Şahmat bəstəçiliyi üzrə 5-ci Azərbaycan kuboku, 2021

Şahmat bəstəçiliyi üzrə 5-ci Azərbaycan kuboku, 2021

5th Azerbaijan Chess Composition Cup, 2021

SON NƏTICƏ / FINAL AWARD

 

 5-ci Azərbaycan kubokunun təşkilatçısı Azərbaycan Şahmat Federasiyası Bəstəçilik komissiyasıdır. Kubok 6 bölmə üzrə (ikigedişli - #2, üçgedişli - #3, çoxgedişli - #N, etüdlər - +=, yardımmat - H#, əks-mat - S#) keçirilirdi. Hər müəllif hər bölməyə yalnız bir orijinal (heç yerdə dərc olunmamış) məsələ və ya etüd göndərə bilərdi.  Bu kubokda ilk dəfə olaraq birgə (həmçinin xarici vətəndaşlarla) əsərlərin iştirakına da icazə verilmişdi. 

 5-ci Azərbaycan kubokunun direktoru beynəlxalq hakim İlham Əliyev (Sumqayıt) idi.

 

5-ci Azərbaycan kubokunun qaliblərini təqdim edirik.
 

1-ci bölmə - İkigedişli – Hakim: Aleksandr Melniçuk (Rusiya). 1-ci yer - Elmar Abdullayev (Sumqayıt), 2-ci yer - Vidadi Zamanov (Göyçay) və Zoltan Labai (Slovakiya), 3-cü yer - Salman Cavadzadə (Gəncə).

2-ci bölmə - Üçgedişli – Hakim: Aleksandr Melniçuk (Rusiya). 1-ci yer: Ülvi Bacarani (Bakı), 2-ci yer: Elmar Abdullayev (Sumqayıt), 3-cü yer: Vidadi Zamanov (Göyçay) və Viktor Volçek (Belarus).                                                 

3-cü bölmə - Çoxgedişli – Hakim: Aleksandr Melniçuk (Rusiya). 1-ci yer - Elmar Abdullayev (Sumqayıt)    2-ci yer - Vidadi Zamanov (Göyçay) və Zoltan Labai (Slovakiya), 3-cü yer - Ülvi Bacarani (Bakı).                                       

4-cü bölmə - Etüdlər – Hakim: İlham Əliyev (Sumqayıt). 1-ci yer - Ülvi Bacarani (Bakı), 2-ci yer - Elmar Qasımov (Bakı), 3-cü yer - Fazil Şükürov (Bakı).

5-ci bölmə - Yardımmat – Hakim: Rauf Əlövəstzadə (ABŞ). 1-ci yer - Salman Cavadzadə (Gəncə), 2-ci yer - Vidadi Zamanov (Göyçay), 3-cü yer - Anatoli Piriverdiyev (Bakı).  

6-cı bölmə - Əks-mat – Hakim: Rauf Əlövəstzadə (ABŞ). 1-ci yer - Salman Cavadzadə (Gəncə), 2-ci yer - Vidadi Zamanov (Göyçay) və Zoltan Labai (Slovakiya), 3-cü yer - Ramil Səfərəliyev (Şabran).

TƏLTİF / AWARD: 5-ci-azerbaycan-kuboku-2021.pdf [1.3 Mb] (downloads: 265)
See the file online: 5-ci-azerbaycan-kuboku-2021.pdf

Read more