Şahmat məsələlərinin həlli üzrə 40-cı Azərbaycan Çempionatı

Şahmat məsələlərinin həlli üzrə 40-cı Azərbaycan Çempionatı 

40th Azerbaijan Chess Solving Championship


Ramil Cavadov 5 qat Azərbaycan çempionu oldu


 6-7 aprel tarixlərdə Respublika Şahmat Mərkəzində şahmat məsələlərinin həlli üzrə 40-cı Azərbaycan çempionatı keçirildi. Yubiley çempionatında qələbə uğrunda ölkəmizin 9 şəhərindən (Bakı, Sumqayıt, Gəncə, Şəki, İsmayıllı, Qəbələ, Şabran, Naftalan, Tərtər) 32  şahmatçı mübarizəyə qatıldı.      

  Ölkə çempionatımız dünya və Avropa çempionatlarında olduğu kimi hər birində 3 şahmat məsələsi olmaqla 6 bölmə üzrə (ikigedişli–20 dəq, üçgedişli–60 dəq, etüdlər–100 dəq,  çoxgedişli–80 dəq, yardımmat–50 dəq, əks-mat–50 dəq), ümumi 18 məsələ təqdim olunmaqla keçirilir. Hər düzgün həll edilmiş tapşırığa görə 5 xal verilirdi. Ölkə çempionatımız şahmat həlletməsi üzrə Dünya kubokunun mərhələlərindən biri kimi qeydiyyatdan keçmişdi.

  Çox heyiflər olsun ki, şahmat həlletməsi üzrə dünya və Avropada gümüş medal qazanmış millimizin bir sıra üzvü (Zaur Məmmədov, Misrətdin İskəndərov, Rəşad Zeynallı, Bəhruz Rzayev) Türkiyədə işlədikləri üçün bu çempionata qatıla bilmədilər. Ancaq buna baxmayaraq çempionat kəskin mübarizə şəraitində keçdi. İlk turlardan şahmat üzrə beynəlxalq usta Nərmin Məmmədova (Bakı) liderliyi ələ keçirdi və dünya şahmat həlletməsi tarixində qadın həllçinin ölkə çempionatında ilk dəfə olaraq çempion adını qazanmasına çox yaxın idi. Lakin 4-cü turda, çoxgedişli məsələlər bölməsində təqdim olunan 3 tapşırığı həll edə bilməməklə bu şansı əldən buraxdı.

  Bu şansdan istifadə edən İsmayıllı şahmatçısı 4 qat ölkə çempionu, beynəlxalq usta Ramil Cavadov 90 mümkün xaldan 78,50 (306 dəq) xal toplayaraq 5 qat Azərbaycan çempionu adını qazandı. Gümüş medalı 72,5 (310 dəq) xalla 15 qat Azərbaycan çempionu, beynəlxalq usta Araz Alməmmədov (Qəbələ), bürünc medalı isə 68 (294 dəq) xalla 2-ci dəfə Nərmin Məmmədova (Bakı) qazandı. Təcrübəli həllçimizi Aqşin Məsimov (Bakı) 62,5 xalla 4-cü, Amil Abbasov (Gəncə) isə ondan yarım xal geri qalaraq 5-ci oldu.

    Qadınlar arasında 1-ci Nərmin Məmmədova (Bakı), 2-ci beynəlxalq usta Səbinə İbrahimova (Bakı), 3-cü isə Ayan Allahverdiyeva (Bakı) oldu. 

  Bölmələrdə çempion adını aşağıdakı şahmatçılar qazandılar: ikigedişli, çoxgedişli – Araz Alməmmədov (Qəbələ), üçgedişli – Aqşin Məsimov (Bakı), etüdlər və əks-mat – Nərmin Məmmədova (Bakı), yardımmat – Amil Abbasov (Gəncə).

   Qaliblər pul mükafatları, medallar, fəxri fərman və şahmat kitabları ilə mükafatlandırıldı.   Həlletmə komandamız avqustda Litvanın paytaxtı Vilnüs şəhərində  keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək. Xatırladaq ki, şahmat həlletməsi üzrə milli komandamız 2014-cü ildə İsveşrədə dünya çempionatında və 2016-cı ildə Yunanıstanda  Avropa çempionatında gümüş medal qazanıb. 


İlham Əliyev (Sumqayıt) 

Yarışn baş hakimi (beynəlxalq hakim, əməkdar məşqçi)


Cədvəl, tapşırıqlar və həllərini buradan yükləyə bilərsiniz:

https://www.wfcc.ch/competitions/solving/wsc-2018-2019

Read more

Təsnifat turnirləri

VALİDEYNLƏRİN VƏ UŞAQLARIN NƏZƏRİNƏ!

HİRŞDK-NUN ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ ŞAHMAT ÜZRƏ AÇIQ BİRİNCİLİYİ


HƏMKARLAR İTTİFAQLARININ RESPUBLİKA ŞAHMAT-DAMA KLUBUNUN ÜNVANI

Yasamal r-nu, M.SEYİDOV küç., ev 35 D (21 SAYLI MƏKTƏBİN YANI). Tel: (012) 505-39-25, (055) 402-04-49(012) 375-52-57; (050) 373-10-91

E-mail:shaxklub@mail.ru

SINAQ YARIŞI


8 YAŞADƏK (2011-Cİ İL TƏVƏLLÜDLÜ VƏ DAHA KİÇİK YAŞLI)


01 MAY 2019-CU İL – 09.00 – Yarışın açılışı və I tur

02 MAY 2019-CU İL – 09.00 – II və III tur

03 MAY 2019-CU İL – 09.00 – IV və V tur

04 MAY 2019-CU İL – 09.00 – VI və VII tur. Yarışın bağlanışı

IV DƏRƏCƏ


 12 YAŞADƏK (2007-Cİ İL TƏVƏLLÜDLÜ VƏ DAHA KİÇİK YAŞLI)


01 MAY 2019-CU İL – 10.00 – Yarışın açılışı və I tur

02 MAY 2019-CU İL – 10.00 – II və III tur

03 MAY 2019-CU İL – 10.00 – IV və V tur

04 MAY 2019-CU İL – 10.00 – VI və VII tur

05 MAY 2019-CU İL – 10.00 – VIII və IX tur. Yarışın bağlanışı

III DƏRƏCƏ


12 YAŞADƏK (2007-Cİ İL TƏVƏLLÜDLÜ VƏ DAHA KİÇİK YAŞLI)


01 MAY 2019-CU İL– 12.00 – Yarışın açılışı və I tur

02 MAY 2019-CU İL– 12.00 – II və III tur

03 MAY 2019-CU İL– 12.00 – IV və V tur

04 MAY 2019-CU İL– 12.00 – VI və VII tur

05 MAY 2019-CU İL–12.00 – VIII və IX tur. Yarışın bağlanışı

II DƏRƏCƏ


16 YAŞADƏK (2003-CÜ İL TƏVƏLLÜDLÜ VƏ DAHA KİÇİK YAŞLI)


01 MAY 2019-CU İL– 14.00 – Yarışın açılışı və I tur

02 MAY 2019-CU İL– 14.00 – II və III tur

03 MAY 2019-CU İL– 14.00 – IV və V tur

04 MAY 2019-CU İL– 14.00 – VI və VII tur

05 MAY 2019-CU İL– 14.00 – VIII və IX tur. Yarışın bağlanışı

Sifarişlər və ödənişlər Aprelin 30-na kimi olunmalıdır. 

 Müdiriyyət


Read more