Şahmat bəstəçiliyi üzrə 5-ci Azərbaycan kuboku

Şahmat bəstəçiliyi üzrə 5-ci Azərbaycan kuboku, 2021

5th Azerbaijan Chess Composition Cup, 2021


1. 5-ci Azərbaycan kubokunu  Azərbaycan Şahmat Federasiyası Bəstəçilik komissiyası keçirir.
2. Yarış 6 bölmə üzrə (ikigedişli–#2, üçgedişli–#3, çoxgedişli–#N, etüdlər – +=, yardımmat – H#, əks-mat–S#) keçirilir. 
3. Hər müəllif hər bölməyə yalnız bir orijinal (heç yerdə dərc olunmamış) məsələ və ya etüd göndərə bilər. Birgə (həmçinin xarici vətəndaşlarla) əsərlərin iştirakına da icazə verilir. 
4. Hər hansı bir bölmədə iştirakçıların sayı üç nəfərdən az olarsa, həmin bölmə üzrə yarış keçirilməyəcək. 
5. Bəstələr hakimlərə anonim olaraq, yəni müəlliflər göstərilmədən göndəriləcək.
6. Anonimliyi qorumaq üçün 5-ci Azərbaycan kubokunun hakimləri barədə əlavə məlumat veriləcək. 
7. Yarışın elan tarixi: 31.03.2021.
8. Şahmat bəstələrinin yarışın direktoruna son göndəriş tarixi – 25.08.2021.
9. Nəticələrin ilkin elanı – 25.10.2021.
10. 5-ci Azərbaycan kubokunun direktoru – İlham Əliyev (Sumqayıt).
11. Məsələ və etüdləri aşağıda göstərilən elektron ünvana, telefona, whatsapp-a göndərmək olar. E-mail: bestechi@mail.ru Tel: 050 515 40 99.
12. Hakimlərlə əlaqə yalnız çempionatın direktoru vasitəsi ilə aparılacaq. Hakimlə birbaşa əlaqə yaradan yarış iştirakçısı cəzalandırılacaq.
13. Yarışda hakimlər yalnız qalib 1-3-cü yerləri müəyyən edəcəklər. Təltifə daxil olmayan digər məsələ və etüdlər müəlliflərə qaytarılacaq və onlar həmin bəstələrdən digər yarışlarda istifadə edə bilərlər.
14. Milli komandaya seçim zamanı Azərbaycan kubokunun nəticələri nəzərə alınacaq.

15. Yarışların ilkin nəticəsi ulvichess.az saytında dərc olunacaq.
16. Yarışların son nəticəsi “Şahmat bəstəçiliyi” jurnalının 23-cü nömrəsində dərc olunacaq.
Read more

Şahmat bəstəçiliyi jurnalı

Şahmat bəstəçiliyi jurnalı / Chess Composition magazine 


Azərbaycan Şahmat Federasiyası Şahmat Bəstəçiliyi komissiyasının "Şahmat bəstəçiliyi" jurnalının yeni 22-ci sayı işıq üzü gördü. 18x25,5 formatında 80 səhifədən ibarət olan jurnalda şahmat bəstəçiliyi dünyasından çoxsaylı xəbərlər və yarışlardan ibarət 300-dən artıq məsələ və etüdlərlə tanış ola bilərsiniz. Maraqlananlar bestechi@mail.ru elektron ünvanına və ya 050 515 40 99 nömrəsinin vatsapına (xahiş edirəm zəng etməyin) yaza bilər. 
Qiyməti 6 AZN. Poçtla göndəriş zamanı 7 AZN.

https://www.youtube.com/watch?v=d6R5zSLzExg
Read more