9-cu FIDE Dünya Kuboku

Şahmat bəstəçiliyi üzrə 9-cu FIDE Dünya Kuboku, 2021

9th FIDE World Cup in Composing, 2021

 

Şahmat bəstəçiləri 2021-ci ili 9-cu FIDE Dünya Kubokunda iştirak etməyə dəvət olunurlar! 
Turnirin direktoru: Yuri Bazlov (Rusiya). Bəstələrin son göndərilmə tarixi: 01.07.2021.
 
Bölmələr:
A. İkigedişli (#2) – Hakim: Vasil Dyaçuk (Ukrayna)
B. Üçgedişli (#3) – Hakim: C.G.S. Narayanan (Hindistan)
C. Çoxgedişli (#N) – Hakim: Mark Erenburq (İsrail)
D. Etüdlər (+=) – Hakim: Oleq Pervakov (Rusiya)
E. Yardımmat (H#) – Hakim: Silvio Baier (Almaniya)
F. Əks-mat (S#) – Hakim: Mixail Xramtseviç (Belarus)
G. Nağıl (Fairies) – Hakim: TadaşVakaşima (Yaponiya)
H. Retro (Retros) – Hakim:  Joaquim Crusats (İspaniya)
 
Daha ətraflı buradan tanış ola bilərsiniz: 
https://www.wfcc.ch/competitions/composing/fidewcc_2021/
 
Read more

MURADXAN MURADOV- 70 Yubiley Yarışı, 2020

MURADXAN MURADOV70 Yubiley Yarışı, 2020

MURADKHAN MURADOV7JT, 2020

Etüdlər/Studies (+=). 

İLKİN TƏLTİF / PROVISIONAL AWARD

 

AŞF Şahmat Bəstəçiliyi Komissiyası ölkəmizin tanınmış şahmat bəstəçisi Muradxan Muradovun (Qobustan) 70 illik yubileyinə həsr olunmuş şahmat etüdlərinin tərtibi üzrə beynəlxalq yarışın nəticələrini elan edir. 

 

Hakim/Judge: Muradxan Muradov (Qobustan, Azərbaycan). 

 

14 ölkədən 31 müəllifin 33 etüdü / 33 studies by 31 authors from 14 countries: Azerbaijan (Ilham Aliev, Elmar Abdullaev, Ulvi Bajarani, Elmar Gasimov), Argentina (Mario Garcia), Canada (Ben Smolkin), Georgia (David Gurgenidze, Vazha Neidze +), Germany (Martin Minski, Jan Sprenger), Russia (Alexander Zhukov, Petr Kiryakov, Pavel Arestov, Aleksandr Stavrietsky, Valery Kalashnikov, Yuri Bazlov, Oleg Pervakov, Igor Zaytsev), Turkey (Hasan Kilincaslan, Umut Sayman), Slovakia (Michal Hlinka, Lubos Kekely), Spain (Luis Miguel Gonzalez), Israel (Amatzia Avni), Netherlands (Jan Timman, Robin Swinkels), Italy (Marco Campioli, Daniele Gatti), Ukraine (Vladislav Tarasiuk, Sergij Didukh), France (Marcel Dore). 


İradlar 15.01.2021 tarixə kimi qəbul olunur / 

Remarks are accepted until 15.01.2021.


İLKİN TƏLTİF / PROVISIONAL AWARD. 
PDF: m_muradov-70-jt-2020-award.pdf [7,73 Mb] (downloads: 14)
See the file online: m_muradov-70-jt-2020-award.pdf

PGN: m_muradov-70-jt-2020-award.pgn [15,58 Kb] (downloads: 6)


SON TƏLTİF / FINAL AWARD:  There is a small change in the final award: 26. David Gurgenidze, Vazha Neidze (+) (Georgia). 8.a8N +! Ka7 9.Nc7 =. Of course, the study could be lowered. But I hope that the author will correct the study and it will have two variant. Therefore, the study is excluded from the tournament.

PDF: m_muradov-70-jt-2020-final-award.pdf [7,45 Mb] (downloads: 19)
See the file online: m_muradov-70-jt-2020-final-award.pdf

PGN: m_muradov-70-jt-2020-final-award.pgn [14,98 Kb] (downloads: 4)

Read more

Azerbaijan Chess Composition Commission – 50 JT, 2020

Azərbaycan Şahmat Bəstəçiliyi Komissiyası - 50 Yubiley Yarışı, 2020

Azerbaijan Chess Composition Commission - 50 JT, 2020

SON TƏLTİF / FINAL AWARD

 

AŞF Şahmat Bəstəçiliyi Komissiyası Azərbaycan Şahmat Bəstəçiliyi Komissiyasının 50 illik yubileyinə həsr olunmuş şahmat bəstələrinin tərtibi üzrə beynəlxalq yarışın (ikigedişli – #2, üçgedişli – #3, çoxgedişli – #N və etüdlər – +=nəticələrini elan edir. 

 

İkigedişli / Twomovers (#2). Hakim / Judge: Anatoli Vasilenko (Ukrayna).  

12 ölkədən 18 müəllifin 23 məsələsi / 23 problems by 18 authors from 12 countries:

 

Üçgedişli / Threemovers (#3). Hakim / Judge: Elmar Abdullayev (Sumqayıt, Azərbaycan)

9 ölkədən 17 müəllifin 24 məsələsi / 24 problems by 17 authors from 9 countries.

 

Çoxgedişli / Moremovers (#N). Hakim / Judge: Aleksandr Melniçuk (Rusiya) 

10 ölkədən 16 müəllifin 23 məsələsi / 23 problems by 16 authors from 10 countries.

 

Etüdlər Studies (+=). Hakim / Judge: Muradxan Muradov (Qobustan, Azərbaycan)

16 ölkədən 29 müəllifin 28 etüdü 28 studies by29 authors from 16 countries.

 

İradlar 28.12.2020 tarixə kimi qəbul olunur / 

Remarks are accepted until 28.12.2020.


SON TƏLTİF / FINAL AWARD. 
PDF ALL: azerbaijan-ccc-50-2020-award-all.pdf [5 Mb] (downloads: 412)
See the file online: azerbaijan-ccc-50-2020-award-all.pdf

PGN STUDIES: azerbaijan-ccc-50-jt-2020-award.pgn [14,86 Kb] (downloads: 95)

 
Read more

Haji Mammadov / Hacı Məmmədov (23.05.1954 – 18.11.2020)

Haji Mammadov / Hacı Məmmədov / Гаджи Мамедов (23.05.1954 – 18.11.2020) 

Azərbaycan şahmat ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycanın tanınmış şahmat bəstəçisi, ikigedişli (#2) məsələ tərtibi üzrə ikiqat, üçgedişli (#3) üzrə üçqat Azərbaycan çempionu, idman ustası, Qobustan İdman məktəbində uzun illər şahmat məşqçisi işləyən Hacı Məmmədov (23.05.1954 – 18.11.2020) vəfat etmişdir. Allah rəhmət eləsin. Məkanı cənnət, ruhu şad olsun.

The Azerbaijani chess community has suffered a heavy loss. Well-known Azerbaijani chess composer, twomovers (#2), threemovers (#3) Azerbaijani champion, master of sports, Haji Mammadov (23.05.1954 – 18.11.2020), who worked as a chess coach at Gobustan Sports School for many years, has died. Rest in peace. May the place be a paradise, may the soul rejoice.
Read more

Muradkhan Muradov - 70 JT, 2020 (studies)

MURADXAN MURADOV-70 YUBİLEY YARIŞI (ETÜDLƏR)

Azərbaycan Şahmat Bəstəçiliyi Komissiyası ölkəmizin tanınmış şahmat bəstəçisi Muradxan Muradovun (Qobustan) 70 illik yubileyinə həsr olunmuş etüdlərin tərtibi üzrə beynəlxalq yarış keçirir. 

Hakim: Muradxan Muradov (Qobustan). 

Yarışın direktoru: İlham Əliyev (Sumqayıt). 

Mükafat: Diplomlar. 

Etüdləri 15.11.2020 tarixə kimi yarışın direktorunun elektron ünvanına göndərmək lazımdır: bestechi@mail.ru     

Təltif 2020-ci ildə elan olunacaq.


Muradkhan Muradov - 70 JT, 2020 (studies)

The Azerbaijan Chess Composition Commission announces an International Composing “Muradkhan Muradov-70 JT” jubilee tournament for studies (free theme).                                         

Prize: Diplomas.                                                                                                                              

Judge: Muradkhan Muradov (Azerbaijan).                                                                                      

Send (please PGN) to tournament director: Ilham Aliev (Azerbaijan) bestechi@mail.ru             

Closing date: 15.11.2020. 

The award – 2020.

 

Read more

Azerbaijan Chess Composition Commission - 50 AT, 2015

AZƏRBAYCAN ŞAHMAT BƏSTƏÇİLİYİ KOMİSSİYASI-50 YUBİLEY YARIŞLARI

Azerbaijan Chess Composition Commission - 50 AT, 2015


The Chess Composing Commission of the Azerbaijan Chess Federation announces a composing tournament dedicated to the 50th anniversary of the Azerbaijan Chess Composing Commission.  The tournament is held in 4 sections: twomovers (#2), threemovers (#3), moremovers (#N) and studies (+=).
Director of the tournament: Ilham Aliev (Sumgait, Azerbaijan).
Judges:
Twomovers (#2) Anatolij Vasilenko (Kiev, Ukraine).
Threemovers (#3) Elmar Abdullaev (Sumgait, Azerbaijan).
Moremovers (#N) Alexander Melnichuk (Rybinsk, Russia).
Studies (+ =) Muradkhan Muradov (Gobustan, Azerbaijan).
Prize: Diplomas.
Deadline for submission of compositions: 15.11.2020.
The results of the tournament will be announced by the end of the year. No more than 2 entries per composer should be sent to the e-mail address of the director of the tournament: bestechi@mail.ru
Read more

“KORONA” ŞAHMAT LÖVHƏSİNDƏ

"KORONA" ŞAHMAT LÖVHƏSİNDƏ

 Almaniyanın “SCHACH” şahmat jurnalı “Korona” şahmat bəstəçiliyi yarışı keçirir. Məsələ və etüdlərin mövzusu: ilkin mövqedə və əsas həlldə daşlar bir-birinə toxunmur və məsafə saxlamalıdır, həmçinin daşlar arasındakı xanalar boş olmalıdır. Bu şərtə bütün həll boyu əməl olunmalıdır. Yalnız köməkçi variantlarda və son gedişdə dəyişməyə icazə verilir. Şərtlərə əməl etməklə daş vuruşuna da icazə verilir.  
 Yarışlar şahmat bəstəçiliyinin3 bölməsində keçirilir: ikigedişli (#2), 3 gedişə yardımmat (H#3) və etüd (+=, uduş və ya heç-heçə). Hakim bütün həll boyu məsafə saxlayan bəstələrə üstünlük verəcək. Yarışların hakimi: Hans Gruber (Almaniya). Məsələ və etüdləri 10.07.2020 tarixə kimi yarışların direktoru Thomas Brand-ın elketron ünvanına göndərmək lazımdır -t.brand@gmx.net
  Mükafatlar: 1-3-cü yer: 200+150+100 AVRO ChessBase - vauçerləri, 4-cü yer: ”SHACH” jurnalına illik abunə, 5-ci yer: Lasker haqqında kitab, ən çox fiqurlu bəstə üçün - Xüsusi mükafat - 100 AVRO. Yarışların nəticələri 25.09.2020 tarixdə “SCHACH” jurnalının oktyabr sayında dərc olunacaq. 
  Nümunələrlə buradan tanış ola bilərsiniz: http://www.zeitschriftschach.de/images/2020/corona-competition.pdf 


Read more

tehsilchess.az saytına müsahibəm

tehsilchess.az saytına müsahibəm

 

«Təhsil» Respublika İdman Mərkəzinin www.tehsilchess.az saytına verdiyim «Hansı bəstəkarlar musiqi bəstələmir» adlı müsahibəni Sizlərə təqdim edirəm. Müsahibə verməyi heç sevməsəm də, bu məncə çox maraqlı alınıb. Aysel Bəxtiyarlıya təşəkkür edirəm!

Müsahibəmlə buradan tanış ola bilərsiniz: www.tehsilchess.az/interview-ilham-aliyev



Read more

COVID-19 Şahmat Bəstəçiliyi yarışlarını təxirə saldı

COVID-19 Şahmat Bəstəçiliyi yarışlarını təxirə saldı 

Məlum səbəblərə görə (COVID-19) aprel ayında keçirilməsi nəzərdə tutulmuş şahmat bəstəçiliyi yarışları təxirə salındı.

1) 4-5 aprel Şahmat Həlletməsi 41-ci Azərbaycan çempionatı - əlavə məlumat veriləcək, may-iyun aylarında keçirilməsi nəzərdə tutulub.

2) Şahmat Həlletməsi 15-ci Avropa çempionatı, 23-27.04.2020, Ukrayna, Poltava şəhəri. 2021-ci ilə keçirildi.

3) Ümümdünya 44-cü Moskva Şahmat Olimpiadası gələn ilə keçirildiyi üçün bu yarışa həsr olunmuş şahmat bəstəçiliyi yarışı da gələn ilə keçirildi. Yarışa göndərilmiş bütün şahmat bəstələrinin qeydiyyatı ləğv olunur. Müəlliflər əsərlərindən istədikləri kimi istifadə etmək hüququna malikdirlər.

Ancaq şad xəbər də var. Virusun tüğyan etdiyi dövrdə 8-ci FIDE Dünya kuboku elan edilib. Evdən çıxmadan rahatca bu yarışda iştirak edə bilərsiniz:
İngilis - https://www.wfcc.ch/competitions/composing/fidewcc_2020/
Rus - https://ru-chess-art.livejournal.com/447916.html
Read more