Сортировать статьи по: дате | популярности | посещаемости | комментариям | алфавиту

Aqşin Məsimov–55 yubiley yarışı, 2017 (etüdlər)

Автор: ilham от Вчера, 23:17, посмотрело: 26

0

Aqşin Məsimov–55 YY, 2017 (etüdlər) / Agshin Masimov–55 JT, 2017 (studies) İLKİN TƏLTİF / PROVISIONAL AWARD

Şahmat Bəstəçiliyi Komissiyası ölkəmizin tanınmış şahmat bəstəçisi və həllçisi Aqşin Məsimovun  55 illiyinə həsr olunmuş etüdlərin tərtibi üzrə yubiley yarışının nəticələrini elan edir. Yarışa 13 ölkədən 26 müəllif 33 etüd göndərmişdi, təltifə hakim-yubilyar 15 etüd seçib.
Aqşin Məsimov 1962-ci il iyulun 1-də Gürcüstanın Bolnisi (Çörük Qəmərli) rayonunun Abdallı kəndində dünyaya göz açıb. 1980–85-ci illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb. Ali təhsil aldığı illərdə "Bakı", "Baku", "Kommunist", "Şahmat–Şaxmatı" qəzetlərinin təşkil etdiyi şahmat bəstələrinin qiyabi həlli üzrə müsabiqələrin dəfələrlə qalibi olub. A.Məsimov şahmat həlletməsi üzrə Azərbaycanın 9-cu çempionu, idman ustasıdır (1998).
A.Məsimov şahmat həlletməsi üzrə Azərbaycan çempionatlarında 7 dəfə 2-ci (1993, 1995, 1996, 1997, 1999, 2001, 2002), 8 dəfə 3-cü (1987, 1991, 1994, 2003, 2005, 2006, 2007, 2010) yeri tutub. O həmçinin 1990-cı ildə Gürcüstanın 1-ci çempionatının bürünc mükafatçısı olub.
Şahmat həlletməsi üzrə dünya çempionatlarında Azərbaycanı ilk dəfə məhz Aqşin Məsimov təmsil edib: 5–15 sentyabr 1997-ci il – Pula şəhəri, Xorvatiya. O, 40-cı beynəlxalq konqresdə Azərbaycanı FİDE nəzdində Şahmat Bəstəçiliyi Daimi Komissiyasına 35-ci üzv seçdirib və Azərbaycan nümayəndəsi kimi bu təşkilatda 1997–2010-cu illər ərzində ölkəmizin nümayəndəsi olub.
Aqşin Məsimov ölkəmizi həlletmə üzrə dünya çempionatlarında 7 dəfə, Avropa çempionatlarında 4 dəfə, Dünya kubokunda isə 2 dəfə təmsil edib.
İlkin təltif / Provisional award: agshin-masimov-55-jt-2017-award.pdf [519,17 Kb] (cкачиваний: 36)

Категория: Chess Composition

 

SÜLEYMAN ABDULLAYEV–50 YUBİLEY YARIŞI, 2017

Автор: ilham от 13-08-2017, 16:50, посмотрело: 47

0

SÜLEYMAN ABDULLAYEV – 50 YUBİLEY YARIŞI, 2017

 

Suleyman Abdullayev–50 JT, 2017

(#2 – İkigedişli / Twomovers)

 
 

  Şahmat Bəstəçiliyi Komissiyası ölkəmizin tanınmış şahmat bəstəçisi Süleyman Abdullayevin 50 illiyinə həsr olunmuş ikigedişli (#2) miniatür  məsələlərin tərtibi üzrə ildönümü yarışının nəticələrini elan edir.

  Süleyman Ərrahman oğlu Abdullayev (3.09.1967) – Naxçıvan MR Şərur rayonunun Cəlilkənd kəndində anadan olub. 1992-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. 1984-cü ildən Bakıda yaşayır. İkigedişli məsələlər tərtib edir və miniatür janra (daşların sayı 7-dən çox olmayan) daha çox üstünlük verir. İndiyə kimi 200-ə yaxın ikigedişli məsələ dərc edib ki, bunlardan da 80-dən çoxu beynəlxalq yarışlarda uğur qazanıb.

TƏLTİF / AWARD: sleyman-abdullayev-50-jt-2017-award-2.pdf [776,06 Kb] (cкачиваний: 616)

Категория: Chess Composition

 

İSLAM KAZIMOV– 65 YUBİLEY YARIŞI (#2, #3)

Автор: ilham от 7-08-2017, 23:17, посмотрело: 361

0
İSLAM KAZIMOV– 65 YUBİLEY YARIŞI, 2017
(#2, #3)

Azərbaycan Şahmat Bəstəçiliyi Komissiyası ölkəmizin tanınmış şahmat bəstəçisi İslam Kazımovun 65 illik yubileyinə həsr olunmuş ikigedişli və üçgedişli məsələlərin tərtibi üzrə beynəlxalq yarışların nəticəsini elan edir.

İslam Kazımov 12 iyul 1952-ci ildə İsmayillı rayonu Tircan kəndində anadan olub. Bakıda yaşayır, pensiyaçıdır. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. İlk məsələsi 1984-cü ildə "Şahmat (Bakı)” qəzetində dərc edilib. Əsasən ikigedişli, üçgedişli və yardımmat məsələləri tərtib edir. Yerli və xarici mətbuatda 200-ə yaxın məsələsi dərc edilib ki, bunlardan bir çoxu yarışlarda mükafat qazanıb.

İkigedişli bölmədə 15 ölkədən 46 müəllifin 67, üçgedişli bölmədə isə 15 ölkədən 40 müəllifin 53 məsələsi iştirak etdi. İkigedişli bölmədə təltifə 21, üçgedişlidə isə 17 məsələ seçilib.
TƏLTİF: islam-kazimov-65-jt-2017-23.-final-award.pdf [1,07 Mb] (cкачиваний: 16)

Категория: Chess Composition

 

Şahmat bəstəçiliyi üzrə 3-cü Azərbaycan kuboku 2017

Автор: ilham от 24-06-2017, 22:03, посмотрело: 183

0
Şahmat bəstəçiliyi üzrə 3-cü Azərbaycan kuboku 2017

6 bölmə üzrə (#2, #3, N#, +=, H#, S#) keçirilən şahmat bəstəçiliyi üzrə 3-cü Azərbaycan kubokunun ilkin nəticələrini təqdim edirik. İradları 15.07.2017 tarixə kimi yarışın direktoruna göndərə bilərsiniz.
TƏLTİF: 3-c-azrbaycan-kuboku-tltif.pdf [412,57 Kb] (cкачиваний: 109)

Категория: Chess Composition

 

38th Azerbaijan Chess Solving Championship

Автор: ilham от 11-04-2017, 20:49, посмотрело: 228

0

38-ci Azərbaycan Şahmat Həlletməsi Çempionatı

38th Azerbaijan Chess Solving Championship

Bakı, 8-9 Aprel 2017 

Sumqayıt şahmatçısı üçqat Azərbaycan çempionu oldu

8-9 aprel tarixlərdə Respublika Şahmat Mərkəzində şahmat həlletməsi üzrə 38-ci Azərbaycan çempionatı keçirildi. Qələbə uğrunda ölkəmizin 8 şəhərindən (Bakı, Sumqayıt, Gəncə, İsmayıllı, Qəbələ, Şabran, Qobustan, Naftalan) 27 şahmatçı mübarizəyə qatıldı.
Çempionatımız dünya və Avropa çempionatlarında olduğu kimi, hər birində 3 şahmat məsələsi olmaqla 6 bölmə üzrə (ikigedişli -20 dəq, üçgedişli -60 dəq, etüdlər -100 dəq, çoxgedişli-80 dəq, yardımmat-50 dəq, əks-mat-50 dəq), ümumi 18 məsələ təqdim olunmaqla keçirilir. Hər düzgün həll edilmiş tapşırığa görə 5 xal verilirdi. Ölkə çempionatımız şahmat həlletməsi üzrə Dünya kubokunun mərhələlərindən biri kimi qeydiyyatdan keçmişdi.
Çempionatda əsas mübarizənin ənənəvi olaraq həlletmə üzrə ölkə yığma komandasının üzvləri arasında gedəcəyi gözlənilirdi. Şahmat üzrə millimizin üzvü beynəlxalq qrossmeyster Rauf Məmmədovun çempionatda iştirakı onu daha da maraqlı etdi. 1-ci yeri 90 mümkün xaldan 81 ( 309 dəq) xal toplayaraq, Sumqayıt şahmatçısı şahmat və şahmat həlletməsi üzrə beynəlxalq usta Misrətdin İskəndərov tutdu və bununla da üçqat ölkə çempionu oldu. Gümüş medalı 69,75 (326 dəq) 15 qat ölkə çempionu, beynəlxalq usta Araz Alməmmədov (Qəbələ), bürünc medalı isə ötən il olduğu kimi şahmat üzrə beynəlxalq usta Nərmin Məmmədova 58,75 (304) xalla qazandı. 4-cü yeri 58,25 (340 dəq) xalla, şahmat həlletməsi üzrə gənclər arasında Avropa çempionu Rəşad Zeynallı (Bakı), 5-ci yeri isə 57,5 xalla (358) beynəlxalq qrossmeyster Rauf Məmmədov tutdu.

Qadınlar arasında 1-ci Nərmin Məmmədova (Bakı), 2-ci Səbinə İbrahimova (Gəncə), 3-cü isə Aydan Hüseynzadə (Qəbələ) oldu.

Bölmələrdə çempion adını aşağıdakı şahmatçılar qazandılar: ikigedişli - Nərmin Məmmədova (Bakı), etüdlər - Rauf Məmmədov (Bakı), üçgedişli, çoxgedişli, yardımmat - Misrətdin İskəndərov (Sumqayıt), əks-mat- Araz Alməmmədov (Qəbələ).

Ölkə çempionatı ilə yanaşı 35-ci Bakı çempionatının da nəticələri müəyyən edildi. 1-ci Nərmin Məmmədova, 2-ci Rəşad Zeynallı, 3-cü isə Rauf Məmmədov oldu.


İlham Əliyev (Sumqayıt)

Yarışın baş hakimi (beynəlxalq hakim, əməkdar məşqçi)

38th-azch-excel-table-eng-2017.pdf [220,17 Kb] (cкачиваний: 10)
38th-tapshiriqlar.pdf [267,83 Kb] (cкачиваний: 11)
38azch-cavablar.pdf [343,93 Kb] (cкачиваний: 10)

Категория: Chess Composition

 

Beynəlxalq həlletmə reytinqi (1.04.2017)

Автор: ilham от 3-04-2017, 14:32, посмотрело: 177

0

Beynəlxalq həlletmə reytinqi (1.04.2017)


1.04.2017 tarixi üçün şahmat həllçilərinin beynəlxalq əmsalı. Dünya yüzlüyündə 5 şahmatçımız var: 38. Araz Alməmmədov (Qəbələ) - 2447, 40. Zaur Məmmədov (Bakı) - 2434, 41. Misrətdin İskəndərov (Sumqayıt) - 2433, 60. Ramil Cavadov (İsmayıllı) - 2359 və 67. Rəşad Zeynallı (Bakı) - 2346.
http://www.wfcc.ch/competitions/solving/rat_010417

Категория: Chess Composition

 

İsveç şahmatı üzrə 1-ci Sumqayıt çempionatı

Автор: ilham от 2-04-2017, 00:21, посмотрело: 205

0

İsveç şahmatı üzrə (Bughouse chess) 1-ci Sumqayıt çempionatı


1 aprel tarixində Sumqayıt Şahmat Məktəbində İsveç şahmatı üzrə (Bughouse chess) 1-ci Sumqayıt çempionatı keçirildi. Yarış böyük marağa səbəb oldu. Çempionatda rekord sayda, 33 komanda (66 nəfər) iştirak etdi. Bugünə kimi tarixdə 32 komanda (64 nəfər) ilə olan Moskva yarışı ən çox iştirakçı toplamışdı.
Bundan sonra yarışın ənənəvi və açıq keçririlməsi nəzərdə tutulub. Qaliblərə pul mükafatları və diplomlar təqdim edildi.
Sumqayıt çempionatının qalibləri və iştirakçılarla burada tanış ola bilərsiniz:
http://chess-results.com/tnr272555.aspx?lan=11&wi=821&turdet=YES

Категория: Chess Composition

 

AZERBAIJAN CHESS COMPOSITION TOURNAMENTS, 2016 (FİNAL AWARDS)

Автор: ilham от 31-03-2017, 22:10, посмотрело: 200

0
AZƏRBAYCAN ŞAHMAT BƏSTƏÇİLİYİ YARIŞLARI, 2016

(SON TƏLTİF)

AZERBAIJAN CHESS COMPOSITION TOURNAMENTS, 2016 (FİNAL AWARDS)

 

  AŞF Bəstəçilik komissiyası şahmat bəstələrinin tərtibi üzrə 2016-cı ildəkeçirdiyi 6 (altı) beynəlxalq yarışın son nəticəsini elan edir.
Yarışları yüksək səviyyədə keçirdiklərinə görə, yarışların direktorları Elmar Abdullayev (Şirvan) və Vidadi Zamanova (Göyçay), həmçinin yarışların hakimlərinə xüsusi minnətdarlığımı bildirmək istərdim.

1. Mejnun Vahidov-70 MT, 2016 (#2, İkigedişli) - Final award.
2. Mejnun Vahidov-70 MT, 2016 (#3, Üçgedişli) - Final award.
3. Sabuhi Huseynov-65 MT, 2016 (#2, İkigedişli) - Final award.
4. Ali Tebrizi Shatranji MT, 2016 (Etüdlər / Studies) - Final award.
5. Ali Tebrizi Shatranji MT, 2016 (H#2, Yardımmat) - Final award.
6. Elmar Abdullayev-30 JT, 2016 (#
3, Üçgedişli) - Final award.
SON TƏLTİF / FINAL AWARDS (all tournaments) - azerbaijan-chess-composition-ty-2016-final-award.pdf [1,92 Mb] (cкачиваний: 98)

Категория: Chess Composition

 

FIDE Albomu 1914-2015

Автор: ilham от 18-03-2017, 20:57, посмотрело: 270

0
FİDE Albomu 1914-2015

WFCC (Dünya Şahmat Bəstəçiliyi Federasiyası) 1914-2015-ci illər üçün FİDE Albomunda şahmat bəstəçilərinin ballarını dərc edib. Burada son 2013-2015-ci illər üçün Şəxsi Dünya çempionatının da (WCCI) balları nəzərə alınıb.
http://www.wfcc.ch/wp-content/uploads/album-points-current-list-140317.pdf
Bu illər ərzində Azərbaycan bəstəçilərinin FİDE Albomu xallarını təqdim edirik:
Aleksandr Sarıçev (+) - 30,83
Boris V. Baday (+) - 10,0
İlham Əliyev - 7,17
Mübariz Səfərov - 2
Kənan Vəlixanov - 2
Muradxan Muradov - 1,67
Araz Alməmmədov - 1,33
Rauf Əlövsətzadə - 1,0
Vidadi Zamanov - 1,0
Şövkət Səlimov - 0,83
Məcnun Vahidov (+) - 0,50
Züleyxa Eyvazova - 0,50

Категория: Chess Composition

 

Azerbaijan Chess Composition Tournaments 2017

Автор: ilham от 5-03-2017, 18:01, посмотрело: 269

0
Azerbaijan Chess Composition Tournaments 2017

 

Samir Badalov - 55 MT, 2017 (Studies)

(13.02.1962- 25.08.2011)

 

The Azerbaijan Chess Composition Commission announces an International Composing "Samir Badalov-55 MT”' memorial tournament for studies (free theme).

Prize: 100$ (50$, 30$, 20$).

Judge: Muradkhan Muradov (Azerbaijan).

Send (please PGN) to tournament director: Elmar Abdullayev (Azerbaijan)

abdullaev-elmar@bk.ru

Closing date: 31. 05. 2017.  The award – 2017.

 

Agshin Masimov - 55 JT, 2017 (Studies)


  The Azerbaijan Chess Composition Commission announces an International Composing

"Agshin Masimov - 55”' jubilee tournament for studies (free theme).

Judge: Agshin Masimov (Azerbaijan).  

 

Prize: 1st prize- book Ilham Aliev "My Chess Creative Work”.

Send (please PGN) to tournament director: Elmar Abdullayev (Azerbaijan)

 

abdullaev-elmar@bk.ru

Closing date: 31. 05. 2017.  The award  - 2017.

 

Aqşin Məsimov - 55 yubiley yarışı 2017 (Etüdlər)


Azərbaycan Şahmat Federasiyası Bəstəçilik Komissiyası ölkəmizin tanınmış şahmat bəstəçisi və həllçisi Aqşin Məsimovun 55 illiyinə həsr olunmuş etüdlərin tərtibi üzrə beynəlxalq yarışı elan edir.

Hakim: Aqşin Məsimov (Bakı, Azərbaycan).

Yarışın direktoru: Elmar Abdullayev (Şirvan, Azərbaycan) abdullaev-elmar@bk.ru

Etüdləri 31.05.2017 tarixə kimi yarışın direktorunun elektron ünvanına göndərmək lazımdır. Yarışın nəticələri qısa müddət ərzində elan ediləcək.
Mükafat: Əcnəbi iştirakçılardan yalnız 1 (bir) qalibə İlham Əliyevin "Şahmat yaradıcılığım" kitabı və müəllifin xüsusi diplomu veriləcək. Azərbaycandan ilk 3 qalibə "ALTUN KİTAB” nəşriyyatının Aqşin Məsimov tərəfindən korrektə edilən bədii kitabları hədiyyə olunacaq. 1-ci yer: 10 kitab, 2-ci yer: 5 kitab, 3-cü yer: 3 kitab.


 

Suleyman Abdullayev 50 JT, 2017 (#2 - Miniature)


  The Azerbaijan Chess Composition Commission announces an International Composing

"Suleyman Abdullayev 50”' jubilee tournament for miniature twomovers (free theme).

#2 - Judge: Suleyman Abdullayev (Azerbaijan) .  
Send to tournament director: Elmar Abdullayev (Azerbaijan)
abdullaev-elmar@bk.ru

Closing date: 31. 05. 2017.  The award  - 2017.

 

Islam Kazimov – 65 JT, 2017 (#2, #3)


  The Azerbaijan Chess  Composition  Commission  announces an International Composing

"Islam Kazimov – 65”' jubilee tournament for twomovers and threemovers (free theme).

Judge: #2, #3 - Araz Almammadov (Azerbaijan).

Send to tournament director:  Vidadi Zamanov (Azerbaijan) vidadi_zamanov@mail.ru

Closing date: 31. 05. 2017.  The award – 2017.

Please reprint ……. Please reprint  ……..  Please reprint

 


Категория: Chess Composition

 

3-cü Azərbaycan kuboku, 2017

Автор: ilham от 5-03-2017, 14:37, посмотрело: 243

0

Şahmat bəstəçiliyi üzrə 3-cü Azərbaycan kubokunun

REQLAMENTİ

1.3-cü Azərbaycan kubokunu Azərbaycan Şahmat Federasiyası Bəstəçilik komissiyası keçirir.

2.Yarış 6 bölmə üzrə (ikigedişli-#2, üçgedişli-#3, çoxgedişli-N#, etüdlər -+=, yardımmat – H#, əksmat- S#) keçirilir.

3.Hər müəllif hər bölməyə yalnız bir orijinal (heç yerdə dərc olunmamış) məsələ və ya etüd göndərə bilər. Birgə (şərikli) əsərlərin iştirakına icazə verilmir.

4.Hər hansı bir bölmədə iştirakçıların sayı üç nəfərdən az olarsa, həmin bölmə üzrə yarış keçirilməyəcək.

5.Bəstələr hakimlərə anonim olaraq, yəni müəlliflər göstərilmədən göndəriləcək.

6.Anonimliyi qorumaq üçün 3-cü Azərbaycan kubokunun hakimləri barədə əlavə məlumat veriləcək.

7.Yarışın elan tarixi: 5.03.2017.

8.Şahmat bəstələrinin yarışın direktoruna son göndəriş tarixi – 31.05.2017.

9.Nəticələrin ilkin elanı – 31.06.2017.

10.3-cü Azərbaycan kubokunun direktoru – Elmar Abdullayev (Şirvan).

11.Məsələ və etüdləri aşağıda göstərilən elektron ünvana, vhatsapa və ya telefona göndərmək olar.

E-mail: abdullaev-elmar@bk.ru Tel: 070 324 16 50.

12.Hakimlərlə əlaqə yalnız çempionatın direktoru vasitəsi ilə aparılacaq. Hakimlə birbaşa əlaqə yaradan şəxs cəzalandırılacaq.

13.Yarışda hakimlər yalnız qalib 1-3-cü yerləri müəyyən edəcəklər, təltifə düşməyən digər məsələ və etüdlər müəlliflərə qaytarılacaq və onlar həmin bəstələrdən digər yarışlarda istifadə edə bilərlər.

14.Qaliblər fəxri fərman, medal vəkubokla təltif olunacaqlar.

15.3-ci Azərbaycan kubokunun bağlanışı A.Sarıçevin xatirəsinə həsr olunmuş şahmat həlletməsi 2-ci Azərbaycan kuboku zamanı keçiriləcək.

Azərbaycan Şahmat Federasiyası Bəstəçilik komissiyası

 
3-cü Azərbaycan kuboku, 2017
Kuboklar və medallar


Категория: Chess Composition

 

Andrey Selivanov-50 JT

Автор: ilham от 23-02-2017, 19:31, посмотрело: 279

0

Юбилейный конкурс АНДРЕЮ СЕЛИВАНОВУ- 50

 
 


Шахматная федерация России и журнал "Шахматная композиция” объявляют конкурс составления
 шахматных композиций, посвящённый 50-ти летнему юбилею вице-президента Российской шахматной федерации, международного гроссмейстера по шахматной композиции, многократного чемпиона мира Андрея Владимировича Селиванова, по шести разделам:

Двухходовки (#2)
Трехходовки (#3)
Многоходовки (#4-7)
Этюды (+-; =)
Задачи на кооперативный мат (h#3-7)
Задачи на обратный мат (s#3-7)

Судья всех разделов – юбиляр.

Установлены призы, почетные и похвальные отзывы. Во всех разделах для призёров установлены книжные призы, оригинальные медали, дипломы.

Композиции, не более 3-х от автора в разделе (включая совместные), до 09.07.2017 следует посылать в адрес директора конкурса Бориса Шорохова по 
e-mail: bbs64@mail.ru (с пометкой «А. Селиванов — 50») и указанием домашнего адреса .
Просьба композиции присылать в формате DOC (не PGN).
Рекомендации по оформлению композиций (не обязательные): шрифты: для диаграмм GoodCompanion, для нотации Ches или английской транскрипцией KQRBS.

Итоги будут опубликованы на сайте www.selivanov.ru и изданы отдельным буклетом в декабре 2017 года.

Категория: Chess Composition

 

JAN TİMMAN - 65 İLDÖNÜMÜ YARIŞI (ETÜDLƏR)

Автор: ilham от 17-01-2017, 23:15, посмотрело: 345

0

JAN TİMMAN - 65 YUBİLEY YARIŞI (ETÜDLƏR)

 

 

Məşhur şahmat qrossmeysteri və şahmat bəstəçisi Jan Timman-ın 65 illik ildönümünə həsr edilmiş şahmat etüdlərinin tərtibi üzrə beynəlxalq yarış elan edilib. Yarış iki bölmə üzrə keçirilir:

1. Müəlliflər yalnız əməli (praktik) şahmat üzrə beynəlxalq adları olan şahmatçılar ola bilər (kişilər və qadınlar arasında beynəlxalq qrossmeysterdən FİDE ustasına kimi).

Mövzu: Azaddır.

Hakim: Yochanan Afek və Hans Böhm.

Direktor: Harold van der Heijden.

Mükafat fondu: 1000 Avro.

 

2. Hər kəs iştirak edə bilər.

Mövzu: Fillə mat (və ya fillə mat təhlükəsinə qarşı mübarizə).

Hakim: Jan Timman və Hans Böhm.

Direktor: Harold van der Heijden.

Mükafat fondu: 1000 Avro.

 
 

Orijinal əsərləri 1.07.2017 tarixə kimi yarışların direktorunun elektron ünvanına göndərmək lazımdır (PGN formatda göndərilməyi məsləhət bilinir): heijdenharold@gmail.com

Hər bölmədə hər müəllifdən 3 etüddən artıq göndərmək olmaz. Birgə etüdlər yarışa buraxılır, ancaq o şərtnən ki, 1-ci bölmənin bütün müəllifləri əməli şahmat üzrə beynəlxalq adlara malik olmalıdır.

Son nəticə 14.12.2017 tarixdə, Jan Timmanın 66 illik ildönümünə, məlum olacaq.Yarışın mükafat fondu "Böhm Communications BV” (www.hansbohm.com) şirkəti tərəfindən təqdim edilib. Hans Böhm, bu yolla özünün Jan Timmanla 50 illik yaxın dostluğunu qeyd etməyi qərara alıb.

Категория: Chess Composition

 

AŞF Bəstəçilik Komissiyasının yarışları - 2017

Автор: ilham от 9-01-2017, 14:15, посмотрело: 345

0
2017-ci il üçün Azərbaycan Şahmat Federasiyası Bəstəçilik Komissiyasının yarışları
HƏLLETMƏ

1.13-cü Beynəlxalq Həlletmə Yarışı, 29 yanvar 2017.
Eyni zamanda, eyni tapşırıqlarla bir çox ölkələrdə keçiriləcək (Sumqayıt, saat 10.30). Yarışda həlletmə üzrə beynəlxalq əmsal hesablanır. 23-31 yanvar Salyan şəhərində keçiriləcək Yaş qrupları Azərbaycan birinciliyi ilə toqquşduğu üçün yarışın tarixi dəyişdiriləcək (böyük ehtimalla - 22 yanvar).
2. Şahmat həlletməsi 38-ci Azərbaycan çempionatı, 8-9 Aprel, 2017.
(Bakı, saat 10.00).
3. Şahmat həlletməsi 2-ci Azərbaycan kuboku, 2 avqust 2017.
(A.Sarıçevin xatirəsinə həsr olunur, Sumqayıt, saat 10.30).
 
TƏRTİB
1. Şahmat bəstəçiliyi üzrə 3-cü Azərbaycan kuboku, 2017 (il ərzində). (Yarışın bağlanışı 02.08.2017 tarixdə Şahmat həlletməsi Azərbaycan kubokunda keçiriləcək).
2. Samir Bədəlov -55 Xatirə yarışı, 2017 (Etüdlər)
3. İslam Kazımov-65 İldönümü yarışı, 2017 (#2, #3)
4. Aqşin Məsimov -55 İldönümü yarışı, 2017 (Etüdlər)
5. Süleyman Abdullayev-50 İldönümü yarışı, 2017 (#2-Miniatür)

Категория: Chess Composition

 

Elmar Abdullayev - 30 ildönümü yarışı, 2016 (#3)

Автор: ilham от 31-12-2016, 19:57, посмотрело: 369

0
Elmar Abdullayev - 30 yubiley yarışı, 2016

(#3 – Üçgedişli)

 

   Azərbaycan Şahmat Bəstəçiliyi Komissiyası  ölkəmizin tanınmış şahmat bəstəçisi Elmar Abdullayevin 30 illiyinə həsr olunmuş üçgedişli (#3) şahmat məsələlərinin tərtibi üzrə yubiley yarışının nəticələrini elan edir.

  Fürsətdən istifadə edib, bütün şahmatçıları və həmvətənlərimizi Yeni il və 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə ürəkdən təbrik edirik! 

Yarışda 10 ölkədən 31 müəllifin 50 məsələsi iştirak etdi. Hakim - yubilyar təltifə 26 məsələ seçib.
Yarışın hakimi: Elmar Abdullayev (Şirvan, Azərbaycan)
TƏLTİF / AWARD: elmar-abdullayev-30-jt-2016-award-3.pdf [750,57 Kb] (cкачиваний: 164)

Категория: Chess Composition

 

3rd Composing Tourney of FRME, 2017

Автор: ilham от 1-12-2016, 19:58, посмотрело: 364

0

3-cü FRME Şahmat Bəstəçiliyi turniri, 2017

3rdComposing Tourney of FRME, 2017

Mərakeş Kral Şahmat Federasiyası (FRME) dörd bölmədə 3-cü şahmat bəstəçiliyi yarışı təşkil edir.


The Royal Moroccan Chess Federation (FRME) organizes the 3rd Composing Tourney in four sections:
- Twomovers(#2)Judge: Valerio Agoustini (Italy)
Send your twomovers to Younes Benjelloun, N6 rue 9 hay salam ainkadous fes.

E-mail: ubenjelloun@outlook.fr

- Threemovers(#3)Judge:Aleksandr Sygurov ( Russia )

- Moremovers(#N)Judge:Valery Kirillov ( Russia )

Send your threemovers and/or moremovers to Vidadi Zamanov, Vidadi Street, 4/6, Goychay AZ 2300, Azerbaijan. E-mail: vidadi_zamanov@mail.ru

- Helpmates in two(h#2)Judge:Vasil Krizhanivskyi (Ukraine)

Send your h#2 problems to Jamal M Elbaz, Résidence Alhanae villa n°7 Guich Loudaya 10160 Temara Morocco. E-mail:jamalelbaz6@gmail.com

The deadline for receiving problems isSeptember 30, 2017.



Категория: Chess Composition

 

Elmar Abdullayev - 30 JT, 2016 (#3)

Автор: ilham от 7-11-2016, 20:51, посмотрело: 357

0
       Elmar Abdullayev - 30 yubiley yarışı, 2016

 

   Azərbaycan Şahmat Bəstəçiliyi Komissiyası  ölkəmizin tanınmış şahmat bəstəçisi Elmar Abdullayevin 30 illiyinə həsr olunmuş üçgedişli (#3) şahmat məsələlərinin tərtibi üzrə yubiley yarışı keçirir.

   Hakim: Elmar Abdullayev (Şirvan, Azərbaycan). Mövzu azaddır. Məsələləri hər müəllifdən üç məsələdən artıq olamayarq abdullaev-elmar@bk.ru elektron ünvanına göndərmək lazımdır.

Mükafat: Şahmat kitabları və fəxri fərmanlar.

Son göndəriş tarixi 15.12.2016. Təltifin elanı 2016-cı il.

 

Elmar Abdullayev - 30 JT, 2016


   The Azerbaijan Chess Composition Commission announces an International Composing

Jubilee tournament Elmar Abdullayev-30 (Threemovers, #3). Free theme.

Judge: Elmar Abdullayev (Azerbaijan).  

Prize: Books and diploma.
Send to:
abdullaev-elmar@bk.ru

Closing date: 15.12.2016. The award - 2016.


Категория: Chess Composition

 

Şahmat yaradıcılığım / My Chess Creative Work / Мое шахматное творчество

Автор: ilham от 6-11-2016, 16:32, посмотрело: 404

0
Şahmat yaradıcılığım / My Chess Creative Work / Мое шахматное творчество

(etüdlərim, etüd hakimliyim, məsələlərim, kombinasiyalarım, məqalələrim)
(studies, study judges, problems, combinations, articles)
(этюды, этюдное судейство, задачи, комбинации, статьи)

 

