COVID-19 Şahmat Bəstəçiliyi yarışlarını təxirə saldı

COVID-19 Şahmat Bəstəçiliyi yarışlarını təxirə saldı 

Məlum səbəblərə görə (COVID-19) aprel ayında keçirilməsi nəzərdə tutulmuş şahmat bəstəçiliyi yarışları təxirə salındı.

1) 4-5 aprel Şahmat Həlletməsi 41-ci Azərbaycan çempionatı - əlavə məlumat veriləcək, may-iyun aylarında keçirilməsi nəzərdə tutulub.

2) Şahmat Həlletməsi 15-ci Avropa çempionatı, 23-27.04.2020, Ukrayna, Poltava şəhəri. 2021-ci ilə keçirildi.

3) Ümümdünya 44-cü Moskva Şahmat Olimpiadası gələn ilə keçirildiyi üçün bu yarışa həsr olunmuş şahmat bəstəçiliyi yarışı da gələn ilə keçirildi. Yarışa göndərilmiş bütün şahmat bəstələrinin qeydiyyatı ləğv olunur. Müəlliflər əsərlərindən istədikləri kimi istifadə etmək hüququna malikdirlər.

Ancaq şad xəbər də var. Virusun tüğyan etdiyi dövrdə 8-ci FIDE Dünya kuboku elan edilib. Evdən çıxmadan rahatca bu yarışda iştirak edə bilərsiniz:
İngilis - https://www.wfcc.ch/competitions/composing/fidewcc_2020/
Rus - https://ru-chess-art.livejournal.com/447916.html
Add comment

Add comment

Кликните на изображение чтобы обновить код, если он неразборчив