39-cu Şahmat Həlletməsi Azərbaycan çempionatına qeydiyyat başladı.
39-cu Azərbaycan Şahmat Həlletməsi Çempionatı
39th Azerbaijan Chess Solving Championship
Bakı, 7-8 Aprel 2018
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan
Şahmat Federasiyasının birgə təsdiq etdiyi şahmat yarışlarının illik
əsasnaməsinə uyğun olaraq 6 (gəlmə) – 9 (getmə) aprel 2018 tarixində
Bakı şəhərində Respublika Şahmat Mərkəzində (klubu) Şahmat Həlletməsi
39-cu Azərbaycan Çempionatı keçiriləcək.
Çempionatda hər birində 3
şahmat məsələsi olmaqla 6 bölmə üzrə (ikigedişli -20 dəq, üçgedişli -60
dəq, etüdlər -100 dəq, çoxgedişli-80 dəq, yardımmat-50 dəq, əks-mat-50
dəq), ümumi 18 məsələ təqdim olunmaqla keçiriləcək. Hər düzgün həll
edilmiş tapşırığa görə 5 xal verilir.
Ölkə çempionatımız WFCC-nin
(Dünta Şahmat Bəstəçiliyi Federasiyası) Şahmat Həlletməsi Dünya
kubokunun mərhələlərindən biri kimi qeydiyyatdan keçib və çempionatda
beynəlxalq həlletmə əmsalı hesablanır.
Yarışda 1-ci və daha
yüksək şahmat dərəcəsi olan şahmatçılar, şahmat bəstəçiləri və həllçilər
buraxılır. 10 yaşdan aşağı şahmatçılar yarışa buraxılmır.
Çempionatın proqramı:
7 Aprel 9.30-10.00 Qeydiyyatın təsdiqi.
10.30 (start) – 1-3-cü tur.
8 Aprel 10.00 (2-ci günün startı) – 4-6-cı tur.
15.00 – Mükafatlandırma.
Hakimlər: İlham Əliyev (beynəlxalq hakim) və Elmar Abdullayev (respublika dərəcəli hakim).
Mükafatlar: Pul, kitab, medal, diplom. Qadınlar, veteranlar və gənc şahmatçılar nominasiyası üzrə də mükafatlar təqdim edilir. Ənənəvi olaraq çempionatda Bakı çempionatının da nəticələri elan ediləcək və qaliblərə hədiyyə və diplomlar təqdim ediləcək.
Son qeydiyyat tarixi: 6 aprel (saat 17.00). Çempionatda qeydiyyatdan keçmək üçün aşağıda göstərilənlərə ad, soyad,
hansı şəhəri təmsil etdiyinizi və təvəllüdünüzü göndərin.
Əlaqə: İlham Əliyev, Tel (mobil): 050 515 40 99 (xahiş olunur zəng etməyin), SMS, WhatsApp. E-mail: bestechi@mail.ru