» Материалы за 25.02.2018

 
 
 
Сортировать статьи по: дате | популярности | посещаемости | комментариям | алфавиту

14-cü Beynəlxalq Həlletmə yarışı / 14th International Solving Contest

Автор: ilham от 25-02-2018, 21:59, посмотрело: 570

0
14-cü Beynəlxalq Həlletmə Yarışı
Bu ilin 28 yanvarında keçirilən 14-cü Beynəlxalq Həlletmə Yarışının son nəticələri elan edilib. Yarışda 31 ölkədən 603 şahmatçı iştirak etdi: 1-ci kateqoriyada 269, 2-ci kateqoriyada 116, 3-cü kateqoriyada 218.

Ceyhun Hüseynzadə (Sumqayıt) 1-ci kateqoriyada ümumi hesabda bir çox məşhur həllçiləri qabaqlayaraq 39 xalla (237 dəq) 20-ci yeri, gənclər arasında isə 3-cü yeri tutdu. Şahmat üzrə beynəlxalq usta Nərmin Məmmədova (Bakı) 1-ci kateqoriyada qadınlar arasında 34,5 xalla (240 dəq) 3-cü yeri tutdu.

Ramil Səfərəliyev (Şabran) 2-ci kateqoriyada 40 xalla 9-cu, Şövkət Səlimov (Sumqayıt) 38 xalla 14-cü oldu.

3-cü kateqoriyada iştirak edən Sumqayıt şahmatçısı Abusəddin Mollayev 30 xal toplayaraq (68 dəq) 100 faizlik nəticə göstərsə də vaxta görə 9-10-cu yerləri bölüşdürdü. Halbuki 1-ci yerə çıxan 10 yaşlı rusiyalı Ekaterina Kurdyaşkina-nın 17 dəqiqəyə bütün tapşırıqları həll etməsi heç də inandırıcı görsənmir və bunu bir çox tanınmış həllçilər də təsdiq edir.

14-cü Beynəlxalq Həlletmə Yarışı / 14th International Solving Contest
NƏTİCƏLƏR
1-ci kateqoriya: http://www.matplus.net/isc.php?px=1519583914&f=r&g=0
2-ci kateqoriya: http://www.matplus.net/isc.php?px=1519583490&f=r&g=1
3-cü kateqoriya: http://www.matplus.net/isc.php?px=1519584006&f=r&g=2

Категория: Chess Composition

 
 
: