimiz Anatoli Piriverdiyev (Bakı) tutdu. Qadınlar arasında ən yaxşı nəticəni 15 xalla Nərminə Ruzicəng (Naftalan) göstərdi.

 İkinci kateqoriyada isə 4 şəhərdən 8 şahmatçı arasında ən yaxşə nəticəni 40 mümkün xaldan 29 xal toplayan Kənan Mahmudzadə (Sumqayıt) göstərdi. 2-ci yeri 26 xalla daha bir Sumqayıt şahmatçısı Ceyhun Hüseynzadə tutdu. 3-cü isə 24 xalla Ələkbər Təhməzov (Laçın), 10 yaşlı Fərid Aslanov (Sumqayıt) isə 20 xalla 4-cü oldu. Qaliblərə pul mükafatları təqdim edildi.

  Beynəlxalq yarışın ilkin nəticələrinə görə birinci kateqoriyada Eddy Van Beers (Belçika) 54 xalla 1-ci, Vladimir Poqorelov (Ukrayna) 53,5 xalla 2-ci, Piotr Murdzia (Polşa) 53 xalla üçüncüdür. Ramil Cavadov 213 iştirakçı arasında 30-cu, Araz Alməmmədov 32-33, Misrətdin İskəndərov 64-cü, Aqşin Məsimov 73-cü yerdə qərarlaşıb. Qadınlar arasında rusiyalı Anna Bılinkina 1-ci yeri tutub. Nərminə Ruzicəng isə layiqincə çıxış edərək, qadınlar arasında ikinci nəticəni göstərib.

 İkinci kateqoriyada isə ilkin nəticələrə görə 40 mümkün xaldan 40 xalla Israel Tzur (İsrail) qalib gəlib. Alexandru Pop (Rumıniya) 39 xalla 2-ci, Zivojin Perovic (Serbiya) 38 xalla üçüncüdür. Kənan Mahmudzadə 10-cu, Ceyhun Hüseynzadə 14-cü, Ələkbər Təhməzov 18-ci, Fərid Aslanov 21-ci yerdə qərarlaşıb. Beynəlxalq yarışın son nəticələri haqqında əlavə məlumat veriləcək.

1-ci kateqoriyanın nəticələri: http://matplus.net/pub/isc12.php?px=1328111997&f=v&g=0
1-ci kateqoriyanın məsələləri: http://matplus.net/pub/isc12.php?px=1328112202&f=p&g=0
Cavablar: http://matplus.net/pub/isc12.php?px=1328112232&f=s&g=0

2-ci kateqoriyanın nəticələri: http://matplus.net/pub/isc12.php?px=1328112002&f=v&g=1
2-ci kateqoriyanın məsələləri: http://matplus.net/pub/isc12.php?px=1328112271&f=p&g=1
Cavablar: http://matplus.net/pub/isc12.php?px=1328112343&f=s&g=1

İlham Əliyev (Sumqayıt)

Şahmat bəstəçiliyi üzrə beynəlxalq hakim

скачать dle 10.5фильмы бесплатно

Категория: Chess Composition

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
Информация
Посетители, находящиеся в группе Гости, не могут оставлять комментарии к данной публикации.
 
: