SUMQAYIT–70 BEYNƏLXALQ REYTİNQ YARIŞI


SUMQAYIT ŞƏHƏRİNİN 70 İLLİYİNƏ HƏSR OLUNMUŞ 

BEYNƏLXALQ REYTİNQ YARIŞININ

Ə S A S N A M Ə S İ


I. Məqsəd və vəzifələr

Azərbaycanda yeniyetmə və gənclər arasında şahmatı daha da populyarlaşdırmaq;

Şahmatçıların ustalıq səviyyəsinin, təsnifat dərəcələrinin və beynəlxalq əmsallarının artırılması;

Yaş qrupları Azərbaycan birinciliyinə, Avropa və Dünya birinciliklərinə hazırlıq.


II. Yarışın keçirilməsinə rəhbərlik

Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş Beynəlxalq reytinq yarışını Sumqayıt şəhər 2№-UGİŞM keçirir.


III. Yarışın keçirilmə yeri və vaxtı

  Yarış 8–13 aprel 2019-cu il tarixdə Sumqayıt şəhər 2 №-şli UGİŞM-də (şahmat məktəbində) keçiriləcək. Yarışın açılışı 8 aprel saat 10.00-da olacaq. 

IV. İştirakçılar və keçirilmə qaydaları

   Yarış FIDE qaydaları üzrə beynəlxalq reytinq hesablanmaqla keçirilir. FIDE ID kodu olmayan şahmatçılar yarışa buraxılmır. Yarış İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarət olacaqdır. Nəzarət vaxtı: hər şahmatçıya 90 dəqiqə + hər gedişə 30 saniyə əlavə olunmaqla təyin olunur. İştirakçıların reytinqi aşağı olarsa şahmatçılara verilən vaxt FİDE qaydalarına uyğun olaraq azaldıla bilər. 

   Xallar bərabər olduqda, yerləri müəyyən etmək üçün aşağıdakı göstəricilər əsas götürülür: 1. Buxholts əmsalı, 2. Qısaldılmış Buxholts əmsalı, 3.Şəxsi görüş (eyni xallı şahmatçıların öz aralarındakı nəticə), 4.Qələbələrin sayı.


V. Üzvlük haqqı

  Üzvlük haqqı: beynəlxalq reytinqi 1500 və yuxarı – 10 manat, 1000-1499 – 15 manat, reytinqsiz şahmatçılar – 20 manat. 


VI. Mükafatlandırma

  Qaliblərə pul mükafatları və hədiyyələr təqdim ediləcək. Mükafatlar tutulmuş yerlərə görə verilir və bölünmür. Hər şahmatçı yalnız bir mükafatı seçə bilər. Qadınlar və aşağı reytinqli şahmatçılar arasında da mükafatlar təqdim ediləcək. Pul mükafatları barədə daha ətraflı məlumat yarışın ilk turunda veriləcək.

VII. Qeydiyyat və əlaqə 

   Sifarişlər 2019-cu il aprelin 6-na (saat 20.00) kimi bestechi@mail.ru elektron ünvanına və ya (050) 515 40 99 telefon nömrəsinə WhatsAap, SMS-lə gondərilməlidir. Yarışda gec qeydiyyatdan keçənlər yalnız yer olduqda və  5 (beş) manat cərimə olunmaqla turnirə buraxıla bilər.

TƏŞKİLAT KOMİTƏSİ

---
Add comment

Add comment

Кликните на изображение чтобы обновить код, если он неразборчив