“KORONA” ŞAHMAT LÖVHƏSİNDƏ

"KORONA" ŞAHMAT LÖVHƏSİNDƏ

 Almaniyanın “SCHACH” şahmat jurnalı “Korona” şahmat bəstəçiliyi yarışı keçirir. Məsələ və etüdlərin mövzusu: ilkin mövqedə və əsas həlldə daşlar bir-birinə toxunmur və məsafə saxlamalıdır, həmçinin daşlar arasındakı xanalar boş olmalıdır. Bu şərtə bütün həll boyu əməl olunmalıdır. Yalnız köməkçi variantlarda və son gedişdə dəyişməyə icazə verilir. Şərtlərə əməl etməklə daş vuruşuna da icazə verilir.  
 Yarışlar şahmat bəstəçiliyinin3 bölməsində keçirilir: ikigedişli (#2), 3 gedişə yardımmat (H#3) və etüd (+=, uduş və ya heç-heçə). Hakim bütün həll boyu məsafə saxlayan bəstələrə üstünlük verəcək. Yarışların hakimi: Hans Gruber (Almaniya). Məsələ və etüdləri 10.07.2020 tarixə kimi yarışların direktoru Thomas Brand-ın elketron ünvanına göndərmək lazımdır -t.brand@gmx.net
  Mükafatlar: 1-3-cü yer: 200+150+100 AVRO ChessBase - vauçerləri, 4-cü yer: ”SHACH” jurnalına illik abunə, 5-ci yer: Lasker haqqında kitab, ən çox fiqurlu bəstə üçün - Xüsusi mükafat - 100 AVRO. Yarışların nəticələri 25.09.2020 tarixdə “SCHACH” jurnalının oktyabr sayında dərc olunacaq. 
  Nümunələrlə buradan tanış ola bilərsiniz: http://www.zeitschriftschach.de/images/2020/corona-competition.pdf 


Read more