  Hörmətli dostlar,
   2015-ci ilin dekabrında işıq üzü görən "Şahmat yaradıcılığım” kitabımın satışı davam edir. 376 səhifə, qalın parlaq cilddə, 700-ə yaxın şahmat diaqramı, əksəriyyəti etüd olmaqla, kitabda 96 şahmat kombinasiyam da yer alıb. Kitabda 37 illik şahmat yaradıcılığımda: etüdlərim, məsələlərim, kombinasiyalarım, etüd hakimliyim və 2 maraqlı məqaləm var.
Kitabın girişində şahmat macəralarım və etüd bəstəçiliyində ilk addımlarım barədə qısa və yığcam fikirlərimlə tanış ola bilərsiniz. Ən əsası, ilk dəfə olaraq, milli etüdlər və milli kombinasiyalarla tanış ola bilərsiniz!
Kitab geniş əhatəli oxucu üçün - şahmat həvəskarından yüksək dərəcəli şahmatçıya kimi nəzərdə tutulub.

   Çox sevindiricidir ki, bu qısa müddət ərzində kitabım ABŞ, Almaniya, Rusiya, Türkiyə, Yunanıstan, İngiltərə, Danimarka, Mərakeş, Belarus, Belçika, Gürcüstan kimi xarici ölkələrə yayılıb. Ancaq sözsüz ki, əsas oxucularım Azərbaycandadır.

  Kitabın qiyməti 18 manatdır. Kitabı əldə etmək istəyənlər 050 515 40 99 nömrəsinə zəng edə və ya WhatsApp-a, feysbuk səhifəmə, yaxud elektron ünvanıma yaza bilərlər. E-mail: bestechi@mail.ru

 

 

Категория: Chess Composition

 

AZƏRBAYCAN ŞAHMAT BƏSTƏÇİLİYİ YARIŞLARI, 2016

Автор: ilham от 2-11-2016, 23:58, посмотрело: 357

0

AZƏRBAYCAN ŞAHMAT BƏSTƏÇİLİYİ YARIŞLARI, 2016

AZERBAIJAN CHESS COMPOSITION TOURNAMENTS, 2016

  AŞF Bəstəçilik komissiyası şahmat bəstələrinin tərtibi üzrə 5 beynəlxalq yarışın nəticəsini elan edib. Yarışları yüksək səviyyədə keçirdiklərinə görə, yarışların direktorları Elmar Abdullayev (Şirvan) və Vidadi Zamanova (Göyçay), həmçinin hakimlər Anatoli Stepoçkin (Rusiya), Aleksandr Melniçuk (Rusiya), Valeri Barsukov (Rusiya) və Muradxan Muradova (Qobustan, Azərbaycan) xüsusi minnətdarlığımı bildirmək istərdim.

1. Mejnun Vahidov–70 MT, 2016 (#2, İkigedişli) - Final award.
2. Mejnun Vahidov–70 MT, 2016 (#3, Üçgedişli) - Final award.
3. Sabuhi Huseynov–65 MT, 2016 (#2, İkigedişli) - Final award.
4. Ali Tebrizi Shatranji MT, 2016 (Etüdlər / Studies)- Final award- NEW.
5. Ali Tebrizi Shatranji MT, 2016 (H#2, Yardımmat) – Provisional award - 25.11.2016.
SON TƏLTİF / FINAL AWARD (all tourneys) - azerbaijan-chess-composition-ty-2016-final-award.pdf [1,61 Mb] (cкачиваний: 99)

Категория: Chess Composition

 

ƏLİ TƏBRİZİ ŞƏTRƏNCİ XATİRƏ YARIŞI (H#2), 2016

Автор: ilham от 28-10-2016, 22:43, посмотрело: 333

0
ƏLİ TƏBRİZİ ŞƏTRƏNCİ XATİRƏ YARIŞI (Yardımmat, H#2), 2016

ALI TEBRIZI SHATRANJI MT (Helpmate, H#2), 2016


Azərbaycan Şahmat Federasiyası Şahmat Bəstəçiliyi komissiyası 14-15-ci əsr Azərbaycan şahmatçısı Əli Təbrizi Şətrəncinin xatirəsinə həsr olunmuş Yardımmat şahmat məsələlərinin (H#2) tərtibi üzrə beynəlxalq yarışın nəticələrini elan edib.
Yarışda 20 ölkədən 41 müəllifin 61 ikigedişli yardımmat məsələsi iştirak etdi. Hakim təltifə 17 məsələ seçib.
Yarışın direktoru: Elmar Abdullayev (Şirvan, Azərbaycan)
Yarışın hakimi: Valeri Barsukov (Sankt-Peterburq, Rusiya).

TƏLTİF / AWARD:ali-tebrizi-shatranji-mt-2016-h2-award.pdf [1,03 Mb] (cкачиваний: 43)
P.S Fayl yenidən dəyişib / File updated again.

Категория: Chess Composition

 
Назад Вперед
 
: